İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə48/86
tarix25.04.2023
ölçüsü324,66 Kb.
#102551
1   ...   44   45   46   47   48   49   50   51   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

Ev təsərrüfatı bir sahədə birlikdə yaşan bütün insanları işarələyir, yəni, əsas vurğu insanların kimile deyil, harada yaşamasına edilir. Əsgərlər, rahiblər, xəstəxana pasientləri ev təsərrüfatı hesab edilmir, belə ki, onların burada yaşamaları məcburidir. Tək yaşayan insanlar ABŞ-nın bütün ev təsərrüfatlarının təxminən 25% təşkil edir.
Cədvəl 1.
Fərdin ev təsərrüfatlarını dəyişməsi

Ailə ev təsərrüfatı

Qeyri-ailə ev təsərrüfatı

Ev təsərrüfatı olmayan

0-18 yaş, başdan ailə




18-28 yaş, kollec

28-38 yaş, reproduksiyalı ailə

22-28 yaş, birgə ev kirayəsi




43-78, ögey ata və ya ögey ana

38-43 yaş, boşanma

78 yaşdan yuxarı, qocalar evi



Ailə rolları.
Marketoloqlar instrumental və ekspressiv rolların köməkliyi ilə ev təsərrüfatı üzvləri və digər qrupların davranışını tədqiq, təsvir edirlər.
1. instrumental olanlar – qrup məqsədlərinin uğurla əldə edilməsinə istiqamətlənmişdir, hansı ki, maddi dəstək və liderin nüfuzuna (Tipik cənabın rolu) arxalanır.
2. ekspressiv olanlar – qrupun emosional dəstəyinə və estetik özünüifadənin təltif edilməsinə istiqamətlənmişdir.
İnstrumental rollar (onları həm də iqtisadi, funksional da adlandırırlar) sənədləşmənin rəsmiləşdirilməsi, alış şərtlərinin seçilməsi, zamanını və s. əhatə edir. Ekspressiv rollar alış haqqında qərarın qəbul edilməsinin emosional dəstəyindən ibarətdir, belə rollar ailənin emosional tələbatının, onun dəyərləri və üstünlük verdiyinin ifadə edilməsinə gətirib çıxarır. İnstrimental və ekspressiv rolların spesifikasını reklam və marketinq kommunikasiyalarının quraşdırılmasında mütləq nəzərə almaq lazımdır. Kommunikasiyalar daha çox instrumental rolların daşıcılarına yönlənir. Əslində kommunikasiyanın quruluşu və reklam müraciəti növünün seçimini ekspressiv rolların daşıyıcılarının nəzərə alınması ilə aparmaq lazımdır, ona görə ki, məhz onlar ailənin digər üzvlərinin emosiyalarına və istəklərinə təkan verirlər. Hətta instrumental rolların daşıyıcıları hər hansı bir məhsulu almağa razılaşmayanda ekspressiv rolun daşıyıcıları ailə üzvlərini elə kökləyə bilərlər ki, misal üçün, pul problemləri ikinci plana keçər (kredit, ödənişin təxirə salınması) və alış-veriş həyata keçirilmiş olar. Malda təkcə onun funksional üstünlüklərini (texniki parametrlərini) deyil, həm də xarici görünüşünü, estetik xüsusiyyətlərini də nəzərə almaq lazımdır ki, bunlar malın ümumi qəbulu üçün mühümdür. Misal üçün, tozsovuranı seçən zaman kişilər onun gücünə diqqət yetirirlər, hansı ki, qadınları daha çox forması, ölçüsü, rəngi – yəni, onun gücündən heç də az əhəmiyyətli olmayan digər amilləri maraqlandırır. Və belə alına bilər ki. qadın daha cəlbedici (rahat, gözəl) tozsovuranı güclü, lakin tamamilə cəlbedici olmayan cihazdan daha üstün tutsun.



Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin