İstifadə olunan ixtisarların siyahısı


COM, OLE və ActiveX texnologiyaları haqqında qısa məlumat



Yüklə 388,52 Kb.
səhifə89/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   83   84   85   86   87   88   89   90   91
C fakepathMuhazireler

12.4.COM, OLE və ActiveX texnologiyaları haqqında qısa məlumat
Proqram təminatının qurulmasında hazır proqram komponentlərindən istifadə edilməsi həmin komponentlər arasında qarşılıqlı əlaqələrin ümumiləşdirilmiş bir üsulla həyata keçirilməsini vacib şərt kimi qarşıya qoyur. COM texnologiyası da elə bu məqsəd üçün yaradılmışdır.

“Microsoft” firmasının məhsulu olan COM (Component Obyekt Model-Komponent Obyekt Modeli) elə bir standart mexanizmdir ki, onun köməyilə proqram təminatının bir hissəsi (komponenti) öz servislərini digər hissəyə (komponentə) təqdim edir və bu zaman proqram təminatının tipindən (tətbiqi proqram, kitabxana proqramı, sistem və ya şəbəkə proqramı)asılı olmayaraq, servislər ümumi arxitektura ilə təşkil edilir. Burada proqram təminatının istənilən komponenti COM obyektləri şəklində reallaşır. Hər bir obyekt bir və ya bir neçə interfeys təqdim edir, interfeys isə metodlardan ibarətdir. Metod müəyyən əməliyyat yerinə yetirən prosedur və ya funksiyadır. O, həmin obyektdən istifadə edən digər obyekt (kliyent) tərəfindən çağrıla bilər. Kliyent obyektin servisinə interfeysin metodları vasitəsilə müraciət edə bilər. O, obyektin verilənlərinə birbaşa müraciət edə bilməz.

COM texnologiyası əsasında “Microsoft” firması istifadəçilər üçün daha rahat və əlverişli olan OLE və ActiveX texnologiyalarını yaratdı. OLE və ActiveX obyektləri yeni imkanlarla genişləndirən COM obyektləridir.

OLE (Obyect Linking And Embedding-Obyektlərin əlaqələndirilməsi və daxil edilməsi) WINDOWS mühitində işləyən müxtəlif tətbiqi proqramlar arasında verilənlər mübadiləsini aparmaq üçün protokollar dəstədir. OLE bir proqramda digər proqramlar tərəfindən hazırlanmış verilənlərdən istifadə edilməsini təmin edir. OLE texnologiyası mətndən, qrafikdən, elektron cədvəldən, səs məlumatından və s. ibarət olan və müxtəlif fayllarda saxlanan tərkibli (compound) sənəd konsepsiyasını təmin edir. İçərisinə obyekt (mətn, qrafik, cədvəl və s.) daxil edilən sənədə (proqrama) “kliyent”, həmin obyekti təqdim edən sənədə (proqrama) isə “server” deyilir. Daxil edilən (çağrılan) obyekt (Embedding obyect) çağrılan obyektin bir hissəsi olur. Əlaqələndirilən obyekt (Linking obyect) isə ayrıca fayl kimi öz funksiyasını yerinə yetirir. OLE, çağrılan obyektin çağıran obyektin (proqramın) pəncərəsində əks etdirilməsimə, açılan menyudan öz metodlarını çağırmağa və s. imkan verir.

ActiveX texnologiyası OLE-nın ilementinin (OLE controls (OCX)) yeni adıdır. Microsoft firması 1996-cı ildə İnternet üçün multimedia tətbiqi proqramlarını yaradarkən OCX idarəetmə elementlərini genişləndirərərk onu ActiveX adlandırdı. ActiveX texnologiyası COM və Distributed COM texnologiyasına əsaslanır və OLE texnologiyasının İnternet və İntranet şəbəkələrində reallaşdırılmasını təmin edir.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin