MATERĠAL VƏ METODLAR Tədqiqatın aparılması üçün stressor amil kimi qurğuşun nitrat – Pb(NO
3
)
2
və NaCl duzlarının
ayrılıqda və kompleks tətbiqi şəraitində becərilmiş balqabaq (Cucurbita pepo L.) bitkisinin «Perexvatka»
sortundan istifadə edilmişdir. 5-6 gün müddətində filtr kağızı üzərində 26-28°C-də cücərdilmiş toxumlar
1,2 litrlik farfor stəkanlarda Knopun qida məhlulunda (pH 6,0) 4 variantda əkilmişlər:
1) 0,5 n Knop qida məhlulu – kontrol;
2) 0,5 n Knop qida məhlulu + NaCl (100mM) – NaCl;
3) 0,5 n Knop qida məhlulu + Pb(NO
3
)
2
(100 mkM) – Pb;
4) 0,5 n Knop qida məhlulu + NaCl (100 mM) + Pb(NO
3
)
2
(100 mkM) – NaCl+Pb.
Tədqiqatların təhlilində variantlar – kontrol, NaCl, Pb, NaCl+Pb adlandırılmışlar.
Bitkilər qida mühitində 21 gün 40 Vt/m
2
işıqda lüminessent lampaları altında 16 saat işıq + 8 saat
qaranlıq rejimində, 25-30°C-də becərilmişlər. Hər 7 gündən bir (7, 14; 21) bitkilərin kök, ləpə yarpaq, əsl
yarpaq orqanlarından götürülmüş nümunələrdə 3 təkrarda dinamikada quru maddənin toplanması [5],
müxtəlif forma azotlu maddələrin miqdarı [6], proteolitik ferment fəallığı (PFF) [3, 7] öyrənilmişdir.