Din sizin həyatınızda nə qədər
mühümdür? (Bütün dinlər)
Cənubi Asiya
28%
Afrikalı amerikalılar
27%
Cənubi Asiya, ərəb və qarışıqlar
16%
Ərəblər
15%
Digərləri
14%
Çox mühümdür
72%
Müəyyən qədər mühümdür
18%
O qədər də mühüm deyil
5%
Heç mühüm deyil
4%
Bilmirəm
1%
Tribuna Araşdırma Mərkəzinin 2007-ci ildə
apardığı sorğuya əsasən müsəlman amerikalıların
65 faizini birinci nəsil mühacirlər, 61 faizini isə
xaricdə doğulan və 1990-cı illərdə, yaxud bu
onillikdə Amerikaya gələnlər təşkil edir. Burada
yaşayan müsəlmanların 75 faizi Birləşmiş Ştatların
vətəndaşıdır. Bunların da 65 faizi xarici ölkədə
doğulmuş və ABŞ vətəndaşlığı almışdır. Müqayisə
üçün bildirək ki, ABŞ-da yaşayan, xaricdə doğulmuş
çinlilərin 58 faizi bu ölkənin vətəndaşıdır.
Nyu York Universiteti Hüquq fakültəsi İnsan
Hüquqları və Qlobal Ədalət Mərkəzi (Center for
Human Rights and Global Justice at New York
University’s School of Law) vətəndaşlıq almaq
üçün 3 ildən çox gözləyən 40 mindən artıq insan
arasında çoxlu sayda müsəlman olduğunu müəyyən
etmişdir. Əslində isə bu proses 180 gündən artıq
çəkməməlidir.
Bütövlükdə, Amerika müsəlmanlarının beş-
də birindən üçdə birinə qədərini Afrika mənşəli
müsəlmanlar təşkil edir. Digər əsas etnik qrup-
lar ərəblər və Cənubi Asiyadan olanlardır (hindis-
tanlılar, pakistanlılar, banqladeşlilər və əfqanlar).
Hətta əksər amerikalıların İslamı başlıca olaraq
Dostları ilə paylaş: |