Əbu -Bəkr əl-Siddiq Məscidi
4425, David Drayv, Meteyri şəh., Luiziana şt.
Masjid Abu-Bakr Al-Siddiq
4425 David Drive, Metairie, Louisiana
Əbu Bəkr əl-Siddiq Məscidinin nadir memarlığı var.
Bu, Nyu Orleansda məhz məscid binası kimi tikilən,
geodezik günbəzə və minarəyə malik yeganə məsciddir.
250-300 dindarın əksəriyyəti birinci və ikinci nəslə
mənsub Pakistan, Hindistan və Yaxın Şərqdən olan
müsəlman amerikalılardır. Namaz qılanların 20 faizi son
illərin mühacirləri və islamı qəbul edənlərdir. Məscid
sərhəd ərazilər olan Kenner, Luiziana və Orleans Pariş
müsəlmanlarına da xidmət edir. Xoşbəxtlikdən, məscid
“Katrina” qasırğası zamanı o qədər də böyük zədə
almadı. Məscidin üzvlərinin çoxu öz evlərinə qayıtdı və
beləliklə məscid öz üzvlərinin əksəriyyətini qoruyub
saxladı.
53
|