İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə86/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   83   84   85   86   87   88   89   90   91
C fakepathMuhazireler

Mühazirə 12.

İNTELLEKTUAL ANALİZİN PROQRAM TƏMİNATI



Plan:

12.1. VİA instrumentlərinin xarakteristikaları

12.2. VİA instrumentlərinin təsnifatı

12.3. COM, OLE və ActiveX texnologiyaları əsasında verilənlərin intellektual analizinin reallaşdırılması

12.4.COM, OLE və ActiveX texnologiyaları haqqında qısa məlumat

12.5. COM, OLE və ActiveX texnologiyalarının POLYANALYST sistemində reallaşdırılması
12.1. VİA instrumentlərinin xarakteristikaları
Verilənlərin intellektual analizinin (VİA) proqram təminatına, başqa sözlə, VİA-nin instrumental vasitələri və ya, sadəcə, instrumentləri deyilir. VİA-nin proqram təminatı üçün çoxlu proqram paketləri var. Lazımi paketi seçmək üçün qoyulan məsələləri yaxşı bilmək və tələb olunan nəticələri dəqiqləşdirmək lazımdır.

VİA instrumentləri ya ayrıca proqram məhsulu kimi, ya da mövcud proqram məhsuluna əlavələr kimi hazırlana bilər. Sonuncu variant proqram təminatı bazarında bir çox qabaqcıl firmalar tərəfindən reallaşdırılır. Universal statistik paketləri hazırlayan firmalar ənənəvi olaraq öz məhsullarına VİA metodlarının müəyyən dəstini əlavə edirlər. Bu cür paketlərə misal olaraq SPSS, Statistika, SAS göstərmək olar. Bəzi firmalar isə VBİS-in funksiyalarına VİA instrumentlərini daxil edirlər, məsələn: MS SQL Server, Oracle, İBM İntelligent Miner for Data.

VİA proqram vasitələri müəyyən xarakteristikalar dəsti ilə qiymətləndirilir. Həmin xarakteristikaları iki qrupa bölmək olar: biznes xarakteristikaları və texniki xarakteristikalar. Bu bölünmə şərtidir və bəzi xarakteristikalar hər iki qrupa aid edilə bilər. Bu xarakteristikalara aşağıdakılar daxildir.

1.İntuitiv interfeys.

İstifadəçinin sistemlə rahat işləməsi üçün interfeys intuitiv olmalıdır. İntuitiv interfeys istifadəçiyə interfeysin elementlərini asan və tez qavramağa imkan yaradır və bununla da “proqram-istifadəçi” dialoqu sadə və başa düşülən olur. İntuitiv interfeys anlayışı həmçinin tanış əhatə mühitinin olmasını və başa düşülən terminologiyadan iatifadə edilməsini nəzərdə tutur.



2.Verilənlərin import/eksport edilməsinin rahatlığı

VİA instrumenti ilə işləyəndə istifadəçi müxtəlif verilənlər yığımlarından istifadə edir, müxtəlif verilənlər mənbələri ilə (mətn faylları, elektron cədvəllər, verilənlər bazaları və s.)işləyir. VİA instrumenti verilənlərin yüklənməsi (import) üçün əlverişli üsula malik olmalıdır. Analizin nəticələrinin lazımi formada və əlverişli üsulla çıxarılması (eksport) da təmin olunmalı, verilənlərin geniş yayılmış formatları: txt, dbf, xls, csv və s. dəstəklənməlidir.



3.Alınan hesabatların əyaniliyi və müxtəlifliyi

Hesabatlar problem sahəsinin terminləri ilə ifadə olunmalı, istifadəçiyə lazım olan nəticəvi informasiyanın hamısını əhatə edən kifayət sayda və keyfiyyətli çıxış formalarında verilməlidir.



4.İnstrumentlə işləmənin asan öyrənilməsi.

5.VİA prosesinin addımlarının şəffaflığı və aydınlığı.

6.İstifadəçi üçün rəhbərlik.

VİA modellərinin generasiyasının addımlarını ardıcıl izah edən rəhbər sənədin və təlimatlar toplusunun olması istifadəçinin işini xeyli asanlaşdırır.



7.İstifadənin rahatlığı və sadəliyi.

Hazırlıqsız istifadəçinin işini asanlaşdırmaq üçün proqram təminatında “Usta” (Wizuard) kompanenti nəzərə alınmalıdır.

8.İngilis dilini bilməyən istifadəçilər üçün proqramla işləmək üçün digər dillərdə, o cümlədən, rus dilində variantları olmalıdır.

9.Konkret misalın həllini əks etdirən nümayiş variantı olmalıdır.



10.Vizuallaşdırma imkanları. İnformasiyanın qrafik təsvirinin mümkünlüyü nəzərə alınmalıdır.

11.Parametrlərin qiymətlərinin susmaqla (qeyri-aşkar) verilməsi.

Yeni başlayan istifadəçilər üçün bu böyük əhəmiyyət kəsb edir, çünki, bir çox proqramların yerinə yetirilməsində istifadəçidən çoxlu sayda parametrlərin verilməsi və ya seçilməsi tələb olunur. Ələlxüsus neyron şəbəkələr metodunu reallaşdıran proqramlarda bu cür parametrlərin sayı çox olur.



12.Reallaşdırılan metodların və alqoritmlərin sayı.

VİA-nın bir çox instrumentlərində bir və ya bir neçə məsələni həll etməyə imkan verən bir neçə metod reallaşdırılır. Əgər bir məsələnin (məsələn, təsnifat məsələsinin) həlli üçün bir neçə metoddan (məsələn, neyron şəbəkələri, həlletmə ağacları və s.) istifadə etmək mümkünsə, istifadəçi həmin metodların köməyilə qurulmuş modelləri müqayisə etmək imkanı əldə edir.



13.Hesablama və nəticələrin təqdim edilməsi tezliyi.

VİA instrumenri istifadəçilərə On-Line rejimində işləməyi təmin etməlidir. Off-Line rejimində isə nəticələr istifadəçiyə qısa müddət ərzində təqdim olunmalıdır.



14.Peşəkar məsləhətçinin olması.

Metodların, alqoritmlərin, instrumental vasitələrin seçilməsində kömək üçün lazımdır.



15.Mühafizə, parol.

Bir çox hallarda VİA-nın köməyilə məxvi informasiya analiz edilir. Odur ki, informasiyanın təhlükəsizliyi və sistemə girişin parolla olması təmin edilməlidir.



16.Platformalar.

VİA instrumentləri aşağıdakı platformalarda reallaşdırılır: PC Standalone, Unix Server, Unix Standalone, PC Client, NT Server, MS Windows.

Göstərilən xarakteristikalar VİA instrumentinin funksionallıq, tətbiq, təhlükəsizlik və məhsuldarlıq kriteriləridir. İnstrumentin seçilməsi zamanı bu tələbləri və həlli tələb olunan məsələnin xüsusiyyətlərini nəzərə almaq lazımdır. İnstrumental vasitələr elə seçilməlidir ki, onlar təkcə cari məsələlərin deyil, həmçinin perspektivdə yarana bilən digər məsələlərin də həllini təmin edə bilsinlər.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin