AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
180
NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSI
Cədvəl 1-də qeyd olunduğu kimi, tədqiq edilən yabanı buğda nümunələri quraqlığa
davamlılığına görə 3 qrupa bölünmüşdür: I qrupda indeks 100-150, II qrupda 150-200, III qrupda isə
200-300 təyin edilmişdir. İndeks həm şəkər məhlulu, həm də istilik amilindən sonra cücərmə
faizlərinə görə müəyyən edilmişdir.
Cədvəl 1. Yabanı buğda toxumlarının quraqlıq, istilik, duz streslərindən sonra cücərmə
qabiliyyətlərinə görə qiymətləndirilməsi
2014-cü il
üçün səpin
nömrələri
Nümunələrin
adı və
toplandığı yer
Cücərmə %-lə
Ümumi
quraqlığa
davamlı-
lıq
indeksi
Quraqlığa
davamlı-
lıq
indeksi
Qrupda
indeksin
intensiv-
liyinin
dəyişməsi
Duz
stresin-
dən
sonra
cücərmə
%-lə
Suda
Ş
ək
ər
m
əhl
u
lund
a
İst
il
ik a
m
il
ind
ən son
ra
18
T.beoeticum
(Serbiya)
100
78
24
180
II
150-200
96
8
T.monococcum 100
74
92
240
I
200-300
60
6
T.dicoccum
(qırmızı
sünbül)
100
70
94
234
I
200-300
96
5
T.dicoccum
(ağ sünbül)
100
90
100
280
I
200-300
96
1
T.beoeticum
(ağ)
66
51,5
33
130
III
100-150
51,5
12
T beoeticum
86
41
74
156
III
100-150
69
7
T.dicoccum
(qara)
100
100
100
300
I
200-300
96
17
T.beoeticum
(Iran)
88
43
29,5
115,5
III
100-150
38,6
14
T.urartu
(Livan)
100
74
34
182
II
150-200
44
21
T.urartu (İran)
100
70
32
172
II
150-200
68
19
T.urartu
(Livan)
100
66
22
154
II
150-200
64
20
T.beoeticum
(Türkiyə)
100
96
52
244
I
200-300
88
3
T.araraticum
(Ağsu)
100
62
24
148
III
100-150
52
9
T.beoeticum
İCARDA
100
53
30
136
III
100-150
64
2
T.beoeticum
(qara)
100
96
32
224
I
200-300
60
4
T.dicoccoides
100
67
56
190
II
150-200
56
13
T.urartu
(İordaniya)
100
74
20
168
II
150-200
58
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
181
T.dicoccum (qirmızı sünbül), T.dicoccum (ağ sünbül), T.dicoccum (qara sünbül), T.beoeticum
(Türkiyə) həm quraqlığa, həm də duzluluğa yüksək tolerantlıq göstərmişlər. T.monococcum və
T.beoeticum (qara) quraqlığa qarşı davamlı, duzluluğa qarşı isə orta davamlı olmuşlar.
II qrupa daxil olan nümunələrdən T.beoeticum (Serbiya) quraqlığa orta davamlılıq, duzluluğa
isə davamlılıq göstərmişdir. T.urartu (İran və Livan) həm quraqlığa, həm də duzluluğa orta davamlılıq
göstərmişlər. Digər nümunələr: T.urartu (Livan), T.urartu (İordaniya) və T.dicoccoides quraqlığa orta
davamlılıq, duzluluğa həssaslıq göstərmişlər.
III qrupa aid olan nümunələrdən T.beoeticum və T.beoeticum (İCARDA) quraqlığa həssas,
duzluluğa orta davamlı, T.beoeticum (ağ), T.beoeticum (İran), T.araraticum (Ağsu) həm quraqlığa,
həm duzluluğa qarşı həssas olmuşlar.
