İstehsalın iqtisadiyyatı və menecment



Yüklə 134,87 Kb.
səhifə6/7
tarix10.02.2023
ölçüsü134,87 Kb.
#83685
1   2   3   4   5   6   7
stehsal n iqtisadiyyat v menecment

Texniki amillərə hazırlanan məhsulun konstruksiyası, istifadə olunan xammal və materialın, texnoloji prosesini və s. təkmilləşdirilməsi, detalın qara və xalis çəkisinin azaldılması və s. aiddir.
Təşkilatı amilə əməyin təşkilinin, istehsalın təşkilinin və idarə etmənin təşkilinin təkmilləşdirilməsi aiddir.
İqtisadi amillərə fəhlələrin maddi resurslardan istifadə dərəcəsinə görə onların müvafiq həvəsləndirilməsi aiddir.
Maya dəyərinin aşağı salınma ehtiyatları aşağıdakılardır.

  1. Texnika və texnologiyanın təkmilləşdirilməsi.

  2. Əmək məhsuldarlığının yüksəldilməsi.

  3. Əsas fondlardan səmərəli istifadə.

  1. Dövriyyə vəsaitindən səmərəli istifadə.

  2. Şərti sabit xərclərinə qənaət və s.

Maya dəyərinin hər bir faiz aşağı salınması ölkə iqtisadiyyatı miqyasında milyonlarla manata qənaət deməkdir.

35)Mənfəətin mahiyyəti, növləri və mənbələri


Mənfəət müəssisənin xalis gəliri olub topdan satış qiymətlə maya dəyər arasındakı fərqdən ibarətdir. Mənfəət müəssisə işinin nəticələrini ilk öncə onun keyfiyyət göstəriciləri olan maya dəyərinin aşağı düşməsini, əmək məhsuldarlığının yüksəldilməsini, rentabellilik səviyyəsinin yüksəldilməsi və s. xarakterizə edir. Müəssisədə mənfəətin əsas yaranma mənbəyi məhsulun satışıdır. Lakin müəssisə mənfəəti digər mənbələr hesabına da formalaşdıra bilər.
Mənfəətin aşağıdakı növləri vardır:

  1. Məhsul vahidindən alınan mənfəət

  2. Ümumi mənfəət

  3. Hesabi mənfəət

36)Mənfəətin bölüşdürülməsi


37)Rentabellik və onun növləri

Rentabellik – pul vəsaitlərindən və digər resurslardan istifadənin effektivlik göstəricisidir. Əmsal və yaxud faiz şəklində ifadə edilir.


Müəssisə və yaxud bankın qiymətləndirilməsi üçün rentabelliyin bir neçə göstəricilərindən istifadə olunur və müxtəlif qaydalarda hesablanır. Əsas göstərici ümumi rentabellik və ya aktivlərin rentabelliyi göstəricisidir və aşağıdakı düsturla hesablanır:

Yüklə 134,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin