Kürəvi divarın istilikkeçirməsi
Rejim qərarlaşmışdır. ∂t/δτ=0
Temperatur yalnız radius boyunca dəyişir. t=t(r)
Radiusu “r” olan kürəvi səthdən keçən istilik seli:
Burada F = 4πr2 – kürəvi səthin sahəsidir.
Odur ki,
və ya
Rejim qərarlaşmış olduğu üçün
Q=const; λ=const; ts1=const; ts2=const;
Sərhəd şərtlərinə görə
r = r1 olduqda t = ts1
r = r2 olduqda t = ts2
odur ki, son ifadəni inteqrallasaq alırıq:
Buradan
Gördüyümüz kimi, kürəvi divarın daxilində temperatur hiperbolik qanunu ilə dəyişir.
MÜHAZİRƏ 13
İstiliyin ötürülməsi
Arakəsmə vasitəsilə iki maye arasında baş verən istilikmübadilə prosesinə istilikötürmə deyilir.
Istiliyin ötürülməsi üç mərhələyə bölünə bilər:
Arakəsmənin isti maye ilə yuyulan səthinə istiliyin verilməsi;
Arakəsmə divarında istiliyin keçirilməsi;
Arakəsmənin soyuq maye ilə yuyulan səthindən həmin mayeyə istiliyin verilməsi mərhələlərinə.
Qərarlaşmış rejimdə istilikötürməyə aid bir neçə məsələnin həllinə baxaq.
Dostları ilə paylaş: |