Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə229/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   225   226   227   228   229   230   231   232   ...   339
Açar sözlər: iynəyarpaqlı bitkilər, introduksiya, vegetativ çoxaldılma, Abşeron, fitohormon.  
 
 
İynəyarpaqlılar  ətraf  mühitin  qeyri-əlverişli  şəraitinə  davamlılığına,  uzunömürlüyünə  və 
yüksək  dekorativ  keyfiyyətlərinə  görə  digər  oduncaqlı  bitkilərdən  fərqlənirlər.  Hazırda  müxtəlif 
ölkələrdə  onlardan  meşə  fondlarının  zənginləşdirilməsində  və  şəhərlərin  yaşıllaşdırılmasında  geniş 
istifadə olunur. 
 
Bitkilərin  vegetativ  üsulla  çoxaldılması  uzun  əsrlər  boyu  bitkilərdə  toplanıb  möhkəmlənmiş 
qiymətli  əlamətlərin  insan  tərəfindən  seçilərək  saxlanması  üçün  yeganə  üsul  hesab  olunur  [1].  Bu 
sahədə  aparılan  işlərin  genişləndirilməsi  meşə  təsərrüfatlarında  aparılan  biotexnoloji  innovasiya 
işlərinin  ayrılmaz  tərkib  hissəsi  hesab  olunur  [5].  Vegetativ  çoxaldılmanın  nəzəri  əsasları  bir  sıra 
tədqiqatçıların işlərində geniş şərh olunmuşdur [2, 7]. 
İynəyarpaqlı  bitkilər  növ  və  dekorativ  forma    müxtəlifliyi  baxımından  zəngin  olduğu  kimi, 
bioloji  xüsusiyyətləri  baxımından  da  fərqli  çoxaldılma  üsullarına  malikdirlər.  Toxum 
reproduksiyasının bütün müsbət tərəflərinə baxmayaraq praktiki baxımdan iynəyarpaqlıların vegetativ 
üsulla  çoxaldılması  daha  aktual  hesab  olunur.  Bu  üsulun  əsas  üstünlüyü  forma  əlamətlərini  olduğu 
kimi  saxlamaqla  bitkilərin  kütləvi  çoxaltmaq  imkanlarının  olmasından  ibarətdir.    Bu  baxımdan 
Abşeronun  quru  subtropik  şəraitində  iynəyarpaqlı  bitkilərin  çoxaldılma  üsullarının  işlənib 
hazırlanması aktual hesab olunur.   
Xeyli  sayda  ənənəvi  və  qeyri-ənənəvi  kökvermə  stimullaşdırıcılarının  olmasına  baxmayaraq 
hal-hazırda bitkilərin vegetativ çoxaldılması zamanı boy maddələrindən olan heteroauksin, kornevin, 
β-indolilyağ  turşusu  və  β-indolilsirkə  turşusundan  daha  geniş  istifadə  olunur  [6,  9].  Müxtəlif  növ 
iynəyarpaqlıların çiliklə çoxaldılması zamanı boy maddələrinin effektivliyi heç də həmişə eyni olmur 
[10].  Qazaxıstan  Nəbatat  Bağında  aparılan  tədqiqatlarda    bir  sıra  dekorativ  iynəyarpaqlı  bitkilərin 
vegetativ çoxaldılması üsulları öyrənilmiş, çiliklərin optimal əkin dövrü müəyyən edilmişdir [7]. 
Hazırda dünyanın bir sıra ölkələrində iynəyarpaqlıların çoxaldılmasında müəyyən uğurlar əldə 
olunsa  da,  Abşeron  şəraitində  iynəyarpaqlıların  vegetativ  çoxaldılması  texnologiyalarının  işlənib 
hazırlanması aktual məsələ olaraq qalmaqdadır. Aparılan tədqiqatlar nəticəsində Abşeron şəraitində az 
yayılmış  və  çətin  çoxaldılan  iynəyarpaqlı  bitkilərin  bəzi  növ  və  formalarının  praktiki  olaraq  kütləvi 
şəkildə  çoxaldılması  və  yaşıllıqların  salınmasında  tətbiqi  məqsədilə,  vegetativ  çoxaldılma  üsulları 
işlənib  hazırlanmış,  onların  regenerasiya  qabiliyyəti  qiymətləndirilmiş  və  intensiv  şəkildə  istifadə 
imkanları müəyyənləşdirilmişdir. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin