Açar sözlər: Solanum lycopersicum, transkripsiya faktorları, immunoblottinq, anticism, ERF ailəsi, WRKY ailəsi Bitki mənşəli iki transkripsiya faktoru (TF) ailəsi ERF və WRKY superailələrin
nümayəndələrinin bitkilərin müxtəlif stress amillərinin təsirinə cavab reaksiyasının hazırlanmasında
iştirak etmələri eksperimental olaraq təsdiq edilmişdir [14, 15].
ERF transkripsiya faktorlarının müxtəlif nümayəndələri çoxsaylı müxtəlif birləpəli və ikiləpəli
bitki növlərində tapılmışdır. Bu ailə ERF domenin sayına və tərkib ardıcıllığına görə beş subailəyə
ayrılır. AP2 subailəsinin zülalları bitkilərin inkişafının müxtəlif mərhələlərində əhəmiyyətli rollara
malikdirlər [5, 11], DREB və ERF subailələri müxtəlif patogenezə aid olan (PR), soyuqla induksiya
olunan (COR) və gecikmiş embriogenezdə zəngin (LEA) genlərdə aşkar olunmuş cis-requlyator
ardıcıllığa birləşən zülallardırlar və onlar biotik və abiotik siqnallara cavab olaraq bu genlərin
ekspressiyanın tənzimləyici mexanizminin bir hissəsini təşkil edirlər [10].
Bitki mənşəli digər TF superailəsi WRKY ailəsidir və bu ailənin nümayəndələri bitkilərdə
müxtəlif inkişaf proseslərinin modulyasiyasında iştirak edən siqnal sisteminin tərkib hissəsinə
daxildir. WRKY transkripsiya faktorlarının xüsusiyyətini müəyyən edən onların N-sonluğu rayonunda
DNT birləşdirən domen invariant ardıcıllığa uyğun olaraq WRKY domeni adlandırılır
[
14
]
. N-sonluq
rayonunda yerləşən WRKY domeni təqribən 60 amin turşu qalığı uzunluqda olub WRKY
xüsusiyyətini özündə saxlayır; zülalın C-sonluğunda isə sink-finger ardıcıllığı yerləşir. WRKY
domenlərin sayına və sink-finger ardıcıllığına görə bu superailə üç qrupa bölünmüşdür. Onlardan iki
WRKY domeninə və bir C-X4-5-C-X22-23-H-X1-H sink-finger ardıcıllığına malik olanlar qrup-I
zülallardır. Qrup-II və III daxil olanların hamısı bir WRKY domeninə və uyğun olaraq C-X4-5-C-
X22-23-H-X1-H və C-X7-C-X23-H-X1-C bir sink-finqer ardıcıllığa malikdirlər [24].
Son 15 ilin tədqiqatları göstərir ki, WRKY ailəsinə daxil olan zülallar çox hallarda ya
repressor ya da aktivatorlar kimi fəaliyyət göstərərək hədəf genin transkripsiyasını tənzimləyirlər,
beləliklə ailənun müxtəlif üzvləri müxtəlif bitkilərdə mühim bioloji prosesləri repressiya etmək və ya
fəallaşdırmaqla inkişaf prosesinin tənzimlənməsində mühim rol oynayırlar [4, 13, 14].
WRKY faktorların rolu bitkilərin abiotik amillərə qarşı cavab reaksiyalarının
tənzimlənməsində də öyrənilmişdir. Tədqiqatlar göstərmişdir ki, WRKY geni C3 bitkilərdə absis
turşusu (ABA) ilə ötürülən siqnalın aktivatorudur [16, 18]. Düyü bitkisində OsWRKY24 və
OsWRKY45 ABA ilə induksiya olunan promotorun repressoru kimi fəaliyyət göstərdiyi halda