MAHMUD bəy FƏRZƏLİBƏYOV
(1871-1937)
Mahmud bəy Murtuzaqulu
(Mürsəlqulu) bəy oğlu Fərzəli-
bəyov 1871-ci ildə ġuĢada əsilzadə
ailədə anadan olmuĢdu.1890-cı ildə
ġuĢa real məktəbini bitirmiĢdi.
Sonra Tiflisdə ali savad almıĢdı.
1891-ci ildə Qazax Qəza Ġdarəs-
ində xidmətə baĢlamıĢdı. 1893-cü
il iyunun 29-da ġuĢa Qəza Ġdarə-
sinin tərcüməçisi təyin olunmuĢdu.
1896-cı il avqustun 21-də Quba
Qəza Ġdarəsinə tərcüməçi dəyiĢdi-
rilmiĢdi. 1900-cü il oktyabrın 15-
də Bakı Qəza Ġdarəsinə həmin və-
zifəyə
göndərilmiĢdi.1
noyabr
1901-ci ildə Bakı Dairə Məhkəmə-
sinə tərcüməçi vəzifəsinə köçürül-
müĢdü. 24 sentyabr 1904-cü ildə
Bakı Dairə Məhkəməsi katibinin köməkçisi təyin edilmiĢdi. 7
oktyabr 1908-ci ildə Bakı Dairə Məhkəməsinin DaĢlaqar məhkəmə
sahəsinə barıĢdırıcı münsif təyin olunmuĢdu. 1911-ci il may ayının
2-də Bakı Dairə Məhkəməsinin PriĢib (indiki Göytəpə) məhkəmə
Mahmud bəy Fərzəlibəyov
(ayaq üstə soldan birinci)
416
sahəsinə məhkəmə təyinatçısı göndərilmiĢdi. 1914-cü il məlumatla-
rına görə ġuĢa Qəza Ġdarəsində kargüzar iĢləyirdi. 1917-ci il aprelin
9-da ġuĢa Ģəhər Dumasına kargüzar təyin olunmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəza rəisi
Niftəli (əslində Lütvəli bəydir) Zülqədərovun böyük köməıçisi (1-ci
mavin) vəzifəsində xidmət etmiĢdi...
Azərbaycanda sovet dönəmində Mahmud bəy Fərzəlibəyov
(“Mahmud” ərəb sözüdür,”tərifli, təriflənmiĢ” deməkdir) 1922-ci il
yanvarın 29-dan 1923-cü ilədək Bakı Ģəhərində ĠĢlər Ġdarəsində
kargüzar vəzifəsində çalıĢmıĢdı. 1923-cü ildə tərcüməçi vəzifəsinə
dəyiĢilmiĢdi. 1924-cü ildə Azərtütün Ġdarəsinə tərcüməçi göndəril-
miĢ və ömrünün sonunadək həmin iĢdə çalıĢmıĢdı. Mahmud bəy
Fərzəlibəyov 1937-ci ildə Bakıda 66 yaĢında vəfat etmiĢdir...
417
PRİSTAVLAR
İSMAYIL bəy HACIBƏYOV
Ġsmayıl bəy Hacı bəy oğlu
Hacıbəyov 1887-ci ildə ġuĢa Ģəhə-
rində anadan olmuĢdu. ġuĢa qəza
məktəbini bitirmiĢdi. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə ġuĢa
qəzasında əvvəlcə polis pristavı
iĢləmiĢdi.Sonra CavanĢir qəza-
sında xidmətini davam etdirmiĢdi.
O, 1920-ci ilin aprelinədək Cavan-
Ģir qəzasının rəisi Mustafa bəy
Qabulovun (tarixi ədəbiyyatda
Kabulovda yazılır) böyük kömək-
çisi (1-ci müavini) vəzifəsində
qulluq göstərmiĢdi...
...Ġsmayıl bəy Hacıbəyovun
Soltan bəy və Osman bəy adlı
oğulları, DilguĢə xanım adlı qızı vardı...
NURƏDDİN bəy SEYİDZADƏ (SEYİDOV)
(1896 – 1968)
Nurəddin bəy Seyidzadə 1896-cı ildə Gəncə Ģəhərinin Zərrabi
məhəlləsində anadan olmuĢdu. Atası Hacı Seyid Hüseyn MəĢədi
Ġsmayıl oğlu bir müddət Gəncədəki “Çökək hamamı”ı iĢlətmiĢ,
418
Gəncədəki ġah Abbas məscidində piĢnamaz (məsciddə camaat
(cümə) namazında qabaqda duran din xadimi) olmuĢdu. Nurəddin
Seyidzadənin anası ZərniĢan xanım Hidayət bəy qızı Bakı polis-
meysteri Rüstəm bəy Mirzəyevin bacısı idi (baĢqa sözlə, Rüstəm
bəy Nurəddinin dayısı idi). Nurəddin bəy Seyidzadə Gəncə Ģəhər
gimnaziyasını bitirmiĢdi.O, ”Gəncədə N. Nəsibbəylinin lider olduğu
“Türk Ədəmi Mərkəziyyət” firqəsinin, daha sonra isə “Müsavat”
partiyasının fəal üzvü olmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Nurəd-
din Seyidzadə dayısı, polkovnik rüstəm bəy Mirzəzadənin pəhbərlik
etdiyi Bakı Ģəhər Polismeysterliyində xidmət göstərmiĢ, Polismeys-
terliyin 4-cü ġamaxı sahəsinin (əsasən indiki Səbail rayonu ərazisini
əhatə edirdi) polis pristavı (5-ci dərəcə əmək haqqı tarifi üzrə ayda
1800 manat maaĢla) olmuĢdu. Pristavlıq Spassk (indiki Zərgərpa-
lan) küçəsi, 22-də yerləĢirdi. Pristav Nurəddin Seyidzadənin kö-
məkçisi Qərib-Sultan Alboqaçiyev, katib isə Adam Ravinski idi.
Qeyd etmək lazımdır ki, Sahə polis pristavlıqları hələ çar Rusiyası
dövründə, 31 dekabr 1882-ci ildə yaradılmıĢdı. Sahə pristavı Nurəd-
din Seyidzadənin məvacibi o zaman 1800 manat idi...
Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri Mustafa bəy
Vəkilovun 1920-ci il 7 aprel tarixli əmri ilə dayısı Rüstəm bəy Mir-
zəyev Bakı polismeysteri vəzifəsindən azad edildikdə , Nurəddin
Seyidov da iĢdən çıxarılmıĢdı. Onların iĢ yeri Balaxanı-Sabunçu po-
lismeysterliyinə dəyiĢdirilmiĢdi.Hətta qısa müddətə həbs də olun-
muĢ və Bayıl Dustaqxanasına salınmıĢdılar. Bu, 1920-ci il martın
23-də “naməlum adamlar” tərəfindən baĢı kəsilməklə öldürülmüĢ
bolĢevik Əli Bayramovun iĢi ilə əlaqədar idi. Onları da baĢqaları ilə
(o cümlədən Bakının general-qubernatoru, general-mayor Murad
Gəray bəy Tlexas və s.) birlikdə Ə. Bayramovun ölümünü təĢkil et-
məkdə günahlandırmıĢdılar. Lakin hər ikisini tezliklə burax-
mıĢdılar...
Sovet hakimiyyəti qurulduqdan sonra Nurəddin Seyidzadə
daim təqib və təzyiqlərə məruz qalmıĢ, heç yerdə iĢləyə bilməmiĢdi.
KeçmiĢinə görə hələ 1915-ci ildə Gəncədə ermənilər tərəfindən
gənc ikən (16 yaĢında) qətlə yetirilmiĢ qardaĢı Mir Ġsmayılın dərdi
də onu bir tərəfdən üzürdü... AXC dövründə xidmət göstərmiĢ sabiq
419
pristav Nurəddin Hacı Seyid Hüseyin oğlu Seyidzadə 1968-ci ildə
Gəncədə vəfat etmiĢ və oradakı Səbizkar qəbristanlığında dəfn
olunmuĢdu... Nurəddin Seyidzadənin ikimərtəbəli mülkü Gəncə Ģə-
hərindəki Firuz Məlikov küçəsindədir...
İSRAFİL İBRAHİMOV
(1897-1938)
Ġsrafil Ələkbər öğlu Ġbrahimov
1897-ci ildə Ġrəvan quberniyası, Sür-
məli qəzasının Qaraqoyunlu kəndində
anadan olmuĢdu.1918-ci ildən “Hüm-
mət” təĢkilatının üzvü olmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Qazax Ģəhərinin polis pris-
tavlığında 3-cü sahənin pristavı və
Ağstafada Poyly (Saloğlu) stansiya-
sının polis pristavı vəzifəsində xidmət
etmiĢdi...
Sovet hakimiyyəti qurulduqda
bolĢeviklər partiyasına daxil olmuĢ-
du. Partiya ləqəbi “Saqqal Ġbrahim”
idi. Ġ. Ġbrahimov bir təcrübəli kadr kimi Azərbaycan SSR XDĠK
orqanlarında müxtəlif məsul vəzifələrdə, o cümlədən 1921-1923-cü
illərdə XDĠK-in müavini, eyni zamanda BaĢ Milis Ġdarəsinin rəisi,
1925-1926-cı illərdə XDĠK Kollegiyasının üzvü və eyni zamanda
Ġslah Əmək Müəssisələri BaĢ idarəsinin rəisi olmuĢ, sonrakı illərdə
Azərbaycan SSR XKS-də və Naxçıvan MĠK-də məsul vəzifələrdə
çalıĢmıĢ, ġamaxı rayonu Ġcraiyə Komitəsinin sədri iĢləmiĢdi. Ġ.
Ġbrahimov otuzuncu illərdə repressiyanın qurbanı olmuĢdu. 1937-ci
ildə “ġamaxı iĢi” üzrə Həmid Sultanovla günahkar bilinərək həbs
olunmuĢ və 1938-ci il yanvarın 20-dən 21-nə keçən gecə Azərbay-
can SSR xalq daxili iĢlər komissarı vəzifəsini icra edən T.M. Bor-
Ģovun (1901-1956) əmri ilə 41 yaĢında güllələnmiĢdi (Timofey Mi-
420
xayloviç BorĢov Azərbaycan SSR-in Qusar rayonunda anadan
olmuĢdu. Etdiyi cinayətlərə görə Bakıda M.C. Bağırovun məhkəmə-
sində (12-26 aprel 1956-cı il) məhkəmənin hökmü ilə güllələnməyə
məhkum olunmuĢ, hökm həmin ilin may ayında yerinə yetirilmiĢdi)
Ġ. Ġbrahimov o gecə güllələnən 7 nəfərin sırasında sayca 3-cü idi. 1-
ci isə Azərbaycan SSR-in ilk xalq daxili iĢlər komissarı Həmid Sul-
tanov (1889-1938) güllələnmiĢdi.
Ġsrafil Ġbrahimovun Validə və Nəzakət adlı qızları vardı.
Onlar 80-ci illərin ortalarınadək Bakıda yaĢayırdılar...
ABUTALIB SADIQOV
(1867-1983)
Abutalıb Hacı Sadıq oğlu Sadıqov 1867-ci ildə ġuĢa Ģəhərində
anadan olmuĢdu. Molla yanında oxumuĢdu. Sonra ġuĢa real məktə-
bini bitirmiĢdi. ġuĢa Qəza Ġdarəsində 2-ci dərəcəli dəftərxana xid-
mətçisi kimi əmək fəaliyyətinə baĢlamıĢdı...1919-1920-ci illərdə
Bakı Qəza Ġdarəsində-Balaxanı-Sabunçu ərazisində pristav və Bakı
Ģəhər Polismeysterliyinin 6-cı Mixaylovski sahəsinin polis pristavı
vəzifəsində (5-ci dərəcə əmək haqqı tarifi üzrə ayda 1800 manat
olmaqla) xidmət etmiĢdi...
Abutalıb Sadıqovun Adil adlı oğlu vardı...
Adil Abutalıbov 1903-cü ildə ġuĢada anadan olmuĢdu. Sonra-
lar tibb sahəsində tanınmıĢ terapevt, tibb elmləri doktoru, professor
olmuĢdu. 1929-cu ildə Azərbaycan Tibb Ġnstitunu bitirmiĢdi...
1965-1972-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb Ġnstitu-
tunun (indiki Azərbaycan Tibb Universitetinin) daxili xəstəliklə
propedefikası kafedrasının professoru idi. Onun tədqiqatları əsasən,
patalogiyaya, ürək-damar sistemi problemlərinə, qastroenterologiya
və kurortologiyaya həsr olunmuĢdu. Professor Adil Abutalıb oğlu
Sadıqov 1983-cü ildə 80 yaĢında Bakıda vəfat etmiĢdir...
421
ŞAHZADƏ ƏRDƏŞİR mirzə QOVANLI-QACAR
ġahzadə ƏrdəĢir mirzə Bəhmən mirzə oğlu 1875-ci il sentya-
brın 2-də Yelizavetpol (Gəncə) quberniyası, ġuĢa qəzasının ġuĢa Ģə-
hərində əsilzadə ailədə anadan olmuĢdu. ġahzadə ƏrdəĢir mirxə xü-
susi ailə tərbiyəsi almıĢdı. Anasının adı da Bərdə xanım idi.
ġahzadə ƏrdəĢir mirzə 11 avqust 1908-ci ildə 2-ci dərəcəli
dəftərxana qulluqçisu kimi ġuĢa Qəza Polis Ġdarəsində xidmətə
baĢlamıĢdı. 1912-ci il aprelin 18-də Yelizavetpol (Gəncə) Quber-
niya Ġdarəsinin (qubernatorun) əmri ilə ġuĢa Qəza Polis Ġdarəsinə
tərcüməçi təyin edilmiĢdi. 1914-cü il mayın 27-də ġahzadə ƏrdəĢir
mirzə ġuĢa qəzasının Kirs, Fingə və Sarıbaba ərazilərində yerləĢən
yaylaqlara dağbəyi vəzifəsinə göndərilmiĢdi. 1916-cı il mayın 21-də
o, ġuĢa qəzasının Qırxqız və Meydan ərazilərində yerləĢən yaylaq-
lara həmin vəzifəyə təyin edilmiĢdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ġahzadə ƏrdəĢir
mirzə 1919-cu ildən əvvəlcə ġuĢa Ģəhərinin ermənilər yaĢayan 1-ci
hissəsinin,1920-ci ildə isə 2-ci sahənin polis pristavı vəzifəsində
xidmət göstərmiĢdi...
ƏLƏKBƏR bəy QALABƏYOV
(1887-1920)
Ələkbər bəy Bahadur bəy oğlu Qalabəyov 1887-ci ildə Ca-
vanĢir qəzasının Bərdə nahiyəsinin Əyricə kəndində əsilli ailədə
anadan olmuĢdu. Ġlkin təhsilini ġuĢa real mətəbində və gimnaziyada
almıĢdı. Sonra Sankt-Peterburq Universitetinin hüquq fakultəsini
bitirmiĢ.Yevlax sahə polis pristavı vəzifəsində xidmətə baĢlamıĢdı...
Azərbaycanda sovet hakimiyyəti qurulduqadan sonra Ə. Qala-
bəyov 1920-ci ildə Əyricə kəndində bolĢeviklər tərəfindən cəmi 31
yaĢı olarkən öldürülmüĢdü...
422
Ələkbər bəy öz nəslindən olan Simuzər xanım Ġsmayıl bəy
qızı Qalabəyova ilə ailə qurmuĢdu. Onun Zülqədər bəy adlı oğlu və
Dilbər xanım adlı qızı vardı...
HÜSEYN bəy ŞIXLINSKİ
(1886-1920)
Hüseyn bəy ġərifbəy oğlu ġıxlınski 1886-cı ildə Qazax
qəzasının Ġkinci ġıxlı kəndində anadan olmuĢdu. Hüseyn bəy ġıx-
lınski milli istiqlal hərəkatımızın fəal iĢtirakçılarından və fədailərin-
dən biri olmuĢdur... Ali təhsili vardı... Polisdə xidməti fəaliyyətə
Tiflisdə baĢlamıĢdı. Oradan Gəncəyə dəyiĢilmiĢ, Qəncə Qəza poli-
sinin 9-cu sahəsinin polis pristavı təyin edilmiĢdi. Sonra bir müddət
ƏrəĢ Qəza Ġdarəsində də iĢləmiĢdi. 1914-1916-cı illərdə Nuxa (ġə-
ki) Qəza Ġdarəsində tərcüməçi olmuĢdu. 1916-1918-ci illərdə Nuxa
Ģəhərinin pristavı vəzifəsində çalıĢmıĢdı...
Hüseyn bəy ġıxlınski Azərbaycan Cümhuriyyəti DĠN-in əmri
ilə 1918-1920-ci illərdə Bakı Polismeysterliyində Ģəhərin 6-cı polis
sahəsinin və Liman sahəsinin (Minarət küçəsi-18) polis pristavı (5-
ci dərəcə əmək haqqı tarifi üzrə ayda 1800 manat məvacib almaqla)
vəzifəsində xidmət etmiĢdi. Azərbaycanda sovet hakimiyyətinin
qurulmasından sonra (28 aprel 1920) təcrübəli kadr kimi Bakının 7-
ci sahə milis komissarı funksiyasında saxlansa da, 1920-ci il Gəncə
üsyanında (24 may - 4 iyun 1920-ci il) iĢtirakda suçlandırılaraq həbs
olunmuĢ və həmin il iyunun 27-də güllələnmiĢdir...
BƏYLƏR bəy ƏLİYARBƏYOV
Bəylər bəy Hüseyn bəy oğlu Əliyarbəyov 1865-ci ildə ġuĢa
Ģəhərində anadan olmuĢdu. Ġbtidai təhsilini molla yanında almıĢdı.
Sonra ĢuĢa real məktəbində oxumuĢdu. ġuĢa Qəza Ġdarəsində 2-ci
dərəcəli dəftərxana xidmətçisi kimi iĢə baĢlamıĢdı. Sonra CavanĢir
423
qəzasında əvvəlcə tərcüməçi, sonra da pristav vəzifəsində çalıĢmıĢ-
dı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ildə Bəylər
bəy Əliyarbəyov ġuĢa qəzasının 4-cü nahiyəsinin (əslində sahəsi-
nin) polis pristavı vəzifəsində xidmət aparmıĢdı...
İBRAHİM bəy ƏLİBƏYOV
Ġbrahim bəy Məhəmmədhüseyn bəy oğlu 1858-ci ildə ġuĢa
qəzasının Vərəndə (indiki Ağdərə) sahəsinin Dədəli kəndində ana-
dan olmuĢdu. ġuĢa Ģəhər qəza məktəbini bitirmiĢdi. Karyagin qəza
polis idarəsində əvvəlcə tərcüməçi, sonra Bakı Ģəhərində polis pris-
tavı iĢləmiĢdi...
MƏHƏMMƏDƏSƏN bəy MİRZƏCAMALOV
Məhəmmədhəsən bəy MəmiĢ bəy oğlu Mirzəcamalov 1870-ci
ildə ġuĢa Ģəhərində doğulmuĢdu. Əslən Qarabağın Hacılı camaatı-
nın Gecəgözlü obasının Səlifbəyli tayfasından idi. ġəhər məktəbini
bitirdikdən sonra ali pedaqoji məktəbə daxil olmuĢdu. Məktəblərdə
rus dilini tədris edirdi. Onun gözəl aktyorluq bacarığıda vardı...
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində M. Mirzəcamalov
polisdə, o cümlədən DĠN-də ġuĢa qəzası üzrə polis redaktoru
(kurator) vəzifəsində iĢləmiĢdi...
Məhəmməd Həsən bəy Mirzəcamalov Sitarə xanımla ailə
qurmuĢdu. Onun Əsgər bəy, Böyük bəy, Bala bəy, Firudun bəy,
Tofiq bəy adlı oğulları, Böyük xanım, Gülrux xanım və Mahrux
xanım adlı qızları vardı...
424
AĞA bəy MİSİRXANOV
(1885-1938)
Ağa bəy HəĢim bəy oğlu Misirxanov 1885-ci ildə ġuĢa
Ģəhərində dünyaya gəlmiĢdi. Rusiyada 1917-ci il fevral inqilabına-
dək iri mülkədar, bəy olmuĢdu. Muradbəyli kəndində böyük torpaq
sahələri vardı. A. Misirxanov çar hökuməti və Azərbaycan Cümhu-
riyyəti dövrlərində dövlət qulluğunda iĢləmiĢdi. O cümlədən, Kar-
yagin qəzasında pristav, Bakıda Balaxanı-Sabunçu Polismeyster-
liyində 6-cı polis sahə pristavının köməkçisi və pristav vəzifələrində
xidmət göstərmiĢdi. Polisdə xidmətədək A. Misirxanov Milli Ordu-
muzun tərkibində Qarabağda ermənilərin separatçı çıxıĢlarının yatı-
rılmasında fəal iĢtirak etmiĢ, o cümlədən 1920-ci ilin mart-aprelində
Əskəran döyüĢlərində dəstə komandiri kimi xüsusilə fərqlənmiĢdi...
SovetləĢmənin ilk illərində həbs olunaraq, güllələnəcıyini yə-
qin bilən A. Misirxanov qısa müddət gizlənə bilmiĢdi...Lakin 11-ci
ordu hissələri Qarabağa daxil olduqda A.Misirxanov aĢkar olunaraq
1920-ci ilin mayında həbs edilmiĢdi. Ġki ilə yaxın həbsxanada
yatdıqdan sonra azad olunmuĢ, keçmiĢdən tanıdığı, sovet hakimiy-
yəti qurulduqdan sonra məsul vəzifələrdə iĢləyən dostları Məm-
mədxan Məmmədxanovun, Əsəd Qarayevin, DadaĢ Bünyadzadənin,
Mirzə Məhəmməd Qasımovun köməkliyi ilə Ağdam Kommunal
Təsərrüfatı Ġdarəsində iĢə düzəlmiĢdi. 1922-1929-cu illərdə burada
iĢlədiyi müddətdə belə A.Misirxanov təqiblərdən yaxa qurtara
bilməmiĢ, həbs edilmiĢ (1925), lakin yenə buraxılmıĢdı... A. Misir-
xanov təcrübəli kadr olduğu üçün o, 1931-1932-ci illərdə Lahıcda
(Ġsmayıllı) və Qubada kommunal təssərrüfat idarələrində də iĢlə-
miĢdi. Lakin 1932-ci ildə Qubada səsvermə hüququndan (keçmiĢ
mülkədar və Azərbaycan Cümhuriyyətinin məmuru kimi) məhrum
edilərək iĢdən çıxarılmıĢdı. Bir müddət Gəncədə yaĢamıĢ və kənd
təsərrüfatı iĢləri ilə məıĢğul olmuĢdu. A.Misirxanov otuzuncu illərin
repressiya qurbanlarından biri olmuĢdu. O, 1938-ci il martın 15-də
güya “trotskiçidir”, -deyə həbs olunmuĢ, əmlakı müsadirə edilməklə
güllələnmə cəzasına məhkum edilmiĢdi. Hökm elə həmin il yerinə
yetirilmiĢdi...
425
Ağa bəy Misirxanov Tərlan xanım Kərim bəy qızı ilə ailə
qurmuĢdu. Onun 5 övladı - ġəmsəddin bəy, Tahir bəy adlı oğlanları,
Sənubər xanım, Elza xanım və Rəhilə xanım adlı qızları vardı...
TƏRLAN bəy ƏLİYARBƏYOV
(1892-1956)
Tərlan bəy Abdulla bəy oğlu
ƏlĠyarbəyov 28 noyabr 1892-ci ildə
Ağsu Ģəhərində anadan olmuĢdu.
Hərbçi yolunu seçən Tərlan bəy
üçüncü Qafqaz alyında əsgər kimi
xidmət edərkən, 1911-ci ildə Tiflis-
dəki Mixaylovsk piyada hərbi mək-
təbini 1-ci dərəcəli diplomla bitir-
miĢdi. Podporuçik rütbəsində ġa-
maxıdakı 205-ci piyada alayında
xidmətə baĢlamıĢdı. 1914 -1918-ci
illər Birinci Dünya müharibəsinin
fəal iĢtirakçısı olmuĢ, ağır yara al-
mıĢdı. Dördüncü dəfə yaralanan
Ģtabs-kapitan bir müddət Brest
Ģəhərindəki hospitalda müalicə olunduqdan sonra Bakıya göndəril-
miĢdi. 1918-ci ilin avqustunda Azərbaycan Cümhuriyyəti ordusuna
çağırılan Tərlan bəy Əliyarbəyov 2-ci alayın komandir köməkçisi
təyin edilmiĢdi...
Azərbaycan Xalq Cümhuriyyətinin daxili iĢlər orqanlarında
Tərlan bəy kimi kadrlara ehtiyac vardı. ġamaxı Ģəhər polis pristavlı-
ğında pristav kimi xidmətə qəbul edilən T. Əliyarbəyov çox keç-
mədən, 1919-cu ilin noyabrında 27 yaĢında ikən ġamaxı qəzasının
rəisi Azad bəy Qocamanbəyovun (1860-1920) köməkçisi təyin
edilmiĢdi...
1920-ci ilin mayında T. Əliyarbəyov Bakı Hərbi Ġdarəsinin
rəis müavini olmuĢdu... O, 1922-ci ildə Kürdəmir və Qaraqoyunlu
426
ərazilərində “quldur dəstəsi”nin ləğvi əməliyyatlarında iĢtirak et-
miĢdi... 1923-1929-cu illərdə Azərbaycan SSR hərbi komissarının
köməkçisi (müavini) və ərazi idarəsinin rəisi vəzifələrində çalıĢ-
mıĢdı. 1927-ci ildə M. Frunze adına Hərbi Akademiyanın Ali ko-
manda heyəti kursunu bitirmiĢdi... 1925-1931-ci illərdə Azərbaycan
KP MK-nın üzvlüyünə namizəd olmuĢdu. 1941-ci ildə M.F. Frunze
adına Hərbi Akademiyanı bitirmiĢdi.
1941-1945-ci il Böyük Vətən müharibəsi baĢlananda polkov-
nik T. Əliyarbəyov 416-cı atıcı diviziyasının komandiri, 58-ci kor-
pusun komandir müavini olmuĢdu... Müharibə illərində T. Əliyarbə-
yovun döyüĢ xidmətlərini yüksək qiymətləndirən SSRĠ Ali Soveti
Rəyasət Heyətinin fərmanı ilə 1944-cü ildə T. Əliyarbəyov generl-
mayor rütbəsi ilə təltif edilmiĢdi.
General T. Əliyarbəyov 1946-1948-ci illərdə Azərbaycan SSR
maarif nazirinin müdafiə iĢləri üzrə müavini vəzifəsində çalıĢmıĢdı.
General-mayor T.Əliyarbəyov 15 fevral 1956-cı ildə Bakıda 64
yaĢında vəfat etmiĢdi... O, Azərbaycan SSR Ali Sovetinin Ġkinci
ÇağırıĢ deputatı olmuĢdu. General T.Əliyarbəyovun xidmətləri
Lenin ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz ordeni və
çoxlu medallarla təltif olumuĢdu. Doğulduğu ġamaxıda abidəsi
qoyulmuĢ və adına küçə verilmiĢdir...
T. Əliyarbəyovun iki oğlu vardır: Pərviz və Nadir. Pərviz Əli-
yarbəyov uzun illər milis və polis orqanlarında iĢləmiĢ, o cümlədən
ġamaxı Rayon Daxili ĠĢlər Ġdarəsi və Polis ġöbəsinin, Bakının
Nəsimi Rayon Polis Ġdarəsinin rəisi vəzifələrində iĢləmiĢdi. O,
Ģöhrətli atası kimi yaxĢı xidmətlərinə görə bir sıra medallarla təltif
olunaraq təqaüdə çıxmıĢdır...Tərlan Əliyarbəyovun nəvəsi, Pərviz
Əlyarbəyovun oğlu Fərman Əlyarbəyovda uzun illər polis
orqanlarında xidmət göstərmiĢ, polis polkiovnik-leytenantı rütbəsi-
nə yüksəlmiĢ və hazırda Azərbaycan Respublikası DĠN-in Nəqliy-
yatda BaĢ Polis Ġdarəsinin Dəmir Yolunda Polis Ġdarəsinin TəĢkilti-
Ġnspektor ġöbəsinin zabitidir...
427
YUSİF bəy SULTANOV
Yusif bəy Məmməd bəy
oğlu Sultanov 1860-cı ildə ġuĢa
qəzasının
Zəngəzur sahəsinin
Püsyan nahiyəsinin Bəxtiyarlı
kəndində anadan olmuĢdu. Mək-
təb təhsili vardı... Rus-yapon
(1904-1905) müharibəsində iĢti-
rak etmiĢ, buna görə medal al-
mıĢdı. 1899-cu il yanvarın 1-də
kollec qeydiyyatçısı, titulyar mü-
Ģavir rütbələrinə layiq görülmüĢ-
dü. O, 3-cü Aleksandr, 4-cü dərəcəli ġiri-XurĢid (Ġran) ordenləri ilə
də təltif olunmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər)
Yusif bəy ġamaxı qəzasının Mədrəsə sahəsinin polis pristavı vəzi-
fəsində xidmət etrmiĢdi...
Yusif bəy Sultanov Qafur ağa Səmədovun qızı, qubalı Fətəli
xanın nəvəsi ilə ailə qurmuĢdu. Onun Bahadur bəy adlı oğlu, Göv-
hər xanım, Sevda xanım və Rübabə xanım adlı qızları vardı...
|