Verilənlərin yüklənməsi prosesində aşağıdakı amilləri nəzərə almaq lazımdır.
1) VA-ya yüklənən verilənlərin həcmi böyük olduğundan yüklənmə prosesinin sürətlə aparılması vacib məsələ hesab olunur. Bu məqsədlə aşağıdakılar nəzərə alınmalıdır:
- SQL əmrlərindən istifadə etməklə verilənlərin yüklənmə sürəti aşağı olur. Odur ki, yüklənməni VBİS-ə daxil edilən import /eksport vasitələri ilə aparmaq daha sərfəlidir;
- cədvəllərin indekslərinin yüklənmə sürəti aşağı olur, odur ki, bir çox halda indeksləri yenidən qurmaq sərfəli olur;
- verilənlərin yüklənməsi zamanı paralellikdən maksimal dərəcədə istifadə etmək lazımdır, məsələn, fakt cədvəlləri ilə ölçü cədvəllərini eyni vaxtda yükləmək olar;
- yüklənmə zamanı verilənlərin istinad tamlığı təmin olunmalıdır, aqreqatlar isə onları təşkil edən verilənlərlə eyni vaxtda qurulmalı və yüklənməlidirlər.
2)Verilənlərin yüklənməsinin məhsuldarlığının qiymətləndirilməsi tətbiq edilən VBİS-ə daxil olan prosedurların köməyilə VA-nın administratoru tərəfindən aparılır.
Mühazirə 9. QQDS-də VERİLƏNLƏRİN ANALİZİ
Plan:
9.1. VA-da verilənlərin analitik email
9.2. Təsnifat və reqressiya məsələləri
9.3 .Klasterləşdirmə məsələsi
9.4. Assosiativ qaydaların axtarışı
9.5. Anomaliyaların və ümumi qanunauyğunluqlardan sapmaların aşkarlanması
Dostları ilə paylaş: |