Texniki amillərə hazırlanan məhsulun konstruksiyası, istifadə olunan xammal və materialın, texnoloji prosesini və s. təkmilləşdirilməsi, detalın qara və xalis çəkisinin azaldılması və s. aiddir.
Təşkilatı amilə əməyin təşkilinin, istehsalın təşkilinin və idarə etmənin təşkilinin təkmilləşdirilməsi aiddir.
İqtisadi amillərə fəhlələrin maddi resurslardan istifadə dərəcəsinə görə onların müvafiq həvəsləndirilməsi aiddir.
Maya dəyərinin aşağı salınma ehtiyatları aşağıdakılardır.
Texnika və texnologiyanın təkmilləşdirilməsi.
Əmək məhsuldarlığının yüksəldilməsi.
Əsas fondlardan səmərəli istifadə.
Dövriyyə vəsaitindən səmərəli istifadə.
Şərti sabit xərclərinə qənaət və s.
Maya dəyərinin hər bir faiz aşağı salınması ölkə iqtisadiyyatı miqyasında milyonlarla manata qənaət deməkdir.
35)Mənfəətin mahiyyəti, növləri və mənbələri
Mənfəət müəssisənin xalis gəliri olub topdan satış qiymətlə maya dəyər arasındakı fərqdən ibarətdir. Mənfəət müəssisə işinin nəticələrini ilk öncə onun keyfiyyət göstəriciləri olan maya dəyərinin aşağı düşməsini, əmək məhsuldarlığının yüksəldilməsini, rentabellilik səviyyəsinin yüksəldilməsi və s. xarakterizə edir. Müəssisədə mənfəətin əsas yaranma mənbəyi məhsulun satışıdır. Lakin müəssisə mənfəəti digər mənbələr hesabına da formalaşdıra bilər.
Mənfəətin aşağıdakı növləri vardır:
Məhsul vahidindən alınan mənfəət
Ümumi mənfəət
Hesabi mənfəət
36)Mənfəətin bölüşdürülməsi
37)Rentabellik və onun növləri
Rentabellik – pul vəsaitlərindən və digər resurslardan istifadənin effektivlik göstəricisidir. Əmsal və yaxud faiz şəklində ifadə edilir.
Müəssisə və yaxud bankın qiymətləndirilməsi üçün rentabelliyin bir neçə göstəricilərindən istifadə olunur və müxtəlif qaydalarda hesablanır. Əsas göstərici ümumi rentabellik və ya aktivlərin rentabelliyi göstəricisidir və aşağıdakı düsturla hesablanır:
Dostları ilə paylaş: |