Freydin motivasiya nəzəriyyəsi. Freyd hesab edirdi ki, insanlar əsas etibarilə onların davranışını formalaşdıran real psixoloji qüvvələri dərk etmir, insan özündə bir çox istəyi boğaraq inkişaf edir. Bu istəklər heç vaxt tam yox olub getmir və heç vaxt tam nəzarət altına almaq olmur. Onlar yuxuda, dil sürüşmələrində, nevrotik davranışda, beyindən çıxmayan hallarda və nəhayət insan eqosunun daxili güclü impulsları tarazlaşdırmaq imkanı olmadığı psixoz zamanı təzahür edir.
Beləliklə, insan öz motivasiyasının mənbəyi barədə özünə tam hesabat verə bilmir. İstehlakçı özünə bahalı fotokamera almaq istəyirsə, öz motivini xobbisini və ya karyera tələbatını təmin etmək istəyi kimi təsvir edə bilər. Daha dərinə baxdıqda məlum olar ki, bu cür kamera almaqla o, ətrafdaklarda öz yaradıcılıq qabiliyyəti barədə təəssürat yaratmaq istəyir. Lap dərinə boylansaq, ola bilsin ki, o, bu kameranı gənc və azad hiss etmək üçün alır.
Motivasiya araşdırıcıları bu və ya digər alış zamanı istehlakçının şüuruna təsir edə biləcək şeylərlə bağlı bir sıra maraqlı və qəribə nəticəyə gəlmişlər. Onlar hesan edir ki:
-
İstehlakçılar qara gavalı almaqdan imtina edir, çünki gavalı büzüşüb və görünüşü qocaları xatırladır.
-
Kişilər siqareti barmaq sormanın alternativi olaraq çəkir. Onlar daha tünd iyi olan siqaretlərə üstünlük verirlər, çünki həmin siqaretlər onların kişi başlanğıcını xüsusi qeyd edir.
-
Qadınlar bitki mənşəli kombinə olunmuş yağları heyvan yağlarından üstün tutur, çünki heyvan yağları onlarda kəsilmiş heyvanların qarşısında günahkarlıq hissi yaradır;
-
Qadın keks bişirmə prosesinə çox ciddi yanaşır, çünki şüuraltı olaraq doğuş prosesi yadına düşür. Keks hazırlamaq üçün hazır xəmir onun xoşuna gəlmir, çünki asan həyat günahkarlıq hissi yaradır.
Dostları ilə paylaş: |