Açar sözlər: azotlu maddələr, balqabaq, qurğuşun, natrium xlorid, proteolitik fəallıq, stress. Torpaqların şoranlaşması və onun ağır metallarla (AM) çirklənməsi bütün dünyada xarici mühitin
– ekologiyanın pozulmasında ən əsas faktor olub, bitkilərin də metabolizminə neqativ təsir göstərərək
onların böyümə və inkişafına, nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Bütün dünyada
olduğu kimi Azərbaycanda da şoranlaşma və AM-larla çirklənmə çox kəskin və həllinin tapılmasını
gözləyən ekoloji problemdir.
Kompleks halda bu stressorların (şoranlaşma və AM) tədqiqatın obyekti olan bu işdə isə NaCl və
qurğuşunun – Pb təsirinə bitkilərin müsbət və ya mənfi adaptasiyasının öyrənilməsi ekoloji
fitofiziologiya üçün həm elmi, həm də praktiki cəhətdən çox əhəmiyyət kəsb edən bir məsələdir.
Hazırda Azərbaycanda kompleks halda stressorların – qurğuşunun (Pb) şoran şəraitdə bitki
orqanizmində - əsasən azot mübadiləsini və zülalların dissimilyasiyasını həyata keçirən
proteinazaların fəallığına və bunun bitkidə dözümlülüyüynün artmasına necə təsir etməsi məsələsi
öyrənilməmişdir. Ekoloji fitofiziologiya üçün bu məsələnin tədqiqinin həm nəzəri, həm də praktiki
cəhətdən vacib olduğunu nəzərə alaraq Knopun su qida mühitində NaCl və Pb-un ayrılıqda və birgə
tətbiqinin təsir müddətindən asılı olaraq balqabaq bitkisində proteinazaların fəallığında, zülal-azot
mübadiləsində yaratdığı dəyişkənliklərin yeraltı və yerüstü sistemlərin hansında daha həlledici rol
oynayaraq bitkilərin adaptasiyasına şərait yaratdığını öyrənməyi qarşıya məqsəd qoyduq.