İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə43/86
tarix25.04.2023
ölçüsü324,66 Kb.
#102551
1   ...   39   40   41   42   43   44   45   46   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

Sosiallaşma agentləri:

  1. Ailə. Bağlar və davranış reaksiyaları ömürlük qalır. Lakin çox vaxt dərk edilmir, məsələn qida üstünlükləri.

  2. Təhsil sistemi. Ətraf dünyanın dəyərlərini əks etdirir.

  3. Dövlət. Hər birimiz milli dövlət vətəndaşlarıyıq, vergi ödəyirik, səs veririk, avtomobil idarə edirik. Hər bir ölkənin bu cür dəyərlərə qarşı öz prioritetləri var.

  4. Kütləvi İnformasiya Vasitələri. Televiziya yaranandan bəri KİV-in rolu daha da güclənib. Bir çox ailələrdə televizor sayəsində uşaq lap erkən yaşlarından istehlakın əsas normalarından xəbərdar olur. Televiziya onları qəhrəmanların, ulduzların davranışlarını nümayiş etdirən filmlər, insanların geyim tərzi, içkilərin, qidanın istifadəsinini görə biləcəyi idman yarışları, şou və s. vasitələrilə qəbul etdirir.

Reklam istehlak mədəniyyətini birbaşa, aqressiv şəkildə qəbul etdirir, məhz bu amil ona sosiallaşmada əsas rolu oynamağa imkan vermir. Reklam daha çox mədəniyyəti dəyişməkdə, yeni məhsulları qəbul etdirməkdə təsirlidir. Bunda məktəbəqədər müəssisələrin, məktəblərin, ali məktəblərin də rolu az deyil.
Re sosiallaşma – sosiallaşmanın təkrar baş verməsidir. Yetkin insan onu yalnız yad bir mədəniyyətə düşdüyü halda keçmək məcburiyyətidə qalır. Bu halda o, yetkin olmağına baxmayaraq, yerli əhalinin uşaqlıqdan bildiyi elemntar şeyləri öyrənmək məcburiyyətində qalır.
Mədəniyyət şoku – yad cəmiyyətə düşmüş və ünsiyyətdə, istehlakda saysız çətinliklərlə üzləşən, özünü köməksiz və istiqamətini itirmiş fərdin reaksiyasıdır.
Yad olan ətraf mühitlə fərdin arasındakı münaqişənin həlli yolları:
Qettoizasiya (“qetto” sözündən, xaricilər üçün xüsusi rayon).
Bu hal mühacirlərin (immiqrantların) yad ölkəyə gəldikləri və bu və ya digər daxili və ya xarici səbəblər üzündən öz aləmlərinə qapandıqları, ətrafdakı cəmiyyətlə və onun mədəniyyətilə ünsiyyəti yoxa endirdikləri zaman yer alır. Adətən belə insanlar şəhərin doğma dillərində danışan insanların yaşadıqları rayonlara köçür və öz doğma dilində danışır və vətənində adət etdiyi istehlak modellərini qoruyub saxlayırlar. Qərbin bir çox böyük və hətta orta şəhərlərində Çin, Hindistan məhəllələrinə rastlamaq olar. Nyu-Yorkda Brayton-biç – Sovet İttifaqından olan immiqrantların Amerikada yaratdığı və yenidən sosiallaşmanı keçə bilməyən və ya keçmək istəməyən mədəniyyət anklavıdır. Bu cür mədəniyyət qettolarında uyğun ölkənin milli mətbəxini təqdim edən restoranlar, suvinir dükanları və s. yerləşir. Bu rayonlarda əhalinin və ya onların əcdadlarının vətəni olan ölkənin mədəniyyət atributlarına müvafiq təlabat formalaşır.

Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin