Firmanın istehsal gücü – müəyyən dövr ərzində (məsələn, ay, rüb, il) elm və texnikanın ən yeni nailiyyətlərinin, mütərəqqi texnoloji proseslərin və qabaqcıl istehsalat təcrübəsinin geniş tətbiqi, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi əsasında, mövcud istehsal əsas fondlarından tam istifadə etməklə optimal nomenklaturada, çeşiddə və keyfiyyətdə müəyyən məhsul buraxılışı üzrə maksimum imkandır.
İstehsal gücü ayrı-ayrı sexlər, aqreqatlar, xətlər üzrə də müəyyən edilir.
İstehsal gücü istehsal bölmələrinin (müəssisə, sex, istehsal sahəsi, iş yeri) il ərzində məhsul buraxmaq üzrə maksimum imkanlarını xarakterizə edən, istehsal potensialını əsaslandırmaq üçün çox qiymətli və hesablama metodikası nisbətən mürəkkəb olan texniki-iqtisadi göstəricidir.
16)Firmanın istehsal gücü Firmanın istehsal gücü – müəyyən dövr ərzində (məsələn, ay, rüb, il) elm və texnikanın ən yeni nailiyyətlərinin, mütərəqqi texnoloji proseslərin və qabaqcıl istehsalat təcrübəsinin geniş tətbiqi, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi əsasında, mövcud istehsal əsas fondlarından tam istifadə etməklə optimal nomenklaturada, çeşiddə və keyfiyyətdə müəyyən məhsul buraxılışı üzrə maksimum imkandır.
İstehsal gücü ayrı-ayrı sexlər, aqreqatlar, xətlər üzrə də müəyyən edilir.
İstehsal gücü istehsal bölmələrinin (müəssisə, sex, istehsal sahəsi, iş yeri) il ərzində məhsul buraxmaq üzrə maksimum imkanlarını xarakterizə edən, istehsal potensialını əsaslandırmaq üçün çox qiymətli və hesablama metodikası nisbətən mürəkkəb olan texniki-iqtisadi göstəricidir.
17)Dövriyyə fondlarının iqtisadi mahiyyəti və tərkibi
İstehsal əsas fondlarının tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və müəyyən funksiyaları yerinə yetirən əmək vasitələri daxil edilir.
18)Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri Dövriyyə istehsal vəsaitləri - Dövriyyə fondları istehsal prosesində istehlak olundurmaqla hazır məhsula çevrilir. Öz təyinatına görə 3 hissəyə bölünür:
İstehsal ehtiyatları istehsalın fasiləsizliyini təmin etmək məqsədilə alınan xammal, material, yanacaq və s.dir.
Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar artıq texnoloji prosesə buraxılmış və emalın müəyyən mərhələsində olan material, istehsalı hələ başa çatdırılmamış hissə və məmulatlar, habelə özünün istehsalı olan yarımfabrikatlardır.
Gələcək dövrün xərcləri cari xərclər kimi nəzərdə tutulmuş və müasir dövrdə sərf olunan, lakin gələcəkdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclərdir. Məsələn, icarəyə götürülmüş binanın illik icarə haqqı əvvəlcədən ödənilirsə, bu məbləğ gələcək dövrün xərclərinə aid edilir. Bu məbləğin hər aya düşən hissəsi maya dəyərinə daxil edilməklə, ilboyu hissə-hissə geri qaytrılır.
Tədavül fondları tədavül sferasına xidmət etməklə firmanın anbarındakı hazır məhsulundan, yola salınmış, lakin haqqı ödənilməmiş əmtəələrin dəyərindən, hesablaşmalardakı və bankların cari hesablarında olan pul vəsaitlərindən və debitor borclarından ibarət olur.
19)Firmada maddi resursların normalaşdırılması
Məsrəf norması nədir? Norma – məhsul vahidinin istehsalına materialdan maksimum yol verilə bilən, yaxud minimum məsrəfdir.
Materialdan məsrəf normasını il ərzində istehsal ediləcək məhsulun miqdarına vurmaqla materiala illik tələbatın həcmini tapırlar və bunun əsasında müəssisənin maddi-texniki təminat planını tərtib edirlər.
Mütərəqqi material məsrəfi normaları qabaqcıl təcrübəni, elm və texnikanın son nailiyyətlərini özlərində təcəssüm etdirməli və materiala faktiki qənaət səviyyəsini ötüb keçməlidir.
20)Tədavül fondları tərkibi quruluşu və yaradılma mənbələri