Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə230/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   226   227   228   229   230   231   232   233   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
125 
MATERĠAL VƏ METODLAR 
İşin eksperimental hissəsi 2008-2015-ci illərdə Mərkəzi Nəbatat Bağının istixanalarında həyata 
keçirilmişdir.  İynəyarpaqlıların  çiliklə  çoxaldılması  zamanı  xüsusi  və  ümumi  qəbul  olunmuş 
metodlardan  istifadə  olunmuşdur  [3,4].  Çiliklər  martın  üçüncü  dekadasında  istixana  şəraitində 
əkilmişdir. 
Çiliklərin  kökverməsi  üçün  ilk  növbədə  istixanada  temperaturun,  işıqlandırılmanın  və 
nəmləndirmənin  optimal  temperatur  rejimi  yaradılmışdıdır.  Ana  bitkidən  ayrılmış  çiliklərin 
transpirasiya  prosesini  aşağı  salmaq  məqsədilə  süni  dumanın  hesabına  optimal  rütubət  şəraiti 
yaradılmış, nisbi rütubət 70-80%, havanın temperaturu 20-25
0  
həddində, substratın temperaturu isə 3-
5
0
  bundan  artıq  həddə  saxlanılmışdır.  Budaq  çiliklərinin  uzuluğu  düyünarasından  asılı  olaraq  10-15 
sm  olmuşdur.  Çiliklərin  kökləndirilməsi  üçün  substrat  kimi  xırda  dənəli  çay  qumundan  istifadə 
olunmuşdur. Çiliklər kəsildikdən sonra rizogenezin stimullaşdırılması üçün bioloji aktiv maddələrdən 
–  fitohormonlardan  istifadə  olunmuşdur.  Kökvermə  stimullaşdırıcıların  çiliklərin  kökvermə 
prossesinə  təsiri  R.X.Turetskayanın  metodikası  ilə  tədqiq  edilmişdir  [8].  Tərəfimizdən  aparılan 
tədqiqatlarda  stimullaşdırıcı  kimi  kornevindən  və  β-indolilsirkə  turşusundan  (İST)  istifadə 
olunmuşdur.  İST-nun  su  məhlulunun  qatılığı  150mq/l  olmuş,  çiliklər  məhlulda  8  saat  saxlanmışdır. 
Nəzarət kimi distillə suyundan istifadə edilmişdir.  
Bunun  üçün  çiliklər  substrata  əkilməmişdən  əvvəl  onların  bazal  hissəsi  indolil  sirkə 
turşusunda  isladılmış,  digər  təcrübə  nümunələri  isə  kornevin  pudrası  ilə  tozlandırılmışdır.  Əkin 
işlərindən  əvvəl  substrat  fundazol  məhlulu  ilə  bolluca  suvarılmışdır.  Çiliklərin  alt  yarpaqları 
təmizləndikdən sonra 5 sm × 5 sm sxemində, 2-3 sm dərinliyə əkilmişdir. Əkindən sonra bitkilər bir 
daha bol suvarılmışdır.  
Tədqiqat  obyektlərinin  seçilməsi  zamanı  sayca  çox  az  olan,  ancaq  Abşeron  şəraiti  üçün 
genofond  baxımından  qiymətli  olan  növ  və  formalara  daha  çox  diqqət  verilmişdir.  Tədqiqatın 
obyektini  müxtəlif  dövrlərdə  Abşeron  şəraitinə  introduksiya  olunmuş  18  növ  və  forma  iynəyarpaqlı 
bitki  təşkil  etmişdir.    Bunlar  Thuja  occidentalis  ‘Aurea-variegata‘,  Platycladus  orientalis,    Juniper 
chinensis  ‘Gold  Star‘,  Juniper  chinensis  ‘Expansa  Variegata‘,  Juniper  chinensis  ‘Keteleeri‘,  Juniper 
virginiana Taxus x mediaJuniper virginiana ‘Aurea‘, Cupressus sempervirens ‘Pyramidalis‘, Thuja 
occidentalis  ‘Aurea‘,  Juniperus  sabina,  Juniperus  semiglobosa,  Juniperus  foetidissima,  Juniperus 
oblonga, 
Thuja 
occidentalis
Juniperus 
communis, 
Juniperus 
polycarpos, 
Metasequoia 
glyptostroboides, Chamaecyparis lawsoniana, Criptomeriya japonica növ və formalarıdır.  
 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin