Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə276/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   272   273   274   275   276   277   278   279   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
155 
 
DUZ STRESĠNĠN BUĞDA GENOTĠPLƏRĠNĠN YARPAQLARINDA  
FOTOSĠNTETĠK ELEKTRON DAġINMASINA TƏSĠRĠ 
 
K.T. Jumshudlu
*
, E.A. Ismailova
**
 , Y.M. Feyziyev
 
                       Bakı Dövlət Universiteti
*
Azərbaycan Əkinçilik Elmi Tədqiqat İnstitutu
**

                                                            AMEA Botanika İnstitutu 
 
        Yüksək  məhsuldarlıqlı  Triticum  durum  Desf.  (Bərəkətli-95
*
  və  Qaraqılçıq-2)  və  Triticum 
aestivum  L.  (Əzəmətli-95  və  Qiymətli-2/17)  genotipləri  laboratoriya  şəraitində  müxtəlif  qatılıqlı  (0; 
50; 100 və 200 mM) NaCl duzu mühitində cücərdilmişdir. Cücərtilərin duz mühitində inkişafı və ikinci 
fotosistemin  (FS  II)  fotokimyəvi  fəallığı  qiymətləndirilmişdir.  Duzun  100  mM  qatılığında  tədqiq 
olunan bütün genotiplərin 10 günlük cücərtilərinin boy artımının duzsuz mühitdə inkişaf etmiş nəzarət 
bitkiləri  ilə  müqayisədə  40-60%  olduğu  müşahidə  edilmişdir.  Duzun  qatılığı  artdıqca  FS  II-nin 
fotokimyəvi fəallığı da azalmışdır. NaCl duzunun 200 mM qatılığında müxtəlif genotiplərin 10 günlük 
cücərtilərində bu azalma nəzarət bitkiləri ilə müqayisədə 6-8% təşkil etmişdir. 
Açar sözlər: Buğda genotipləri, duz stresi, fotosintez, xlorofilin flüoressensiyası  
       
Bütün  canlı  orqanizmlər  kimi,  bitkilər  də  ətraf  mühitin  əlverişsiz  amillərinin  təsirinə  məruz 
qalırlar.  Abiotik  stres  amillərinin  (quraqlıq,  şoranlıq,  yüksək  temperatur,  üzvi  və  qeyri-üzvi 
çirkləndiricilər, sənaye tullantıları və s.) bitkilərə təsiri zamanı hüceyrədə gedən metabolizm prosesləri 
pozulur, onların böyüməsi və inkişafı ləngiyir, nəticədə məhsuldarlığı kəskin azalır [1, 2].  
Abiotik amillər sırasında şoranlıq bitkilərdə məhsul çıxımını və keyfiyyətini müəyyən edən ən 
təhlükəli və uzunmüddətli təsirə malik amildir. Hesablamalara görə Yer üzərində əkinçilikdə istifadə 
olunan torpaqların 20%-dən çoxunda mineral duzların miqdarı normadan artıqdır [2, 10]. Bu göstərici 
təbii  yollarla  və  insan  fəaliyyəti  nəticəsində  daim  artmaqda  davam  edir.  Yüksək  duzluluğun  bitkilər 
üçün  zərərli  olmasını  müəyyən  edən  şərtlərdən  biri  duzun  təsiri  ilə  müşahidə  olunan  stresin  başqa 
abiotik amillərdən asılı olaraq daha da güclənə bilməsidir. Şoranlığın bitkilərə təsiri ontogenezin ayrı-
ayrı fazalarında müxtəlif olmaqla  yanaşı,  həmçinin  növlərarası,  eləcə də növdaxili müxtəlifliklərdən 
asılıdır  [7,  11,  12].  Bu  müxtəlifliklərin  müəyyən  edilməsi,  duzadavamlı  növ  və  genotiplərin  aşkar 
edilib öyrənilməsi, seleksiyada istifadəsi istiqamətində tədqiqatların aparılması  çox önəmlidir.  
Abiotik stres amillərinin, o cümlədən yüksək duzluluğun bitkilərdə əsas təsir hədəflərindən biri 
fotosintez  prosesidir.  Fotosintez  prosesində  bitki,  yaşıl  yosun  və  sianobakteriyalarda  xlorofil 
tərəfindən  udulan  işıq  kvantının  enerjisi  hesabına  elektron  su  molekulundan  (E
m(pH  7,0)
  =  +0,82  В) 
nikotinamidadenin-dinukleotidfosfata  (E
m(pH  7,0)
  =  –0,32  В)  daşınır.  Elektron  daşınması    tilakoid 
membranlarında  yerləşən  fotosistem  II  və  I  (FS  II,  FS  I)  sitoxrom  b
6
f,  ATF-sintaza  molekulyar 
komplekslərinin  elektron  daşıyıcıları  –  ferredoksin,  ferredoksin-NADF-reduktaza,  plastoxinol  və 
plastosianin  ilə  birgə  fəaliyyəti  nəticəsində  baş  verir  [3,  9].  Elektron  daşınmasına  fotosistem  II  və 
fotosistem  I  komplekslərinin  reaksiya  mərkəzlərində  (RM)  baş  verən  iki  fotokimyəvi  reaksiya 
tərəfindən  başlanğıc  verilir.  FS  II  və  FS  I  komplekslərinin  tərkibinə  zülallar,  xlorofil  molekulları, 
karotinoidlər və elektron daşınmasında bilavasitə iştirak edən kofaktorlar daxildirlər.  
Fotosistem II oksigenli orqanizmlərdə işıq enerjisini kimyəvi enerjiyə çevrilməsini təmin edən 
əsas funksional bioloji komplekslərdən biridir. FS II fotonun xlorofil molekulu tərəfindən udulması ilə 
başlayan  və  bir  neçə  pillədən  ibarət  olan  oksidləşmə  və  reduksiya  reaksiyalarının  nəticəsində  su 
molekullarını  oksidləşdirir,  plastoxinonu  isə  reduksiya  edir.  Bu  reaksiyanın  son  məhsulu  olaraq 
molekulyar  oksigen  (O
2
)  atmosferə  ayrılır  və  tilakoid  membranının  lumen  oblastına  4  proton  (H
+

daxil olur. Bu kompleksin bütün elektron daşıyıcıları molekulyar kütləsi 32-34 kDa olan iki zülaldan 
(D
1
  və  D
2
)  təşkil  olunmuş  D
1
/D
2
  heterodimeri  üzərində  yerləşirlər  [5,  6].  Fotosintetik  aparatı  təşkil 
edən  molekulyar  komplekslər  arasında  FS  II  ətraf  mühitin  əlverişsiz  amillərinin  ilkin  hədəfi  və  bu 
amillərə qarşı ən həssas komponent hesab olunur (onunla müqayisədə FS I yüksək stabilliyə malikdir). 
Fotosistem  II  kompleksinin  stres  amillərinə  qarşı  həssaslığı,  ilk  növbədə  onun  reaksiya  mərkəzi,  və 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin