Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Aqrar sənaye müəssisələrinin inkişafında kredit təminatını yaxşilaşdırılması məsələləri



Yüklə 476,68 Kb.
səhifə67/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   63   64   65   66   67   68   69   70   ...   93
4. Aqrar sənaye müəssisələrinin inkişafında kredit təminatını yaxşilaşdırılması məsələləri.

Aqrar-sənaye müəssisələrinin inkişafında büdcə-maliyyə və pul-kredit siyasətinin aqrar-sənaye müəssisələrinin maliyyə təminatı və kredit şərtlərinə düzgün əməl olunmasında aşağıdakı məsələlər həll olunmalıdır:



  • Respublikada aqrar sənaye müəssisələrin idxalla rəqabətdə maliyyə-büdcə və pul-kredit siyasəti ilə himayədarlığı sahəyə ayrılan kreditlərin ucuzlaşdırılması, aqrar-sənaye sistemində mövcud problemlərin aqrar sahibkarlığın maliyyə təminatının yaxşılaşdırılması davam etdirilməlidir;

  • Kənd təsərrüfatı məhsullarının istehsalında bilavasitə iştirak etdiyi kənd təsərrüfatı məhsulunun son istehlakçı tələblərinə cavab verən səviyyəyə çatdıran aqrar müəssisələrinə kredit və vergi güzəştləri verilməlidir;

  • Respublikanın regionlarına ixrac yönümlü aqrar məhsulların istehsalı və emalının stimullaşdırılması mexanizmini formalaşdırılmalıdır;

  • Respublikanın bank sistemində kommersiya banklarının aqrar sahəyə fəal nüfuz etməsi üçün normativ-hüquqi bazada təkmilləşdirmələr sürətlənməli, əmlakın girov qoyma mexanizmi təkmilləşdirilməlidir.

Respublika ərazisinin təbii-iqtisadi şəraitinin müxtəlifliyi əhali tələbatını kifayət qədər təmin edən kənd təsərrüfatı bitkiləri yetişdirməyə, heyvandarlıqla məşğul olmağa imkan yaradır. Buna görə də aqrar sənaye sistemində istehsal və emalı kreditləşməyə də diferensial yanaşma tələb edir. İndiki dövrdə sahibkarlığın geniş inkişafı onların kreditə tələbatına xüsusi diqqət yetirməyi əsas məsələ kimi qarşıya qoyur. Sahibkarların fəaliyyətinə onların təsərrüfat strukturu, maddi-texniki təminatı, o cümlədən, gübrə, toxum, yem, istehsal və inzibati binalar, göstərilən xidmətlər, emal və istehsal, infrastrukturu və təbii ki, kredit təminatı təsir göstərir.

Aqrar-sənaye müəssisələrində istehsalın,emalın kreditə tələbatının ödənilməsinin müxtəlif mənbələrinin araşdırılması üçün bank kreditləşdirilməsi təkmilləşdirilməlidir. Aqrar-sənaye müəssisələrində qısa müddətli kreditə olan tələbatının bir hissəsi kommersiya bankları tərəfindən aparılır. Yeni iqtisadi sistemdə bazar mexanizmi ilə əlaqədar kommersiya banklarının aqrar sahəyə marağı son dövrdə kifayət qədər artmışdır. Belə vəziyyəti şərtləndirən amillərə girov mexanizminin bazar münasibətlərinin formalaşması tempinə və istehsala uyğunlaşdırılmasındakı ləngimələr xüsusi qeyd olunmalıdır.

Bank kreditlərinin strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi 2008-ci ildən sonra artırılmışdır. Bununla belə, kreditlərin məbləği, xüsusilə fərdi sahibkar təsərrüfatlarına verilən kommersiya banklarının kreditləri 2006-cı ildən sonra dəfələrlə azalmışdır. Aqrar-sənaye müəssisələrinin maliyyə təminatının yaxşılaşmasında digər kredit mənbələrinin aqrar sahədə fəallığı bir qədər yüksəlmişdir. Bununla belə, kreditə tələbatın ödənilməsinin birgə səylərlə artırılması məsələsi aktuallaşır.

Aqrar-sənaye müəssisələrində maliyyə təminatının yaxşılaşdırılması üçün sahibkarların könüllü birləşməsi prosesinin araşdırılması vacibdir. Burada kooperativlərin yaradılması və müxtəlif regionlarda Kredit İttifaqlarının yaradılması və formalaşmış olan maliyyə mənbələrindən istifadə etmək məqsədəuyğundur. Bu baxımdan hazırda “Optimal Kredit İttifaq” Assosiasiyası MMC təsis olunmuşdur. Hazırda aqrar sahibkarlıq fəaliyyətinin daha səmərəli məqsədyönlü təşkili üçün kredit kooperativlərinin yaradılması geniş yayılmışdır. Aqrar sahibkarlar ərazi xüsusiyyətlər nəzərə alınmaqla, taxılçılıqla, yemçiliklə, heyvandarlıqla, südçülüklə, emalla və digər sahələrə göstərilən müvafiq xidmətlə məşğul olmalarını bilməlidirlər. Bütün maraqların yerinə yetirilməsi məqsədilə onlar könüllü birləşərək müxtəlif kooperativlər yaratmalı və fəaliyyət göstərməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2000-ci il tarixli Fərmanı ilə “Kredit İttifaqı haqqında”müvafiq qanun qəbul edilmişdir. Həmin qanuna görə Kredit İttifaqı maraqları və məqsədlərin ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və kiçik aqrar sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaradılan bank olmayan kredit təşkilatıdır.

Qeyd edildiyi kimi, aqrar sənaye müəssisələrinin maliyyələşməsi sistemində kreditin rolu önəmlidir. Bununla kreditləşmə kənd təsərrüfatına bir sıra cəhətlərlə əlaqədar arzu olunan səviyyədə deyildir. Aqrar sahibkarların kredit qaytarma qabiliyyətinin yüksəldilməsi tədrici proses olub, kompleks tədbirləri həyata keçirməyi tələb edir. İlk növbədə bu aqrar sahənin maliyyə durumunun vəziyyətindən,onun yüksəldilməsi üçün mövcud olan imkanlardan və onların reallaşdırılması vasitələrindən asılıdır. Digər maliyyələşmə mənbələrindən fərqli olaraq kreditə münasibət könüllü olmaqla, daxili imkanlarla şərtlənir.

Aqrar sənaye müəssisələrinə kredit ayrılması təkcə kreditləşmənin ölçü həddinin müəyyən edilməsi ilə də bitmir. Yəni maliyyələşmə həddinin az və ya çox olması kreditin müştəriyə verilməsi və onun geriyə qayıtması üçün tam təminat rolunu oynamır. Bu səbəbdən də kreditlərin verilməsində təsərrüfat fəalliyyətinin davamlı olaraq səmərəliliyi əsas rol oynayır.(3.s.120)

Aqrar sənaye müəssisələrinə kredit qoyma qabiliyyətinin müəyyənləşdirilməsi üçün qabaqcıl təcrübədə istifadə olunan göstəricilər sistemi istehsal prosesini əsasən əhatə etməklə, həm kəmiyyət, həm də keyfiyyət baxımından maliyyə dayanıqlığını xarakterizə edir.

Bu imkanlar lizinqin müasir inkişaf səviyyəsi ilə əlaqədardır. “Klassik lizinq münasibətlərinə lizinq müqaviləsinin subyektləri kimi, adətən icarəyə götürən və satıcı daxil idi. Lakin lizinqin bir sərmayə aləti kimi daha da inkişafı ilə əlaqədar lizinq münasibətləri indiki dövrdə daha da genişlənərək bankları və sığorta şirkətlərini lizinq əməliyyatlarının əsas elementləri kimi özünə daxil edir. Bu lizinqi bütün tərəflər üçün daha çevikvə üstünlüklü edir”.(6.s.425)

Hazırda aqrar sənaye müəssisələrində maliyyə vəziyyətinə və kreditləşmədə adekvat yanaşmalara, o cümlədən lizinqin tətbiqinə münasibət daha konstruktiv və diferensiallaşmış olmalıdır. Müvafiq məsələlərdə əsaslandırılmamış ümumiləşdirmə, sahibkarlığın inkişaf tempinə və fəaliyyət miqyasına ciddi təsir göstərə bilər. Kənd təsərrüfatı məhsullarının dünya qiymətləri, bir qayda olaraq, həmin məhsulların ən yaxşı istehsal şərtləri ilə müəyyən edilir. Azərbaycan əsas məhsul növlərinin istehsalı üzrə bu cür şəraitə malik deyildir.(3.s.134)

İslahatlar dövründə daxili aqrar-ərzaq bazarının qorunması kənd təsərrüfatı və onunla sıx qarşılıqlı əlaqədə olan sahələrin inkişaf potensialının fəallaşması dərəcəsindən bilavasitə asılıdır. Mövcud potensialın fəallaşdırılması üçün torpağın münbitliyinə münasibətdən tutmuş, hüquqi normativ bazanın təkmilləşdirilməsinə qədər geniş məsələlər qrupu əhatə olunmalıdır.

Aqrar sənaye müəssisələrinə vaxtında kreditlərin verilməsi aqrar bölməyə sifarişlə işləyən sahə kimi münasibət göstərilməsini və müvafiq mexanizmin yaradılmasını; fermer probleminin (fermer gəlirlərinin azalması probleminin) aradan qaldırılmasını, təsərrüfatların məqbul rentabellik səviyyəsinin təmin edilməsi üçün paritet qiymətlərin dəstəklənməsini; kənd təsərrüfatı məhsulları istehsalçılarına ünvanlı yardımların çatdırılması mexanizminin təkmilləşdirilməsini və s. həmin tövsiyələrə aid etmək olar. Daxili aqrar bazarın qorunması beynəlxalq təşkilatlarla əlaqələrin zəifləməsi, əlbəttə təcrid olunma siyasəti hesabına aparıla bilməz. Beynəlxalq təşkilatlarla, xüsusilə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin yaradılması Azərbaycan Respublikası və analoji şəraitə malik ölkələr üçün böyük və uzunmüddətli hazırlıq tələb edir.

Milli iqtisadi maraqlar tələb edir ki, idxal məhsulları ilə bərabər şəraitdə mübarizə aparmaq üçün yerli istehsalçılar himayə edilməli, mümkün olan bütün vasitələrdən istifadə olunmalıdır. Bu baxımdan iqtisadi sərhədlərdə tənzimləmə məsələləri xüsusilə aktualdır. Gömrük rüsumlarından bu məqsədlə istifadə imkanlarının (antidempinq və kompensasiya rüsumlarının səmərəli tətbiqi) reallaşması dərəcəsi barədə hazırda mövcud olan informasiya təminatı şəraitində fikir yürütmək əlavə araşdırmalar tələb edir.


Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin