NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ Ətraf mühitin digər əlverişsiz amilləri kimi şoranlıq da bitkilərin inkişafı və məhsuldarlığına
ciddi təsir göstərən amildir. Bunu nəzərə alaraq yüksək məhsuldarlıqlı T. durum Desf. və T. aestivum L. növlərinə (Bərəkətli-95, Qaraqılçıq-2, Əzəmətli-95 və Qiymətli-2/17) aid bəzi genotiplər
laboratoriya şəraitində müxtəlif qatılıqlı (0; 50; 100 və 200 mM) NaCl duzu mühitində cücərdilərək
inkişafları izlənilmişdir. Bərəkətli-95 və Əzəmətli-95 genotiplərinin müxtəlif duz mühitlərində
böyüməsini əks etdirən fotolar şəkil 1-də göstərilmişdir. Müxtəlif növlərə aid olmalarına baxmayaraq
ilkin cücərtilərin müxtəlif duz mühitində böyümə tendensiyası demək olar ki, bütün genotiplər üçün
eyni olmuşdur. Tədqiq olunan bütün genotiplərdə NaCl duzunun 50 mM qatılığında 10 günlük
cücərtinin boyu distillə suyunda cücərdilmiş nəzarət bitkilərindən çox az fərqlənir. Bitkilərin
inkişafının ciddi ləngiməsi öyrənilən genotiplərdə 100 mM duz qatılığında müşahidə olunur. Bu
zaman nəzarət bitkilərinə nisbətdə cücərtilərin boyları Bərəkətli-95
˂ Qaragılçıq-2 ˂ Giymətli 2/17 ˂
Əzəmətli-95 istiqamətində 40-60% aralığında dəyişir. Duzun 200 mM qatılığında isə cücərtilərin boy
artımı çox cüzi olur. Bununla belə təcrübə müddətində həm 100, həm də 200 mM duz qatılıqlarında
cücərtilərdə xarakterik həyat əlamətləri, o cümlədən fotosintez əlamətləri müşahidə etmək mümkün
olmuşdur.
Ona görə də müxtəlif qatılıqlı duz mühitində inkişaf edən bitkilərin daxili reaksiyalarının, o cümlədən
fotosintetik aparatın funksional fəallığının öyrənilməsi maraq doğurur. Bunun üçün hal-hazırda bir
sıra kommersial, eləcə də öyrənilən problemə uyğun olaraq laboratoriya şəraitində hazırlanmış
qurğular mövcuddur. Bu metodlar arasında xlorofilin flüoressensiyasının ölçülməsinə əsaslanan
metodlar sadə olmaqla, həm də çox informativdirlər [18].