Vestern hibridləşmə üçün ümumi zülal fraksiyalara ayrıldıqdan sonra PVDF membrana
(Millippre, USA) köçürüldü. Membrana köçürülmə ―Semidray gel transfer‖ cihazı (Thermo Scientific
Owl, USA) vasitəsi ilə istehsalçı kompaniyanın təqdim etdiyi protokol üzrə həyata keçirildi.
Membrana köçürülmüş zülallarda qeyri spesifik birləşmənin eliminasiyası üçün membranı işçi
buferlə - 5%-li yağsızlaşdırılmış quru süd, 0.1% Twin-20, fosfat bufer məhlulunda (FBM) (pH 7.5)
otaq temperaturunda 45 dəqiqqə müddətində çalxalamaqla inkubasiya olundu. Hibridləşməni
aparmaq üçün poliklonal anticism 1:1000 nisbətində işçi buferlə durulduldu və otaq temperaturunda 1
saat müddətində (və ya gecə bolyu +4ºC-də) inkubasiya olundu. Birləşməmiş və ya qeyri spesifik
birləşmiş anticismlər yuma buferi ilə dörd təkrarda 15 dəqiqə çalxalayaraq yumaqla uzaqlaşdırıldı.
Birinci anticismin vizualizasiyası üçün ona spesifik olan, qıtığotu peroksidazası konyuqasiya
olunmuş iknci anticism 1:10000 nisbətində işçi buferlə duruldularaq 1 saat müddətində otaq
temperaturunda inkubasiya olundu. İkinci anticismin artığı yuma buferi (FBM-Tween-20) ilə 3
təkrarda və sonra 2 dəfə də detergentsiz FBM ilə yuyulduqdan sonra vizuallaşdırma aparıldı (Nəticələr
bölməsinə bax).