Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə280/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   276   277   278   279   280   281   282   283   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
157 
 
 
ġəkil  1.  T.  durum  Desf.  (Bərəkətli-95)  və  T.  aestivum  L.  (Əzəmətli-95)  genotiplərinin 
duzlu mühitdə (uyğun olaraq 0; 50; 100; 200 mM) cücərməsi.  
a – duz mühitinə yenicə köçürülmüş, b – duzlu mühitdə 7 gün cücərdilmiş bitkilər. 
 
Fotosintetik  aparatda  xlorofil  flüoressensiyasının  əsas  hissəsi  FS  II  tərəfindən  şüalandırılır 
(>90%),  FS  I  isə  zəif    (˂10%)  flüoressensiya  mənbəyidir.  Fotosistem  II-də  xlorofillin 
flüoressensiyasının çıxımı onun reaksiya mərkəzində elektron daşınması ilə tənzimlənir. Başqa sözlə, 
flüoressensiyanın çıxımı RM-nin oksidləşmə-reduksiya statusu ilə müəyyən olunur [4].   
FS  II  reaksiya  mərkəzində  elektron  akseptoru  Qa  (plastoxinon)  neytral  olduqda  xlorofilin 
flüoressensiyasının  intensivliyi  çox  aşağı  olur.  Flüoressensiyanın  bu  səviyyəsi  sabit  və  ya  başlanğıc 
(Fo  və  ya  Fi  kimi  işarə  edilir)  flüoressensiya  adlandırılır.  Bu  flüoressensiya  antenna  xlorofilinin 
həyacanlaşma  enerjisinin  RM-ə  çatmazdan  əvvəl  şüalanmasını  xarakterizə  edir  və  onun  çıxımı 
fotokimyəvi  proseslərdən  asılı  deyil.  İnduksiya  siqnalında  korrekt  Fi  səviyyəsini  uzun  müddət 
qaranlıqda saxlanılmış yarpaq, xloroplast və s. tədqiqat obyektlərində Qa elektron akseptorunun tam 
oksidləşməsindən  sonra  müşahidə  etmək  olar.  Flüoressensiyanın  bu  səviyyəsi  FS  II-ni  piqment  və 
membran səviyyəsində zədələyə bilən ətraf mühit amillərinin təsirinə çox həssasdır. Məsələn FS II-nin 
istiliyin təsirindən zədələnməsi zamanı Fi-nin artımı müşahidə olunur [4]. 
Fotosistem II-də Qa akseptorunun reduksiya olunması (məsələn RM-də baş verən fotokimyəvi 
reaksiyada)  xlorofilin  flüoressensiya  çıxımının  minimal  Fi  səviyyəsindən  (Qa  oksidləşdikdə) 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin