İdeal və real qazın hal tənliyi
Hal parametrləri (p, , T) arasındakı asılılıq hal tənliyi və ya xarakteristik tənlik adlanır, yəni F(p, , T)=0
Ideal qaz dedikdə elə bir qaz nəzərdə tutulur ki, onun molekullarına məxsus olan həcm qazın tutduğu həcmə görə nəzərə alınmaz dərəcədə kiçik olub, həmin molekullar arasında isə ilişmə qüvvəsi yoxdur. Həqiqi (real) qazlarda yalnız yüksək temperaturlarda və kiçik təzyiqlərdə molekulların həcmini və onların arasındakı ilişmə qüvvəsini nəzərə almamaq olar.
Ideal qazın hal tənliyi aşağıdakı kimi yazılır:
Burada p – qazın mütləq təzyiqi, N/m2;
– xüsusi həcm, m3/kq;
R – qaz sabiti , C/(kq∙K);
T – mütləq temperatur, K;
V – mütləq həcm, m3;
m – qazın kütləsi, kq;
– mol həcmi, m3/kmol;
– molekulyar kütlədir;
M= – mol sayıdır.
Qeyd etmək lazımdır ki, bir kilomol (kmol) kq qaz qədərdir.
(1.6) tənliyində universal qaz sabiti adlanır.
Real qazlardan ötrü kəmiyyətcə dəqiq nəticələr verə bilən universal tənlik hələ də yoxdur.
Düpre, molekulların tutduğu həcmi nəzərə alaraq
tənliyini təklif etmişdir. Burada b – molekullara məxsus həcm, ( - sərbəst həcmdir.
Qrin molekullar arasındakı ilişmə qüvvəsini nəzərə alaraq, aşağıdakı tənliyi təklif etmişdir
Van-der-Vaals, molekullar arasındakı ilişmə qüvvəsinin həcmin kvadıratı ilə tərs mütənasib olmasını isbat edərək,
tənliyini təklif etmişdir. Bu tənlik keyfiyyətcə özünü doğruldsa da, kəmiyyətcə doğruldmur.
Qaz qarışığı
Burada ideal qazlardan ibarət olan sırf mexaniki qarışıqlara baxılacaq. Belə qarışıqlar Dalton və Amaqa qanunlarına tabedir.
Dostları ilə paylaş: |