AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
6
Ekosistem xidmətlərinin beynəlxalq təsnifatı Ekosistem xidmətləri sahəsində xeyli miqdarda tədqiqatların olmasına baxmayaraq, indiyə
qədər hələ də uyğun vahid təsnifatı hazırlanmayıb [3].
Hal-hazırda ekosistem xidmətlərinin üç beynəlxalq təsnifatı vardır:
- ―Minilliyin Qiymətləndirilməsi‖ (Millennium Ecosystem Assessment (MA), 2005)
hesabatında ekosistem xidmətlərinin qlobal və sub-qlobal qiymətləndirilməsi üçün istifadə olunan
təsnifat;
- ―Ekosistemin və Biomüxtəlifliyin İqtisadiyyatı‖ (The Economics of Ecosystem and
Biodiversity (TEEB), 2010) beynəlxalq təşəbbüsündə bu layihənin iştirakçı ölkələri tərəfindən milli
səviyyədə ekosistem xidmətlərinin qiymətləndirilməsi üçün istifadə olunan təsnifat;
- Ətraf Mühitin Mühafizəsi üzrə Avropa Agentliyinin Ekosistem Xidmətlərinin Ümumi
Beynəlxalq Təsnifatı (CICES - Common International Classification of Ecosystem Services) yuxarıda
qeyd olunan iki təsnifat əsasında, lakin əsasən, milli, regional və yerli səviyyələrdə ekosistemlərin
iqtisadi qiymətləndirilməsi və qeydiyyatına yönəlmişdir [1].
Bu beynəlxalq təsnifatlarda əhəmiyyətli dərəcədə oxşarlıqlar mövcuddur. Ekosistem
xidmətlərinin insana faydalar qazandıran üç əsas kateqoriya təsnifatların hamısına daxildir:
- təmin olunma (provisioning) – insanları, onlar tərəfindən birbaşa istifadə olunan maddi
resurslar ilə təmin olunması. Məsələn, ekosistemlərdən əldə edilən qida və ya meşə materialı kimi
məhsullar;
- tənzimləyici (regulating) – ekosistemlər tərəfindən insan rifahı üçün birbaşa vacib olan
müvafiq ətraf mühit göstəricilərini tənzimləyən müxtəlif mexanizmlər. Məsələn, suyun təmizlənməsi,
daşqına nəzarət və ya karbonun fiksasiyası vasitəsilə iqlim tənzimlənməsi;
- mədəni (cultural) - insanların maddi olmayan mədəni, mənəvi və elmi tələbatının
ödənilməsi.
Avropada 2011-ci ildə Avropa Komissiyası tərəfindən 2020-ci ilə Biomüxtəliflik Strategiyası
qəbul edilmişdir. Bu Strategiyada Hədəf 2-də qeyd olunur ki,―2020-ci ilə qədər, ekosistemlər və onların xidmətləri saxlanılmalı və inkişaf etdirilməli‖dir. Buna nail olmaq üçün Strategiyanın 5-ci
Fəaliyyəti Üzv Dövlətlərin ―2014-cü ilə qədər öz ərazisində ekosistemlər və onların xidmətlərinin
statusunu
xəritələndirməyi
və
qiymətləndirməyi,
belə
xidmətlərin
iqtisadi
dəyərinin
qiymətləndirilməsini və 2020-ci ilə qədər bu dəyərlərin Avropa İttifaqı (Aİ) və milli səviyyədə uçotu
və hesabat sistemlərinə inteqrasiyasını təşviq etməyi qarşıya məqsəd qoyur (Maes və b., 2014). Bu
məqsədlə, ―Ekosistemlər və onların Xidmətlərin Xəritələndirilməsi və Qiymətləndirilməsi‖ (MAES)
təşəbbüsü təsis edilmiş və Aİ ölkələri arasında ekosistemi qiymətləndirilməsi zamanı razılaşdırılmış
yanaşmanın təmini üçün zəmin hazırlanmışdır (Maes et al., 2013a) [1].
Qlobal səviyyədə ekosistem xidmətlərinin qiymətləndirilməsi 2012-ci ildə BMT tərəfindən
yaradılmış Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Platforması (BEXHP /
IPBES) tərəfindən koordinasiya olunur. BEXHP biomüxtəlifliyin qorunması və davamlı istifadəsi,
uzunmüddətli insan rifahı və davamlı inkişafı məqsədi ilə biomüxtəliflik və ekosistem xidmətləri
sahəsində elm-siyasət qarşılıqlı əlaqəsini gücləndirmək üçün yaradılmış müstəqil hökumətlərarası
təşkilatdır.