Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Regionlarda kommersiya banklarının kreditin verilməsində rolu və əhəmiyyəti



Yüklə 476,68 Kb.
səhifə66/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   62   63   64   65   66   67   68   69   ...   93
3. Regionlarda kommersiya banklarının kreditin verilməsində rolu və əhəmiyyəti.

Regionlarda kommersiya banklarının səmərəli fəaliyyət göstərməsi məqsədilə onların filiallarının sayı artırılmaqla, fəaliyyət dairəsi genişləndirilir.

Eyni zamanda “Bank olmayan kredit təşkilatları haqqında” “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanunlarına uyğun olaraq Mərkəzi Bankın İdarə Heyətinin 13.10.2010-ci il tarixli qərarı ilə Mərkəzləşdirilmiş Kredit Reysteri haqqında qaydalara əlavə və dəyişikliklər edilmişdir. 2011-ci ildən başlayaraq mövcud 26 bank olmayan kredit təşkilatlarından məlumatları sistemin tələblərinə uyğun strukturda təqdim etməyə nail olmuş 19 belə təşkilat və “Aqrar kredit” QSC-nin reystrə qoşulması prosesi tam başa çatdırılmışdır. Təhlil göstərir ki, daha yaxşı informasiya texnologiyaları infrastrukturuna malik nisbətən böyük mikromaliyyə təşkilatları tərəfindən texniki hazırlığın başa çatdırılması nəticəsində 2011-ci ildə ümumi kredit portfelinin 95%-nin reysterə cəlb edilməsi mümkün olmuşdur. Bununla belə, aqrar iqtisadiyyatın strukturu baxımından kommersiya banklarının aqrar sahibkarlara verdiyi vəsaitləri nəzərdən keçirdikdə, vəsaitlərin istehsal və emala yönəldilən hissəsinin kifayət qədər olmadığı görünür.

Kənd təsərrüfatının maliyyə vəsaitlərinə ehtiyacının ödənilməsinə yönəlmiş tədbirlər sistemində özəl sektorun güzəştli kreditləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlətin aqrar sahibkarlığa yardımının təsir vasitəsi kimi kreditləşmənin münasib sisteminin formalaşmasında “Sahibkarlığa Kömək Milli Fondunun” (SKMF) rolu daima artmaqdadır. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üzrə güzəştli kreditləşdirmə layihələrinin sayı, məbləği və əhatə dairəsinin genişlənməsi müşahidə olunur. Təkcə 2012-ci ildə 2419 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir.

Aqrar sahənin maliyyə-kredit təminatının yaxşılaşdırılması istiqamətində Dünya Bankının “Təsərrüfatların özəlləşdirilməsi” layihəsi üzrə minlərlə sahibkara böyük məbləğdə kredit verilmişdir. Bu vəsaitlər özlüyündə aqrar sahibkarlığın maliyyə təminatını yaxşılaşdırmışdır. Kənd ərazilərinin və aqrar qurumların inkişafı üzrə Beynəlxalq Fondla Azərbaycan hökuməti arasında aqrar sahənin regional inkişafı üzrə razılaşmalar da müsbət nəticələr vermişdir. Bu “Dağ və yüksək dağlıq ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi” proqramı üzrə əldə edilmiş kredit razılaşması bir çox rayonlarda, o cümlədən Yardımlı, Qusar, İsmayıllı, Qəbələ, Gədəbəy, Lerikdə həyata keçirilmişdir.

Sahibkarların ciddi investisiya layihələrində imkanlarını stimullaşdırmaq üçün dövlət büdcəsi vəsaitlərinin məqsədli istifadəsi üzrə diqqətəlayiq təcrübə mövcuddur. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın rayonlarında aqrar sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi həyata keçirilmişdir. Eyni zamanda dövlət büdcəsindən bu məqsədlərin reallaşdırılmasına böyük məbləğdə vəsait ayrılmışdır. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin yanında kənd təssərrüfatı kreditləri üzrə Dövlət agentliyinə 2013-cü il üçün büdcədən 286 min manat pul ayrılmışdır.

“Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın (2009-2013-cü illər) uğurla həyata keçirilməsi respublikanın kənd təsərrüfatı rayonlarının inkişafını sürətləndirir. Kəndlərin sosial problemlərinin həllində nailiyyətlər əldə olunur. Respublikanın bütün kənd rayonlarına dövlət büdcəsindən hər il dotasiyalar verilir. Ayrılan bu vəsaitlər hesabına kənd rayonlarının sosial-iqtisadi problemlərinin həll edilməsi ardıcıl aparılır.

Aqrar-sənaye müəssisələrinə investisiya qoyuluşlarının artması aqrar sahədə bu vəsaitlərin istifadə səmərəliliyini də artırmışdır. Lakin yenə də sahibkarlığın aqrar təsərrüfat vahidlərinin fəaliyyətlərinin genişləndirilməsində onların öz maliyyə durumları kifayət qədər deyildir. Aqrar - sənaye müəssisələrinin kreditləşdirilməsində yarana biləcək hər hansı bir problem kredit qurumlarının aqrar sahibkarlığa münasibətdə fəallığını zəiflədir.

Aqrar sahibkarlığın kredit təminatında perspektivli istiqamətlərin seçilməsi xüsusiyyətləri müxtəlif səviyyələrdə fərqli ola bilər. Bu baxımdan aqrar sahibkarın maliyyə imkanlarının aşağı olması amili əsas kimi qəbul edilməli, kreditləşmənin seçilməsində bu amil əsas kimi nəzərə alınmalıdır. Ona görə də aqrar sənaye kompleksinin inkişafını təmin etmək üçün lizinq qaydası daha mütərəqqidir. Lizinq əməliyyatları təsərrüfatları ödəniş qabiliyyətsizliyindən etibarlı qaydada sığorta edir. Lizinq şirkəti istənilən zaman öhdəliyin ödənilməsi üçün əmlakı geri almaq imkanına malik olur. Bu amil də özlüyündə aqrar sahədə sahibkarların kreditin lizinq formasından istifadəsi üzrə imkanlarını genişləndirir və onu aktuallaşdırır.

Fikrimizcə, aqrar-sənaye müəssisələrində kreditləşmənin perspektivli forması kimi lizinq əməliyyatları zamanı lizinq alan şirkətin nüfuzu, maliyyə vəziyyəti, yerləşdiyi ölkənin iqtisadi və siyasi vəziyyəti qiymətləndirildiyinə görə dövlətin lizinq şirkəti qarşısında zəmanətçi rolunu öz üzərinə götürməsi iqtisadi fəallığı, real iqtisadiyyata kapital axınının güclənməsini dəstəkləməsi baxımından həlledici əhəmiyyət kəsb edir. Lizinq icarəçiyə böyük məbləğdə kapital sərf etmədən müasir texnikadan istifadə etməyə və icarə haqqını tədricən həmin avadanlıqların istifadəsindən əldə edilən mənfəət hesabına ödəməyə imkan verir. Lizinq əməliyyatları zamanı avadanlığın itkisi, xarab olması ilə əlaqədar risklər lizinq şirkətinin üzərinə düşür.

Adi kreditləşmədən fərqli olaraq lizinq sazişin tam həcmində təmin olunur. Eyni zamanda lizinq kreditdən daha uzun müddətə verilir. Bütün bunların nəticəsidir ki, inkişaf etmiş lizinq bazarı iqtisadiyyatın istehsal bölməsini möhkəmləndirir, strateji sahələrin inkişafı üçün əlverişli şərait formalaşdırır. 1994-cü ildə qəbul edilmiş lizinq haqqında Azərbaycan Respublikasının qanununa əsasən “Azərlizinq” yaradılmış və hüquqi subyekt kimi 1999-cu ildə qeydiyyatdan keçmişdir. “Azərlizinq” şirkəti həmin dövrdə öz sərəncamında olan məhdud vəsaitlə ölkənin modern avadanlığa olan tələbatını ödəmək imkanına malik deyildir. Aqrar sənaye müəssisələrinin yüksək texnologiyalara olan tələbini ödəmək üçün aqrolizinq dövlətin büdcədən ayırdığı vəsait hesabına və beynəlxalq lizinq şirkətləri üçün subiçarə funksiyasını həyata keçirməklə fəaliyyətini genişləndirmək imkanı qazanır.

Aqrolizinq fondu büdcə, kredit, investisiya və sahə ilə məşğul olan müəssisələrin, o cümlədən istehsal, emal, satış və xidmət obyektlərinin vəsaitləri hesabına formalaşır. Məlum olduğu kimi, lizinq şirkəti lizinq alan aqrar sahibkarlar qarşısında bir sıra öhdəliklər götürür. Müvafiq texniki avadanlığın saxlanması, təmiri, sığortalanması, texnika tətbiqi ilə istehsalın idarə edilməsi üzrə tapşırıqlar, texniki avadanlığın işləməsi üçün zəruri xammalın göndərilməsi, ixtisaslı kadrlarla təminat və s. bu öhdəliklərə aid edilir. Həmin öhdəliklərə, həmçinin inzibati-iqtisadi məsələlərin həlli və informasiya-məsləhət xidmətlərinin göstərilməsini də aid etmək olar.

Aqrolizinq xidmətinin genişləndirilməsi, onun üstünlükləri sahədə mühüm innovasiya xarakterli nailiyyətlər əldə etmək imkanı yaradır. Bu imkanlar istehsal, xidmət və daşınmada daha çoxdur. Quru meyvə və tərəvəz buraxılışının, daxili bazara təsir edəcək səviyyədə həyata keçirilməsi aqrolizinq sayəsində mümkündür. Büdcədən edilən maliyyə yardımı, kredit-vergi və gömrük güzəştləri hesabına xaricdə istehlakçıların tələbini yüksək səviyyədə ödəyə bilərlər


Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin