AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
167
STRESSORLARIN (NaCl, Pb) TƏSĠRĠNDƏN BĠTKĠDƏ AZOTLU MADDƏLƏRĠN SĠNTEZĠNDƏ VƏ PROTEĠNAZALARIN FƏALLIĞINDA YARANAN ADAPTĠV DƏYĠġKƏNLĠKLƏR Ə.C.Səmədova, T.S.Şirvani, İ.T.Piriyev, M.Ə.Ənnağıyeva,
G.X. Babayeva, N.M. Rüstəmova, V.M.Əli-zadə
AMEA Botanika İnstitutu
Knop qida məhlulunda (0,5 n) 2 abiotik stressorun (NaCl, Pb) ayrılıqda və kompleks tətbiqilə balqabaq bitkisilə aparılmış təcrübələrdə müxtəlif vegetasiya müddətlərində (7, 14, 21 gün) kök, ləpə yarpaq, əsl yarpaq orqanlarında proteolitik fermentlərin fəallığı və azotlu maddələrin sintezi öyrənilmişdir. Biokütlənin (quru və yaş) təyini göstərmişdir ki, elə ilk vegetasiya (7 gün) müddətindən köklərdən fərqli olaraq yerüstü orqanlar stressorların təsirindən daha çox pozuntulara məruz qalmışlar. NaCl+Pb (fizioloji proseslər kəskin pozulmuşdur) bitkilərdən fərqli olaraq Pb-u tək almış bitkilərin orqanlarında (21 gün) proteinazaların fəallaşması, zülal sintezinin yüksəlməsi, zülal/qeyri- zülal azotu nisbətinin artması bu stressorun mənfi təsirini zəiflətmiş və Pb-a adaptasiya yaratmışdır.