Məlumdur ki, respublikamızın əksər əkin sahələrinin torpaqlarında duzluluq səviyyəsi
normadan xeyli yüksəkdir. Bu amil eyni zamanda quru və isti iqlim şəraiti ilə müşayiət olunur. Bu
səbəbdən kənd təsərrüfatı bitkiləri vegetesiya dövründə həm quraqlığın, həm də duzluluğun təsirinə
məruz qalırlar. Belə bitkilərdə ilk növbədə su balansı dəyişikliyə uğrayır və bitkilər susuzluqdan
əziyyət çəkirlər [5]. İsti iqlimdə su itkisinə yol verməmək üçün bitki orqanizmində mühafizə
mexanizmləri fəaliyyətə başlayır ki, bunlardan birincisi transpirasiyanın qarşısını almaq məqsədilə
ağızcıqların bağlanmasıdır. Lakin məlumdur ki, ağızcıqlar vasitəsilə təkcə suyun tənzimlənməsi yox,
həm də qaz mübadiləsi baş verir. Uzun müddət ağızcıqların bağlı qalması bitkilərə CO
2
-nin daxil
olmasına mane olur, nəticədə fotosintezin intensivliyinin azalmasına, xloroplastlarda sintez olunan
üzvi maddələrin miqdarının aşağı düşməsinə səbəb olur. Bu isə bitkilərin böyümə və inkişafını
ləngidir [4]. Bu səbəbdən tədqiq edilən bitki obyektlərində xl a və xl b-nin miqdarının stres şəraitində
dəyişməsinin öyrənilməsi önəmlidir.
Buğda genotiplərinin duzluluq və quraqlıq streslərinə davamlılığı ilə xlorofilin miqdarı
arasındakı əlaqəni öyrənmək məqsədilə tarla təcrübə variantlarından ikinci yarpaq nümunələri
götürülmüş və laboratoriya şəraitində onlara duz və quraqlıq (saxaroza vasitəsilə) stresi verilmişdir.
Duz və quraqlıq variantındakı piqment qatılığının su (nəzarət) variantına nisbəti müəyyən edilmiş və
bu nisbət duza, quraqlığa davamlı formaların seçilməsi üçün bir ölçü vahidi kimi qəbul olunmuşdur.
Alınmış nəticələr nə qədər yüksək olarsa, nümunə bir o qədər davamlı forma hesab edilmişdir.
Yabanı buğda növlərinin nümunələrində quraqlıq və duzluluq şəraitində xl a və xl b-nin
miqdarı, Xl (a+b), Xl a/b göstəriciləri və bunların nəzarətə görə nisbətləri (faizlə) öyrənilmişdir
(Cədvəl 2).
T.beoeticum (ağ) nümunələrində quraqlıq şəraitində Xl (a+b)-nin miqdarı nəzarət variantına
nəzərən 99,9%, duzluluqda isə 117% təşkil etmişdir. T.beoeticum (ağ) hər iki stres amilə qarşı davamlı
hesab edilə bilər. T.beoeticum (qara) nümunələrində quraqlığın təsirindən Xl (a+b)-nin miqdarı
nəzarətə görə 78,6%, duzluluq amilinin təsirindən isə 78,2% təşkil etmişdir. T.beoeticum (qara) orta
davamlı kimi qəbul olunur. T.beoeticum-un digər nümunələrində Xl (a+b)-nin miqdarının kontola
görə dəyişməsi aşağıdakı kimi baş vermişdir: T.beoeticum (İCARDA) quraqlıq zamanı 104,5%,
duzluluqda 111,7%; T.beoeticumda uyğun olaraq 114,6% və 109,8%; T.beoeticum (İran)-da 87,3 və
92,4%; T.beoeticum (Serbiya)-da 96,8 və 111,8%; T.beoeticum (Türkiyə)-də isə uyğun olaraq, 105,5%
və 120,6% olmuşdur.
Yuxarıdakı göstəricilərə əsasən, T.beoeticum (İCARDA), T.beoeticum, T.beoeticum (Serbiya),
T.beoeticum (Türkiyə) ekotipləri hər iki stres amilə qarşı davamlı, T.beoeticum (İran) isə quraqlığa və
duzluluğa qarşı orta davamlı olmuşlar.
T.beoeticum növündə ekotiplər üzrə quraqlığın təsirindən Xl (a+b)-nin miqdarı 78,6-114,6;
duzluluğun təsirindən isə 78,2-120,6% arasında dəyişir. Bu səbəbdən növ stresə qarşı orta davamlı və
davamlı hesab edilir.
|