Mərkəzi Florida İslam Cəmiyyəti
1089 N., Qoldenrod yolu, Orlando şəh., Florida şt.
Islamic Society of Central Florida
1089 N. Goldenrod Road, Orlando, Florida
Mərkəzi Florida İslam Cəmiyyəti 1970-ci illərin
əvvəllərində Orlandoda sadə bir formada fəaliyyətə
başladı. İlk məscid – Məscid ər-Rəhman, yaxud Mərhəmət
Məscidi 1980-ci illərin əvvəllərində tikildi. Ərazinin sürətli
inkişafı cəmiyyətin genişlənməsinə gətirib çixardı. Bu gün
cəmiyyətin ərazi boyu doqquz məscidi var və onlar 40 min
müxtəlif etnik mənşəyə mənsub müsəlmana xidmət edir.
2001-ci ildə cəmiyyət Sülh Mərkəzini yaratdı. Bu mərkəz
müsəlmanlar haqqında yaranmış mənfi stereotipləri
aradan götürməyə, insanlar arasında sülh və anlaşma
yaratmağa xidmət edir. Mərkəzi Florida İslam Mərkəzi
Mərkəzi Florida Universitetinin Müsəlman Tələbələr
Liqasına da yardım edir.
Dostları ilə paylaş: |