NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ Aparılmış miqdari analizin nəticələri göstərir ki, Dağ qırxbuğumun növünün çiçəkləri qidalı və
bioloji fəal maddələrlə zəngindir. Müəyyən edilmişdir ki, çiçəklər tərkibində 2.3% ümumi şəkər,
0.87% üzvi turşu, 1.2% pektin, 9.4% aşı maddəsi, 2.34% flavonoid, 0.58% antosian, 0.8% sərbəst
katexin, 2.3 mq % karotinoid, 358 mq % C vitamini saxlayır.
Ümumi şəkər üzvi turşu analizi nəticəsində qlükoza, arabinoza, qalaktoza şəkərləri, üzvi turşu
cəmində alma, quzuqulağ turşularının olması aşkar edilmişdir.
Karbohidrat və zülallardan sonra üzvi turşular bitkilər aləmində geniş yayılmış, bitki
orqanizmində gedən müxtəlif metabolik proseslərin gedişində, bir sıra maddələrin sintezində iştirak
edir. Ədəbiyyatlarda müxtəlif üzvi turşuların müalicəvi əhəmiyyəti haqqında məlumatlara rast gəlinir.
Məsələn, alma turşusu radioprotektor xüsusiyyətinə görə şualanma zamanı olduqca əhəmiyyətlidir.
Dağ qırxbuğum növünün çiçəklərində kifayət qədər pektin maddəsi saxlaması da olduqca
önəmlidir. Bu maddə antiradikal və antitoksik xüsusiyyətə malik olub mədə-bağırsaq sistemində
əmələ gəlmiş toksik maddələri və orqanizmə müxtəlif yollarla daxil olmuş radionukleotidlərin
orqanizmdən xaric olunmasını həyata keçirir [22,23]. Müəyyən edilmişdir ki, pektin C vitamininin
stabilləşdirilməsində də iştirak edir.
Dağ qırxbuğumu növünün çiçəklərində müəyyən edilmiş maddələrdən biri də C vitaminidir. C
vitamini orqanizmdə oksidləşmə-reduksiya proseslərinin getməsində, və singa xəstəliyinin
müalicəsində və antioksidant kimi P vitaminin fəallığını artırır. Orqanizmin gün ərzində C vitamininə
olan tələbatının 50 mq olmasını nəzərə alsaq gündə 25 q çiçək ekstraktı qəbul etməklə orqanizmin C
vitamininə təlabatını ödəmək olar. Nəzərə alsaq ki, çiçəklər 20% yaxın P vitamin fəallığına malik
maddələr saxlayır, çiçəkləri qəbul etdikdə C vitaminin terapevtik təsiri yüksək olacaq.
P vitamin fəallığına malik maddələr C vitaminin fəallığını artırmaqla yanaşı qan damarlarının
keçiriciliyini azaldır, elastikliyini artırır, xolestirinin orqanizmdən təmizlənməsində, öd yollarının
iltihabında mühüm rol oynayır. P vitamin fəallığına malik flavonoidlər, taninlər, katexinlər,
antosianlar antioksidant, antiradiant, antikanserogen, antimikrob təsirə malikdirlər. Qırxbuğum
növlərinin müxtəlif terapevtik təsiri məhz bu maddələrin miqdarı və keyfiyyət tərkibi ilə əlaqədardı.
Dağ qırxbuğumu çiçəklərinin P vitamin fəallığına malik maddələrərdən ən çoxu taninlərin (aşı
maddəsinin) payına düşür. Müəyyən edilmişdir ki, taninlər iki qrup maddələrdən – piroqallol və
pirokatexin qrupunda təşkil edilmişlər. Pirokatexin qrupu tannin cəminin 60%-ni təşkil edir. Bu da
çiçəkdə olan taninin P vitamin fəallığının və antioksidant xassəsinin yüksək olmasını göstərir.
İki istiqamətli kağız xromatoqrafiya metodundan istifadə edərək (butanol – sirkə turşusu – su
4:1:1 birinci istiqamət, su – sirkə turşusu 85:15 ikinci istiqamət) etil asetatla alınmış flavonoid
cəmində 10 fenol təbiətli maddə aşkar edilmişdir. Onlardan 6 kompanent flavonoidlər üçün xarakterik
reaksiya verir. Flavonoid cəminin 10%-li sülfat turşusu ilə 2 saat hidroliz edib, hidrolizatdan dietil
efiri ilə aqlikonlar çıxarılmış. Efir tam qovduqdan sonra qalıq spirtdə həll edilərək xromatoqrafiya
vasitəsilə flavonoid cəminin aqlikon tərkibi tədqiq edilmişdir. Bir istiqamətli xromatoqramma
vasitəsilə izopropil spirti – qaışqa turşusu – su (2:5:5 nisbətində) sistemində 2 aqlikon aşkar
edilmişdir. İki istiqamətli xromatoqrafiyadan istifadə edildikdə (ikinci istiqamətə butanol – sirkə
turşusu – su 4:1:1) xromatoqrammada 3 bir-birindən yaxşı ayrılmış aqlikon aşkar olundu. Alınmış
xromatoqrafiyalarda maddələrin Rf, adi şəraitdə və UB işıdqa baxdıqda, amiak və 2%-li AlCl
3
məhlulu ilə aşkarıladıqda alınmış nəticələr aqlikonları kempferol, kversetin və mirisetin kimi meəyyən
etməyə imkan vermişdir. Onu da qed etməliyik ki, bu istiqamətli xromatoqrammalarda uzunsov ləkə
kimi görunən kversetin və mirisetinin qarşığı olduğunu göstərdi. Buradan belə nəticəə gəlmək olar ki,
flavonoid cəmində aşkar edilmiş flavonoidlər kempferol, kversetin və mirisetin törəmələridir.