the Departed) kimi
böyük Hollivud kinolarını səhnə avadanlıqları ilə
təchiz edən şirkətin qrim-təchizat otağının rəflərini
diqqətlə nəzərdən keçirir. Bu rəflər yalançı insan
bədənlərindən tutmuş, bürünc Tay buddalarına
dinlərarası xidmətini bir kapellan olaraq, vəzifəsinin
əsas hissəsi kimi qiymətləndirir. Lətif deyir: “Bu iş
bəzi vaxtlarda çox yorucu olur və həm vaxt, həm də
gərgin iş tələb edir”.
O, İslam Mərkəzi və Nyu York Universiteti Yəhudi
Bronfman Mərkəzinin üzvləri ilə Nyu Orleansa
“Katrina” qasırğasından zərərçəkmişlərə köməyə
getdiklərini qeyd edir.
Lətif deyir ki, müəyyən müddət bir yerdə
yaşayıb-işlədikdən sonra onlar bir-birinə inamsızlığı
aradan qaldırdılar və hamı başa düşdü ki, tələbələri
dinlərinə və mənşələrinə görə “başqaları” deyə
adlandırmaq olmaz.
O əlavə edir: “Bu, real, təsirli dəyişiklikdir və bu
dəyişiklik cəmiyyətə daxil ola bilər”.
qədər filmi ecazkar edən müxtəlif xırda detallar,
tərtibatlar, maraqlı əşyalarla doludur. Yaşılaçalan
yaylıqla başını bağlamış və sadə, ağımsov jaket
geyinmiş Xan iki fut uzunluğunda ninja qılıncını
qınından çıxarır və onu ürkək baxışlarla, bənizi
qaçmış halda seyr edərək: “Bu yarayar”, – deyir.
O, gəncdir, qadındır, müsəlmandır, hindistanlı-
amerikalıdır. Film institutunun məzunu, 24 yaşlı
Lena Xanda kinorejissorlara xas cəhətlər olmasa da,
ssenarilər yazır, qısametrajlı filmlər çəkir, musiqili
videofilmlərə rejissorluq edir, “Crave” adlı restorana
reklam çarxları hazırlayır (Reklamların birində ninja
fırlanan samosanı
1
tullayır).
Xan “Bassem çalışır” (Bassem is Trying) adlı
bir dəqiqəlik qısametrajlı yumoristik filminə görə
beş min dollar məbləğində mükafat qazanmışdı.
Bu filmdə mühitə uyğunlaşmağa çalışan müsəlman
amerikalının maşınındakı radioda uca səslə hip-
hop musiqisinə qulaq asması nümayiş etdirilir.
Onun müsəlman ölkəsindən olan Kərim Salamanın
eyniadlı musiqisi əsasında hazırladığı üç dəqiqəlik
“Cənnət adlanan məkan” filmi “Bir millət” adlı
müsəlman himayədarların maliyyələşdirdiyi film
müsabiqəsində 20 min dollar məbləğində mükafat
almışdı. Xan müxtəlif mənşəyə mənsub olan onlarla
kişi və qadını dünyanın onları müsəlman amerikalılar
kimi tanımasını istədiklərini ifadə edən əl ilə yazılmış
plakatları tutduqları səhnəni qurmuşdu. Oradakı
ifadələr olduqca müxtəlifdir. Məsələn, orada “Mən
də “Victoria’s Secret”dən alış-veriş edirəm” kimi
şıltaq ifadə ilə yanaşı, “Mənim bacım 11 sentyabrda
həlak olub” kimi son dərəcə ciddi ifadə də var.
2007-ci ildə “Bir millət” müsabiqəsinin münsif-
lərindən biri, keçmiş peşəkar basketbolçu Kərim
1
Hind mətbəxinə aid tərkibində ədviyyalı tərəvəz və ya ət olan,
yağda qızardılmış üçkünc piroq. red.
36
Əbdül-Cabbar “Cənnət adlanan məkan”a “gözəl kino
dili” olduğuna görə yüksək qiymət vermişdir. Jurnal-
ist Marian Pirl (Mariane Pearl) isə filmin “müsəlman
əhalinin və bizim hamımızın canlı duyğularımızı
yumorla ifadə etdiyini və tamaşaçıya rahatlıq
gətirdiyini” bildirmişdi.
