Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə283/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   279   280   281   282   283   284   285   286   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
159 
bitkilərin  inkişafını  ləngidir.  Duz  stresinin  başlanması  və  davamlı  təsiri  zamanı  bitkilərin  həyatının 
əsas  prosesləri  -  fotosintez,  zülal  sintezi,  energetik  və  lipid  metabolizmi  kimi  proseslər  ciddi  təsirə 
məruz qalır.  
Fotosistem  II-nin  ətraf  mühit  amillərinin  fotosintezə  təsirində  əsas  rola  malik  olduğu  hesab 
edildiyindən,  duz  stresinin  FS  II-yə  təsiri  intensiv  öyrənilmişdir.  Lakin  duz  stresinin  FS  II-də  baş 
verən  fotokimyəvi  reaksiyalar  təsirinə  dair  alınmış  nəticələr  mübahisəlidir.  Bəzi  tədqiqatlarda  FS  II-
nin  fotokimyəvi  fəallığının  duzun  təsiri  ilə  azaldığı  [8,  15],  digərlərində  isə  FS  II  fəallığının  duz 
stresinin təsirinə məruz qalmadığı göstərilmişdir [14, 17].  
Qeyd  etmək  lazımdır  ki,  digər  stres  faktorlarında  olduğu  kimi,  duz  stresinin  də  təsiri  genetik 
determinə  olunmuşdur.  Ona  görə  də  biz  müxtəlif  növlərə  aid  olan  buğda  genotiplərindən  istifadə 
etməklə həm onların duz stresinə davamlılığına, həm də fotosintezin ilkin reaksiyalarına duz stresinin 
təsirinə aydınlıq gətirmək istədik. Tədqiqatlarımızda duzun təsiri ilə bu bitkilərin inkişafında ləngimə 
və  fotosintetik  fəallığında  azalma  müşahidə  olunsa  da,  müxtəlif  genotiplər  arasında  aşkar  fərqlər 
müşahidə  olunmamışdır.  Fotosistem  II-nin  fotokimyəvi  fəallığının  azalmasını  müxtəlif  yollarla  – 
tilakoid  membranlarında  zədələnmə,  oksidləşdirici  stresin  baş  verməsi,  fotokimyəvi  RM  və  suyun 
oksidləşdiyi katalitik mərkəzdə baş verən zədələnmələr, eləcə də duzun təsiri ilə digər inhibirləşdirici 
streslərə  (su  qıtlığı,  fotoinhibirləşmə,  yüksək  temperatur  və  s.)  başlanğıc  verilməsi  ilə  izah  etmək 
mümkündür.  Bitkilərdə  bu  çarpaz  inhibirləşmə  yollarının  (kəsişən  streslərin)  öyrənilməsi  gələcək 
tədqiqatlarımızın obyekti olacaqdır. 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin