6.4.Verilənlər bazası əsasında qurulan QQDS-də verilənlərin analitik emalında
yaranan problemlər QQDS-in uzun illər tətbiqi nəticəsində toplanan təcrübə OLTP-sistemlərinin verilənlərin analitik emalında istifadəsinin kifayət qədər səmərəli olmamasını göstərdi[9]. Bu tip sistemlərin informasiyanın toplanması, saxlanması və axtarışı kimi məsələlərin həllində tətbiqi səmərəli olur, lakin onlar müasir QQDS-lərə qoyulan tələblərə cavab vermirlər. OLTP-sistemlərin funksionallığının artırılmasına göstərilən cəhdlər də lazımi nəticə vermədi.
OLTP-sistemlərin QQDS-də tətbiqinin səmərəsizliyinin əsas səbəbi OLTP və QQDS sistemlərinə qoyulan tələblərin bir-bilə uzlaşmamasındadır. Bu sistemlərə qoyulan əsas tələblərin siyahısı 6.1-ci cədvəldə verilmişdir. Cədvəldə\ sadalanan tələblərə ətraflı baxaq.