AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
122
Antosian cəminin xromatoqrafik analizi (butanol – sirkə turşusu – su 4:1:1 və su – sirkə
turşusu – xlorid turşusu 82:15:3) 3 antosianın olmasını göstərdi. Antosianları müəyyənləşdirmək üçün
ilkin antosian cəmi hidroliz edilmişdir. Antosian cəmi metil spirtində həll edilir və üzərinə qatı xlorid
turşusu əlavə edilərək 20 dəqiqə su hamamında qızdırılır. Hidrolizatdan antosianidinlər amil spirti
vasitəsilə çıxarılır və iki tərəfli xromatoqrafiya vasitəsilə antosianidin aqlikonları müəyyən edilir.
Xromatoqrafik və spektral göstəricilərə əsasən aqlikonlar sianidin və delfinidin kimi müəyyən
edilmişdir. Antosianların ikisi sianidin, biri isə delfinidin törəməsidir.
Katexin cəmi etilasetatla çıxarılmış polifenol cəmi qatılaşdırıldıqdan sonra xloroformla
çökdürülür. Çöküntü etil spirtində həll edilərək katexin tərkibi kağız xromatoqrafiya vasitəsilə
öyrənilmişdir. Xromatoqramma UB işıqla baxılmış və sonra 1%-li vanilin qatı xlorid turşusu məhlulu
ilə aşkar edilmişdir.
Xromatoqrammada 3 kompanent aşkar edilmişdir. Xromatoqrammadaki hərəkətinə, müxtəlif
reaktivlərlə verdiyi rəngə və çay katexinləri ilə müqayisəsinə əsasən katexinlər (-) epiqallokatexin, (+)
qallokatexin, epiqallokatexinqallatla eyniliyi aşkar edilmişdir.
Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Dağ qırxbuğumu növünün çiçəkləri bioloji
fəal və qidalı maddələrlə zəngindir və antioksidant, antiradikal, antibakterial, P və C vitamin fəallığına
malik dərman vasaiti almaq üçün xammal mənbəyi ola bilər.