Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Cədvəl 1. 2012-ci ildə iqtisadiyyatın sahələri üzrə investisiyaların həcmi



Yüklə 476,68 Kb.
səhifə58/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   54   55   56   57   58   59   60   61   ...   93
Cədvəl 1.
2012-ci ildə iqtisadiyyatın sahələri üzrə investisiyaların həcmi


Sahələrin adı

mln.manat

2011-ci ilə

nisbətən, %-lə

Ümumi həcmdə

xüsusi çəkisi, %-lə

Sənaye

5 615.4

103.0

36.6

Kənd təsərrüfatı

583.5

131.4

3.8

Tikinti

456.3

198.9

3.0

Ticarət

540.8

173.0

3.5

Nəqliyyat və anbar təsərrüfatı

2 591.7

101.4

16.9

İnformasiya və rabitə

325.3

103.1

2.1

Maliyyə və sığorta fəaliyyəti

76.9

195.4

0.5

Daşınmaz əmlak

1408.2

146.8

9.2

Təhsil

787.6

2.6 d

5.1

Cəmi

15 338.5

118.0

100.0

Mənbə: 3, səh.11
Cədvəldən də göründüyü kimi, qeyri-neft sektoruna investisiya qoyuluşları 2011-ci illə müqayisədə 18% artmışdır. Ölkə üzrə əsas kapitala yönəldilən investisiyalarda qeyri-neft sektorunun payı 76.2% olmuşdur. Ümumilikdə, qeyri-neft sektorunun sahələri arasında kənd təsərrüfatı, tikinti, maliyyə və sığorta fəaliyyəti, ticarət və təhsil üzrə investisiyalar yüksək templə artmışdır. Dünya təcrübəsi göstərir ki, yalnız maddi istehsalın inkişafına yönəldilmiş birtərəfli tədbirlər arzu olunan nəticənin əldə olunmasına gətirib çıxarmır. İnkişaf etmiş ölkələr sənayedə, kənd təsərrüfatında və tikintidə inkişafa nail olaraq, xidmətlər bazarının genişlənməsinə, investisiya qoyuluşlarının artırılmasına və rəqabətin inkişafına müvəffəq olmuşlar.

Qeyd edək ki, xüsusən aqrar sahəyə xarici investisiyaların cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. 2012-ci ilin məlumatına görə birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5.3 mlrd. $ olmuşdur. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 81.1% təşkil etmişdir. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 999.4 mln. $ olmuşdur. Bu da ölkəyə cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcminin 18.9%-ni təşkil etmişdir (3).

Bildiyimiz kimi, aqrar sahəyə xarici investisiyaların cəlb edilməsi həm də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasıda qarşıya qoyulan 2020-ci ilə kimi qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7%-dən yüksək olması məqsədinə nail olunmasında mühüm əhəmiyyətə malikdir(1). Ölkəmizdə aqrar sahənin inkişafı üçün böyük imkanlar mövcuddur. Lakin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşunun bu sahədəki payı digər sahələrlə müqayisədə çox aşağıdır. Qeyd edək ki, 2012-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 5 774,1 mln manat vəsaitin 57,6 %-i yəni 329,8 mln. manatı infrastruktur layihələrə sərf olunub.

Cədvəl 2.


Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin