İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


İctimai siniflərin xüsusiyyətləri



Yüklə 324,66 Kb.
səhifə45/86
tarix25.04.2023
ölçüsü324,66 Kb.
#102551
1   ...   41   42   43   44   45   46   47   48   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

İctimai siniflərin xüsusiyyətləri.

  1. Eyni sinfə aid olan insanlar özlərini demək olar ki, eyni aparmağa meyillidirlər;

  2. Mənsub olduqları sinifdən asılı olaraq insanlar daha yüksək və ya daha aşağı mövge tuturlar;

  3. İctimai sinif hər hansı bir dəyişənin deyil aid olduğu şəxslərin məşğuliyyətinin, gəlirinin, sərvətinin, təhsilinin, oriyentasiyasının dəyərləri və sair bu kimi xüsusiyyətlərin əsasında müəyyən edilir;

  4. Fərdlər daha yüksək və ya daha aşağı sinfə keçə bilərlər.

İctimai siniflər üçün xarakterik olan əmtəə və geyimdə marka, təsərrüffat ləvazimatları, boş vaxtın keçirilməsi, avtomobil üstünlükləridir. Məhz bu səbəbdən bazar xadimləri səylərini hər hansı bir ictimai sinifdə cəmləşdirirlər. Məqsədli ictimai sinif mal satılacağı müəyyən bir mağaza növünü, onun reklamı üçün məlumatın yayılma vasitəsinin və müəyyən reklam müraciətinin seçilməsini nəzərdə tutur.
Onun meyyarlarından biri təhsil dərəcəsi, fəaliyyət növü və gəlirilə müəyyən edilən soaial-iqtisadi statusdu.


Xülasə
Müxtəlif ölkələrin və dövürlərin mədəniyyətlərini müqayisə edərkən görə bilərik ki, müəyyən bir ölkədə və ya dövürdə adi olan istehlak formaları, digər bir ölkədə və ya dövürdə qəribə və ya hətta mənasızdır.
Mədəniyyətin təsiri məcburiyyət xarakteri daşıyır, bu da qaydalara riayət edənləri həvəsləndirən və onları pozanları cəzalandıran sanksiyalar vasitəsilə təmin edilir.
Verbal komunikasiya sistemlərində olan fərqləri xarici mədəniyyətə düşmüş hər bir kəs üçün tez aşkar edilir. Dilin kommunikativ sisteminin tərkib hissəsi olan qeyri verbal kommunikasiyalar da hər bir mədəniyyət üçün özünəməxsusdur. Kommunikasiyaların qeyri verbal aspektlərinə kontekstin deyilənə və ya yazılana təsiri aiddir.
Müxtəlif mədəni ənənələrə və reklam müraciətinin başqa dilə hərfi tərcüməsinə görə xoşagəlməz hadisələr baş verə bilər


Yoxlama sualları

  1. Makro mədəniyyət dedikdə nə nəzərdə tutulur?

  2. Mikro mədəniyyət dedikdə nə nəzərdə tutulur?

  3. Submədəniyyət nədir?

  4. Qeyri verbal kommunikasiyasının xüsusiyyətləri?

  5. Resosiallaşma anlayışını izah edin?



Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin