Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Ərzaq istehsalı aqrar siyasətin əsas istiqamətidir



Yüklə 476,68 Kb.
səhifə22/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   18   19   20   21   22   23   24   25   ...   93
Ərzaq istehsalı aqrar siyasətin əsas istiqamətidir. Həyata keçirilən tədbirlərin əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, makroiqtisadi sabitliyin qoruyub saxlamasına, davamlı sosial-iqtisadi inkişafa və əhalinin gəlirlərinin artırılmasına nail olmaqdan ibarət olmuşdur. Ölkədə ərzaq təhlükəsizliyinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq mövcud potensialdan, torpaq ehtiyatlarından və müasir texnologiyalardan səmərəli istifadə etməklə istehsalın artırılmasını intensiv inkişaf hesabına ölkə əhalisini zəruri kənd təsərrüfatı məhsulları və aqrar sənayeni xammal ilə təmin etməyə istiqamətləndirilmiş siyasət durur.

Əhalinin ərzaqla etibarlı təminatı hər bir dövlətin başlıca vəzifələrindən biridir. BMT-nin Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2012-ci ildə dünya taxıl ehtiyatlarının təhlükəli dərəcədə az olduğuna diqqət çəkib. İsti və quraq hava ABŞ və Ukrayna kimi taxıl ixrac edən ölkələrdə məhsul yığımına mənfi təsir göstərib və qiymətlər yüksəlir. BMT dünyada 870 milyon insanın ərzaq problemi ilə üzləşdiyinə, Orta Şərq və Afrikada ərzaq böhranının gedərək böyüdüyünə diqqət çəkib. Qeyd edilir ki, qida istehlakı artdığı halda istehsal artmır, ehtiyatlar isə azalır.




Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin