İnformasiya infrastrukturu bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı qruplardan ibarət ola bilər:
- bitkiçilikdə və heyvandarlıqda intensiv texnologiyalardan, ən yeni texnikadan istifadə olunması, torpaqların vəziyyətinin monitorinqi, bitki mühafizəsi, heyvan xəstəliklərinin profilaktikası;
- kənd təsərrüfatında və ASK-nın digər sferalarında, yeni texnologiyanın tətbiqi təcrübəsi haqqında informasiyanın olması;
- qanunvericilikdə, vergilərdə, vergi siyasətində, güzəştlərdə və s. sahələrdə baş verən dəyişikliklər haqqında informasiyanın olması;
- mühasibat uçotunun aparılması və digər idarəetmə funksiyalarının avtomatlaşdırılması;
- kommersiya haqqında informasiyanın olması;
- kompyuter texnikasından, kommersiya, informasiya şəbəkələrindən, elektron poçtdan istifadə edənlərin təlimatlandırılması;
- tətbiqi-innovativ mərkəz vasitəsilə istehsalçıların güzəştli qiymətlərlə kompyuterlə təmin olunması [7, s.35,42].
Tətbiqi-innovativ mərkəz istehsalçılara informasiya xidməti göstərmək üçün ilk növbədə aşağıdakı prioritet istiqamətlər üzrə baza və məlumat bankı yaradılmalıdır:
-kənd təsərrüfatında texnika və texnologiyalar;
- bitki mühafizəsi;
- heyvanların yemləşdirilməsi;
-heyvanların xəstəlikləri və onların profilaktikası;
-torpaq sahələrinin vəziyyəti və onun münbitliyinin yüksəldilməsi;
-vergilər və vergiqoyma;
-kommersiya sahəsində informasiya.
İnformasiya mənbəyi kimi aparıcı və tanınmış alimlərin, kənd təsərrüfatı mütəxəssislərinin məsləhətlərindən, statistika idarələrinin məlumatlarından, sorğu kitabçalarından istifadə etmək olar.
Dostları ilə paylaş: |