Xan deyir ki, “Cənnət adlanan məkan” filminin
çəkilməsi çox böyük hadisə idi. Layihə belə bir sual-
dan başladı: “Əgər sən dünyada müsəlman olmayan
hər kəsə nəsə deyə bilsəydin, nə deyərdin?”
O deyir: “Mən e-məktublar göndərdim, məs-
cidlərə getdim, ağlıma gələn bütün əsas müsəlman
İnternet xidmətlərindən istifadə etdim”.
Xanın ilk aldığı cavab: “İslam mənə intihar
düşüncəsini qadağan edir”, – olmuşdu. Xan deyirdi:
“Mən onda bildim ki, bu, mənim çəkmək istədiyim
filmdir. Bu barədə heç nə düşünməmişdim. Mən
müsəlman nümayəndələrə rejissorluq edirəm,
amma düşünmürəm ki, onların hər birinin əvəzinə
danışa bilirəm. Beləliklə, bu, mənim üçün ilk ipucu
oldu. Mən 2500 cavab aldım, onları toplayıb ixtisar
etdim və film çəkdim”.
Film hazır olandan sonra Xan yüzlərlə e-məktub
aldı. İnsanlar filmin onları ağlatdığını, onları ailə
üzvləri ilə İslam haqqında müzakirələr aparmağa
həvəsləndirdiyini, yaxud stereotiplərin yaratdığı
divarları dağıtdığını yazırdılar.
Bu videofilm peşəkar qapıları Xanın üzünə
açdı. O, sənədli filmlər rejissoru Morqan Spurlokla
(Morgan Spurlock) görüşdü. Hollivudda nahar vaxtı
Müsəlman İctimai İşləri üzrə Şuranın sədri onu
baxımlı filmlərin rejissoru kimi tanıdığını bildirdi.
Los Anceles Kaliforniya Universiteti film mək-
təbinin məzunu Xan deyirdi: “Əgər mən müsabiqəyə
Yuxarıda: “Bassem çalışır” filmindən kadr. Aşağıda:
“Cənnət adlanan məkan” filmindən üç kadr. Qarşı
səhifədə: “Bassem çalışır” filmi çəkilərkən.
37
qoşulmasaydım, elə yerimdəcə sayacaqdım”.
Xan filmlə sosial-fəaliyyət forması kimi
maraqlanmış. və onu həyatı üçün əhəmiyyətli hesab
etmişdi. Ailə qurmağa hazırlaşdığına görə hər kəs
onun brilyant qaşlı nişan üzüyü alacağını gözləyirdi.
Xan deyir: “Mən brilyantdan – qanlı brilyantdan olan
heç nəyi istəmirəm. Onlar, həqiqətən, zərərlidir.
Valideynlərim mənə: “Sən niyə belə acizsən? Tez get,
brilyant al, burada nə böyük iş var ki?” – deyirdilər.
Lakin mən bunu, böyük iş hesab edirəm. Bu, sənə
məxsus olanları başqalarına qurban etməyə hazır
olduğunun yoxlanılması üçün bir sınaqdır”. Brilyantın
əvəzinə isə Xan böyük mussanit qaşlı üzük seçdi.
O, çəkilişlərdə olarkən təbii şəraitdə böyümüş
toyuqlardan hazırlanan yeməklərin verilməsini təkid
edir. “Qardaşım həmişə mənə gülür və məni Amerika
televiziyasında nümayiş etdirilən “Simpsonlar ailəsi”
cizgi film seriyalındakı zəif, ağıllı qız Liza Simpsona
bənzədərək “Liza Simpson” adlandırır”.
Xan Los Anceles Kaliforniya Universitetində si-
yasi elmlər və tarix üzrə magistr dərəcəsi alanda
müşahidə etmişdi ki, Ruanda və Darfurdda törədilmiş
genosidlər tələbələrin diqqətini bu mövzuda çəkilmiş
filmi və ya aktyorların hadisəni canlandırmasını
görəndən sonra cəlb etmişdir. O, “Mühasirə” və
“Quzğunun enişi” kimi Hollivud filmlərində dəstəmaz
və azanın terrorizmlə əlaqələndirildiyi təsvirlərə
baxmaqdan da yorulmuşdu.
“Bunlar məni narahat edirdi. Odur ki, bütün
bunlardan şikayət etmək əvəzinə bu sahənin içinə
girib nə isə bir iş görmək qərarına gəldim. Filmlər
hadisəni danışmağın ən yaxşı vasitəsi olduğundan
mən sosial məsələlərə dair filmlər çəkmək istədim.
Bu halda insanlar həqiqətən başqalarını dinləyirlər
və həmin hadisələrin içərisində olanlara daha da
yaxınlaşırlar”, – Xan deyirdi. O, film sahəsində ma-
gistr dərəcəsi almaq üçün Los Anceles Kaliforniya
Universitetinə getdi.
Qrim-təchizat otağına qayıdaq. Xan ninja ul-
duzları olan qutunun içində nə isə axtarır. Lazım
olan əşyaları tapandan sonra o, tozlu, qırmızı “Toy-
ota Prius”na atılır və Hollivud təpələrini keçib Qərb
İstehsalı Şirkətinə ninjalar üçün maska və kostyum
axtarmağa gedir.
Ticari xarakterli ninja filmindən başqa, Xanın
gələcək layihələrinə prezident seçkiləri ilə əlaqədar
ticari əhəmiyyət daşıyan bir sıra filmlər və Salamanın
klipi də daxildir.
Onun hazırda çəkdiyi 40 dəqiqəlik şəxsi filminə
gəldikdə isə o yalnız bunu dedi: “Onlar nə isə böyük
və populyar bir film gözləyirlər. Ona gorə də mən
bu işdə bir qədər gərginlik keçirirəm”. Artıq onun
əfsunlayıcı bir film olması Xandan asılıdır.
Lena Xanın “Bassem çalışır” və “Cənnət adlanan
məkan” filmlərinə
YouTube.com
-da baxa bilərsiniz.
38
İş Adamı Musa
Şeyb
Belə bir mənzərə
kinolarda ola bilər.
İ m m i q r a n t l a r ı n
oğlu olan bu gənc
yaxşı
təhsil
alır,
s a y ı l ı b - s e ç i l ə n
hüquq fakültəsinə
daxil
olur
və
aparıcı hüquq firmalarından birində işləməyə
başlayır. Bir gün o, anasının uzun müddət
aşbaz işlədiyi restorana gəlir və öz əlcəklərini
çıxararaq: “Ana, gedək evə, sən bir daha bu-
rada işləməyəcəksən”, – deyir.
Lakin bu, film deyil. Bu, hazırda girovlara
görə minlərlə insanı evlərini itirmək təhlükə-
sindən xilas etmiş bir şirkətin başçısı, 28 yaşlı
Musa Şeybin hekayəsinin bir hissəsidir.
O deyir: “Əsas iş insanlara evlərində qal-
maqda kömək etməyi bacarmaqdır. Bu, mənim
üçün ən həssas məsələdir ”.
Təhsil və iş
Şeyb Livanın paytaxtı Beyrutda doğulmuşdur.
Müharibə dövrünün sarsıntıları və uşaqlıq illərinin
qəribəlikləri onun erkən xatirələridir. Şeyb son-
ralar hüquq fakültəsinə sənədlərini verməsini
xatırlayaraq yazırdı: “Bu təcrübələr… məndə biliyin
izinə düşməyə və ədalətə sonsuz sevgi yaratdi”.
Onun altı nəfərdən ibarət ailəsi Birləşmiş
Ştatlara köçəndə Şeybin 7 yaşı var idi. Ailə əvvəlcə
Ohayonun Toledo şəhərində, sonra isə Miçiqanın
Dearborn şəhərində yaşamışdır. Atası iflicin ən ağır
formasından əzab çəkərkən, Şeybin anası restoran-
da bütün günü aşpaz işləməyə başladı.
“Anam heç vaxt şikayətlənməzdi. “Atan bunu
edə bilməz, mən özüm işləyəcəyəm”, – deyər və
çox cüzi maaşa bu ağır işi görərdi”, – Şeyb deyir. O,
bizə diqqətimizi yalnız təhsilimizə yönəltməyimizi və
“həyatımızın bu anında sizin təhsilinizə pul ödəmək
imkanım olmadığına” görə təqaüd qazanmağa əmin
olmağımızı deyirdi.
Şeyb Miçiqandakı Albion Kollecini müvəffə-
qiyyətlə bitirdi. O, burada Müsəlman Tələbələr
Assosiasiyasını qurmuşdu. Sonra o, Nyu Yorkdakı
Müsəlman Hüquq Tələbələri Assosiasiyasının
İdarə Heyətinin üzvü olduğu Kolumbiya Hüquq
Məktəbində təhsil aldı.
Şeybin işdə və təhsildəki amansız sıxıntılardan
xilası yalnız idmanda, xüsusilə amerikan futbolun-
da idi. “Mən meydançada əvvəllər yaradılan dil,
kasıblıq və irqçilik kimi maneələri aşdım”.
Hüquq aləmi
Şeyb üçün hüquq fakültəsi bir dönüş oldu.
“Hüquq fakültəsi ilə böyük şəhərin birləşməsi mənim
üçün ciddi bir dəyişiklik idi. Kolumbiya indiyədək
olduğum şəhərlərin içində ən rəqabətli mühiti olan
bir şəhər idi”, – o deyir.
Lakin Şeyb mətanətlə dözdü və uğur qazandı.
2004-cü ildə Ərəb Amerika İnstitutu onu ictimai
xidmətinə görə mükafatlandırdı. O, Nyu York Ali
Məhkəməsi ədliyyəsində katib kimi xidmət etdi.
2005-ci ildə Şeyb Nyu Yorkun nüfuzlu “Proskayer
39
Rouz” (Proskauer Rose LLP) Məhdud Məsuliyyətli
Tərəfdaşlıq (MMT) hüquq firmasında işləməyə
başladı. Hətta o, korporativ dünyanın onun gələcək
uzunmüddətli karyerasını təmsil etmədiyini bilsə də,
burada topladığı biznes və hüquq məsələlərinə dair
təcrübə və biliklərini yüksək qiymətləndirdi.
“Məni “Proskayer Rouz” MMT-yə gətirən mühüm
faktorlardan biri onun dünya səviyyəsində tanınmış
ən böyük yəhudi hüquq şirkəti olmasıdır. Məqsədim
müxtəlif icmalarımız arasında körpü qurmaqdır”, –
Şeyb deyirdi.
Evləri qorumaq
2005-ci ilin oktyabrında hüquq fakültəsini başa
vurduqdan sonra Şeyb coxdan bəri gözlənilən günün
gəlib çatdığına qərar verdi. O, anasının uzun illər
işlədiyi restorana gedib onu xeyirli səbəb üzündən
işdən çıxacağı ilə muştuluqladı.
O deyirdi: “Valideynlərimiz bizim üçün çox şeyi
qurban veriblər. Onlar Livandaki yaxşı həyatlarından
bizə – uşaqlarına görə imtina etdilər. İstəyirəm ki,
valideynlərim əziyyətlərinin hədər getmədiklərinə
əmin olsunlar”.
2006-cı ildə Şeyb öz işinə başlamaq, LoanMod.
com-u qurmaq üçün düşünmədən doğma Dearbor-
na qayıtdı. LoanMod mənzil ipotekası götürənlərlə
banklar, yaxud ipoteka verən qurumlar arasında
dönə-dönə danışıqlar apararaq, onların problemini
heç birinin ziyan çəkməməsi əsasında həll edir.
İpoteka kreditinin verilməsində uğurlu dəyişiklik-
lər etməklə – sadəcə, faizi cüzi azaltmaqla ailə öz
evində qalır və bank girov mülkə nəzarət üçün böyük
məbləğdə vəsait xərcləməkdən canını qurtarır.
Şeyb inanır ki, onun şirkəti ölkədə bu tipli ilk
qurumdur. “Biz bu işdə birinciyik. İlk olaraq öz
əmimə, sonra dostlara yardım etdim və anladım ki,
bizim çox dayanıqlı iş modelimiz var”, – o deyir.
Şirkət ailələrə öz evlərini qorumağa imkan verən
və bankları isə yüksəkməbləğli girov xərclərindən
çəkindirən beş mindən artıq uğurlu danışıq aparıb.
2009-cu ilin sonuna qədər şirkətin 20 min kredit
dəyişikliyi etməsi gözlənilir.
Gələcəyə baxış
Şeyb xidmətdəki tələbin artımına görə işçilərinin
sayını yüz nəfərdən çox etməyi planlaşdırır. Hökümət
kredit və ipoteka xidməti göstərənləri məcbur edir ki,
insanları girovlardan qurtarmaq üçün öz qaydalarını
dəyişsinlər. Loanmod.com 19 min notarial ofislə
şəbəkələnərək əlli ştatda çox yaxşı fəaliyyət göstərir.
“Bizim vəkillər ev sahiblərini kredit proseslərini
keçməkdə təlimatlandıracaqlar. Notariuslarımız isə
onlara sənədləşmə işlərini elə mətbəx stolu üstündə
həll etməkdə kömək edəcəklər” – Şeyb deyirdi.
“Həyatları üçün çox böyük maddi əhəmiyyəti
olan şeyləri qorumaqda insanlara kömək ən böyük
mükafatdır. Sən bir evi qoruyanda, bir qonşuya,
Yuxarıda: Musa Şeyb, ortada, hüquq fakültəsinin
məzunluq mərasimini ailə üzviləri ilə qeyd edərkən.
40
Modelyerlər
Nila
Haşmi
və
Fatimə
Monkuş
Nila Haşmi 23, Fati-
mə Monkuş isə 25 ya-
şındadırlar. Bir çox oxşarlıqları ilə onlar
bənzərsiz qadınlardırlar. Onlar Konnektikut
ştatının paytaxtı Hartfordda yaxın rəfiqələr
kimi böyümüşlər. Hər ikisinin atası Cənubi
Asiyadan olan müsəlmanlar, anaları isə İslamı
qəbul etmiş amerikalıdırlar.
İndi isə ikisi də müsəlman qadınların həm
sadə, həm də dəblə geyim tərzinə uyğun gözəl
paltarlar hazırlayır.
Onlar “Həvva Xurşid” adlı yeni geyim
ticarət markası yaratmaq niyyətindədirlər.
Dizaynerlərin düşüncələrində xüsusi bir bazar
olsa da, onlar potensial müştərilərin əsas
bazasını əldə edəcəklərinə inanırlar.
“Bizim geyimlər yalnız müsəlman qadınlar
üçün nəzərdə tutulsa da, hər bir qadın
onlarda çox gözəl görünəcək,” – Haşmi deyir.
O, yeni geyim ticarət markasını “25-34 yaşları
arasında işləyən və fəal həyat tərzi keçirən
qadınlar üçün amerikan geyimi” kimi təsvir
cəmiyyətə və bütünlükdə ölkəyə kömək etmiş olur-
san”, – o əlavə etdi.
Şeybin öz evində də böyük dəyişikliklər olmuş-
dur: Qızı Sofiya Cun (Sophia June) 2008-ci ildə dün-
yaya gəlmişdir. Şeybin yarılivanlı, yarıamerikalı
hindu olan xanımı Nataliya da onun kimi, Dearborn
yaxınlığında boya-başa çatıb.
“Xoşbəxtəm... və heç şübhəm yoxdur ki, bəxtim
gətirib. Özüm üçün aydınlaşdırdım ki, nə qədər çox
çalışsam, o qədər də xoşbəxt oluram”, – Şeyb deyir-
di.
Yuxarıda: Musa Şeyb xanımı Nataliya və qızı Sofiya
Cun ilə birlikdə ailə portretində.
41
edir.
Geyimlə bağlı çətinliklər
Haşmi və Monkuş ilk dəfə geyim dizaynı ilə
yeniyetmə yaşlarından maraqlanmışdılar. Yayı Kon-
nektikutda keçirsələr də, 1995-ci ildə – Haşminin 10
yaşı olanda ailəsi Pakistana köçmüşdü. (11 Sentyabr
2001-ci il terror hücumlarından sonra ailə daimi olaraq
Birləşmiş Ştatlara geri döndü.)
“Biz geriyə qayıdan yay mən 13 yaşındaydım.
Sanki nəhəng mədəniyyət sarsıntısı ilə üzləşmişdim.
Gördüm ki, Pakistan və Amerika gəncliyinin
mədəniyyəti necə fərqlənir. Valideynlərim daha
sadə paltarlar geyinməyimi istəyirdilər, çünki
mən böyüyürdüm. Mən başqa uşaqlar kimi gözəl
geyinmək istəyirdim, amma oradakı dükanlarda
mənə uyğun heç nə yox idi”, – Haşmi deyir.
Monkuşun da təəssüratları buna oxşardır. “Mə-
nim geyimim üçün hazır paltar tapmaq çox çətin
idi”. Monkuş gülümsəyərək deyir ki, müsəlman qızlar
sevdikləri stilə – üst-üstə paltar geyinməyə daha çox
üstünlük verirdilər.
Hər ikisi – Haşmi və Monkuş tikməyi analarından
öyrəniblər. “Anam mənə geyim nümunələrini
izləməyi və eyni zamanda tamamilə fərqli geyimlər
yaratmağı öyrətdi. Bu, tam mənim istədiyim bir şey
idi. 16 yaşım olanda mən öz paltarlarımın hamısını
özüm tikməyə başladım. Bu, Nila ilə kursa getdiyimiz
yay idi”, – Monkuş deyirdi.
Rahatlıq və geyim
Qadınların hər ikisi uyğun paltarlar üçün
öz fərziyyələrindən istifadə edirlər. “Mən çox
mühafizəkar bir ailədə böyümüşəm. Valideynlərim
sadə geyim tərzinə üstünlük verirdilər. Tədricən məni
rahat edən formanı özüm üçün müəyyənləşdirdim.
Mən qısa və ya dar olmayan qısaqollu geyinəcəyəm.
Hər kəsin özü üçün rahatlıq ölçüsü var”, – Haşmi izah
edirdi.
Monkuşun münasibətinə görə, “əsas qayda-
lar deyil, onun nəyi doğru hesab etməsidir”. “Mən
isə gəzməyə çıxarkən qolsuz, dar jilet və qısa pal-
tar geyinmirəm. Bu, mənim üçün rahat deyil. Mən
başımı 14 yaşımdan bəri bağlayıram”, – o deyirdi.
Qarışıq ailədə böyümə
Nila Haşminin anası katolik kimi böyüyüb. Atası
isə 1970-ci illərdə Pakistandan Birləşmiş Ştatlara
gəlmiş və ABŞ vətəndaşı olmuşdur. “Anam ürək
cərrahı olan atamla tanış olanda tibb bacısı ixtisası
üzrə təhsil alırmış. Anam atamın qayğıkeşliyinə və
səxavətinə vurulmuş, onun dini ilə maraqlanmış və
qəbul etmişdir”, – Haşmi deyir.
Haşmi üç bacısı ilə bərabər bazar günləri
Hartforddakı İslam mədrəsəsinə gedir.
Monkuşun atası Banqladeşdəndir. O, 1971-ci
ildə Qərbi Virciniyadakı əmioğlusu ilə birlikdə ya-
şamaq üçün Birləşmiş Ştatlara gəlib. Monkuşun
Sağda Fatimə Monkuşun “Elan” jurnalı üçün işlədiyi
modellər
42
anası onunla dostuna baş çəkərkən tanış olub. O da
evlənməmişdən iki il əvvəl İslamı qəbul edib.
Moda aləminə cığır
Məktəbi bitirdikdən sonra Monkuş Konnekti-
kut Universitetində və Mərkəzi Konnektikut Dövlət
Universitetində incəsənət üzrə ali təhsil aldı. Məzun
olduqdan sonra o, Nyu York şəhərinə gəldi və həmin
yay Moda Texnologiyaları İnstitutunda (Fashion In-
Dostları ilə paylaş: |