AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
94
Lathyrus pratensis L., Pimpinella peregrina, Pastinaca armena Fisch.et C.A.Mey. və b.2-3 balla qeydə
alэnmэюdэr. Qızmeydan kəndi ətrafında Arctium lappa bitkisinin məskunlaşdığı əsas bitkilik tipi dağ-çəmən
tipidir. Burada 200-600 m dəniz səviyyəsindən hündürlükdə yayılan bu növ özünəməxsus assosasiyalar
yaradır. Bu assosasiyalar novruzgülü, böyük bağayarpağı, gicitikan , kəklikotu, dərman acıqovuğu
növlərinin dominantlığı ilə təşkil olunur. Bunlar arasında Arctium lappa birinci dərəcəli yarusluq yaradır
və digər əksər növlər isə aşağı yaruslarda yerləşir.
Arctium lappa bitkisinin xammal ehtiyatı Çuxuryurd, Nağaraxana, Qızmeydan kəndləri və Pirqulu
qəsəbəsi ətrafında olan ərazilərdə öyrənilmişdir. Alınan nəticələr cədvəldə öz əksini
tapmışdır.
Cədvəldən göründüyü kimi, iri atpıtrağının məhsuldarığı, bioloji və istismar ehtiyatı, həmçinin illik
tədarük imkanları daha çox Nağaraxana kəndi ətrafında təyin edilmişdir. Beləliklə, Şamaxı rayonunda
Arctium lappa bitkisinin ümumi bioloji ehtiyatı 18,9±2,1 t, istismar ehtiyatı – 14,7 t, illik tədarük imkanları
– 7,35 t təşkil edir.
Cədvəl. Arctium lappa L. bitkisinin yerüstü hissəsinin ġamaxı rayonunda xammal ehtiyatı