Ümumi zülal fraksiyasının alınmasıvə elektroforezi İmmunoblotinq üçün ümumi zülal fraksiyası iki bufer sisteminin bufer E və bufer Z köməyi
ilə aparılmışdı. EZ bufer sisteminin [9] modifikasiya olunmuş forması ümumi zülal fraksiyasını tez və
itkisiz hazırlanmasına və proteazalardan müdafiə olunmuş şəkildə hazırlanmasına imkan verir.
Zülalın E buferi ilə ayrılması onun BioRad Protein Assay (Bio-Rad, Hercules, CA USA)
reagenti ilə miqdari analizinə imkan verdi. Saxlanmaq üçün homogent alikvotlara bölünərək -75 ºC da
yerləşdirildi, istifadə üçün alikvotlar 1/10 nisbətində Z buferi ilə (125 mM Tris-HCl, pH 6.8, 12%
SDS, 20% gliserin, 22% β-merkaptoetanol, 0.001% bromfenol mavisi qarışdırılaraq 3 dəqiqə
qaynadıldıqdan sonra tez PAAG elektroforezə yükləndi. Elektroforez 12 faizli SDS-PAAG-də
aparıldı. PAAG elektroforez bəzi modifikasiyaları etməklə Laemmli metodu ilə aparılmışdır. Ümimi
zülal fraksiyasından 10 μg zülal nümunəsi gelin hər bir yuvasına yükləndi. Elektroforez bromfenol
göyü gelin distal ucuna çatanda saxlanıldı.