NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, öyrənilən növ və formaların (kultivarların)
regenerasiya qabiliyyəti heç də eyni deyildir (şək. 1.).
Bunların içərisində Thuja occidentalis ‘Aurea-variegata‘, Platycladus orientalis, Cupressus
sempervirens ‗Pyramidalis‘, Juniper chinensis ‘Gold Star‘, Juniper chinensis ‗Expansa Variegata‘,
Juniper chinensis ‘Keteleeri‘, Juniper virginiana ‗Aurea‘, Juniperus sabina, Juniperus oblonga,
Juniperus communis, Taxus x media, Thuja occidentalis ‘Aurea‘, Juniperus semiglobosa, Juniperus
foetidissima, Metasequoia glyptostroboides,növ və formalarının köklənmə faizi yüksək olmuş (86 %-
ədək), eyni zamanda birincili, ikincili və üçüncülü köklərin həm sayı çox olmuş, həm də ölçüləri
kifatət qədər olmuşdur (cəd. 1.). Juniper virginiana, Thuja occidentalis, Juniperus polycarpos,
Chamaecyparis lawsoniana növlərinin regenerasiya qabiliyyəti orta həddə olmuşdur. Daha aşağı
regenerasiya qabiliyyəti Chamaecyparis lawsoniana növündə müəyyən edilmişdir (26% -dək).
|