10.Relyasiya cəbrinin əməliyyatları dəstəklənir.
Relyasiya modelində cədvələ nisbət (relation) kimi baxılır. Nisbət isə çoxluğun bir formasıdır. Nisbətlər üzərində relyasiya cəbrinin əməliyyatlarını hər bir VBİS dəstəkləməlidir. Bu əməliyyatlara nisbətlərin (cədvəllərin) kəsişməsi, birləşdirilməsi, çıxılması, dekart hasili, bölünməsi, atributlara (domenlərə) görə proyeksiyası və s. aiddir.
11.Verilənlərin paylanmış emalı təmin olunur.
Müasir şəraitdə verilənlər bazaları əsasən şəbəkə mühitində reallaşdırılır. Kompyuter şəbəkəsində (lokal və ya qlobal) verilənlərin paylanmış emalı təmin edilir. Bu cür VB-yə paylanmış verilənlər bazaları sistemi (PVBS) deyilir. PVBS əsasən kliyent-server arxitekturası ilə təşkil olunur. Müəssisə daxilində qurulan PVBS-in server kompyuterində mərkəsi VB, kliyent kompyuterində isə yerli VB yerləşdirilir. Mərkəzi VB-də müəssisənin bütövlükdə fəaliiyətini əks etdirən verilənlər, yerli VB-də isə bölmələrə (sexlərə) aid verilənlər saxlanır.
Dostları ilə paylaş: |