Kommunikasiya mənbəyi
Kommunikatorun (məqsədi insanların istəklərini dəyişdirmək olan kommunikasiya mənbəyinin) inandırıcılıq dərəcəsini iki amil təyin edir:
-
Etibar qazanmaq bacarığı
-
Cəlbedicilik
Etibar qazanmaq bacarığı. Auditoriya informasiya mənbəyini ekspert və yaxud etibar etməli insan kimi qəbul etsə, ona inanar.
-
kommunikator nə qədər çox başbilən kimi qəbul olunursa, onun məlumatı da bir o qədər effektiv olacaq;
-
öz açıq-aşkar maraqlarından imtina etməklə auditoriyanın etibarını daha effektiv şəkildə qazanmaq olar. Tütün fabrikin varisi siqaret çəkmək nəticəsində yaranmış xəstəliklərdən əziyyət çəkən insanları tütün məmulatlarını məhkəməyə verməyə çağırarsa, istehlakçıların nəzərində siqaret əleyhinə ən inandırıcı təmsilçi olacaq;
-
ləng danışan və pauza verən dama nisbətdən sürətlə və dəqiq danışan adama daha çox etibar edirlər.
-
müəyyən hallarda etibar qazanmaq qabiliyyəti aşağı olan kommunikatorlar tam etibar olunan şəxslər qədər effekt əldə edə bilər, amma bu dərhal olmur, bir neçə həftə çəkir. Bu yatan adam fenomenidir. Mahiyyəti bundan ibarətdir ki, əgər məlumat kifayət qədər ciddidirsə, insanlar onun məzmununu yadda saxlayır, amma ilkin mənbəni unudurlar.
Cəlbedicilik. Biz müxtəlif səbəblərdən cəlbedici insanlara yaxşı münasibət bəsləməyə, onlara minnətdarlıq etməyə meylliyik. Məşhurlara təşəkkürümüzü bildirmənin yollarından biri də onların televiziya reklamında israrla tövsiyə etdiyi şeyi almaqdır. Bu tendensiya yalnız aspirin və dezodorant kimi trivial əşyalar üçün keçərlidir.
Kommunikasiya (rabitə)
Reklamın effektivliyinə kommunikasiyanın təbiəti və onun təqdim edilmə forması təsir göstərir. Bununla əlaqədar olaraq çox vaxt aşağıdakı məsələlərə baxılır:
-
Dostları ilə paylaş: |