Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


SlERF5 zülalın spesifik anticismlə hibridləĢməsi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə295/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   291   292   293   294   295   296   297   298   ...   339
SlERF5 zülalın spesifik anticismlə hibridləĢməsi 
 
Yüksək duz qatılığına məruz qoyulmuş tomat bitkisinin müxtəlif toxumalarından kök, gövdə, 
çiçək,  çiçək  saplağı,  yarpaq,  yarpaq  saplağı,  gövdənin  uc  meristem  zonası  və  yan  tumurcuqlardan 
alınmış  ümumi  zülal  fraksiyasının  hər  birindən  10  μg  olmaqla    SDS  -  PAAG  elektroforezində 
fraksiyalara ayrılmışdır. Ayrılmış zülallar ―Semidray gel transfer‖ cihazı vasitəsi ilə PVDF membrana 
köçürüldü.  Zülal  köçürülmüş  PVDF  SlERF5  faktorun  AP2  domeninə  spesifik,  ev  dovşanı  mənşəli 
poliklonal  anticismlə  hibridləşdirildi.  Bəndlərin  vizualaşdırılması  qıtığotu  peroksidazasının 
konyuqasiya  olunmuş  sistemdən  istifadə  edərək  həyata  keçirildi.  Amersham  Bioscience    (USA) 
istehsal  etdiyi  ―ECL  Western  Blotting  Detection  Reagents‖  dəstindən  istifadə  edərək  qıtığotu 
peroksidazanın fluoressyensiya edici reaksiyası vizuallaşdırılmışdır. 
 
İstifadə  olunan  toxumalar  arasında  kök  gövdə,  yarpaq  və  gövdənin  uc  nahiyəsindən 
götürülümüş toxuma hissələrindən ayrılmış zülal fraksiyası SlERF5-spesifik anticismlə kifayət qədər 
intensivl  hibridləşmə  profili  göstərmişdir  (Şəkil  1).  Tədqiq  olunan  toxumalar  arasında  çiçək,  çiçək 
saplağı  və  aksillar  tumurcuqlardan  alınan  zülal  fraksiyası  SlERF5-spesifik  anticismlə 
hibridləşməmişdir.  
Məlumdur  ki  ERF  zülal  faktorlar  bir  qayda  olaraq  etilenlə  və  digər  fitohormonlarla  bağlı  olan 
siqnal  sistemində  iştirak  edən  genlərin  transkripsiyasını  tənzimləyirlər  [6,  8,  17].  Zülal 
hibridləşməsindən  alınan  bəndlərin  intensivliyinə  görə  hibridləşmə  cavan  yarpaqdan  və  gövdənin  uc 
meristem toxumasından alınmış zülallarda daha güclüdür. Bu bəndlər göstərilən toxumalarda SlERF5 
zülalın intensiv ekspressiyasını tərənnüm edir və bu da həmin toxumalarda etilenin və ya etilen siqnal 
yolu ilə (və eləcə də digər fitohormonlarla) əlaqədar olan zülal mediatorların intensiv ekspressiyasını 
və ya siqnal sisteminin intensiv funksiyasını nümayiş etdirir.  
 
 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin