Itabın üz qabığında şəkilləri verilmiş gənc qadınların hər ikisi müsəlmandır. Onlar



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix02.01.2022
ölçüsü8,49 Mb.
#1667
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
    Bu səhifədəki naviqasiya:
  • Coogi
stitute  of  Technology)  tələbə  olan  Haşmi  ilə  eyni 

mənzildə qaldı.

Moda  Texnologiyaları  İnstitutunda  bakalavr  

təhsilini  bitirdikdən  sonra  Haşmi  tanınmış  israilli 

dizayner  İlay  Taharinin  (Elie  Tahari)  yanında  qadın 

sviterlərinin  dizaynı  ilə  məşğul  olmağa  başladı. 

Monkuş  da  paltar  dizaynı 

sahəsində  çalışmışdı.  Əvvəlcə 

o, hip-hop stilində kişi geyimləri 

ilə məşğul olan Coogi və sonra 

isə  hazırda  çalışdığı  qadınlar 

üçün  zərif  gündəlik  geyimlər 

dizayn  edən  Married  to  the 

Mob  şirkətlərində  işləməyə 

başladı. 

Haşmi  və  Monkuş  yeni  kol-

leksiyalarını  bir  yerə  toplamaq 

üçün axşamlar və həftə sonları 

işləyirlər.  Bu  iş  ağır  zəhmət 

hesabına  başa  gəlir.  Haşmi 

Kuinsdə  (Queens),    Monkuş 

isə  həyat  yoldaşı  ilə  birlikdə 

Bruklində  yaşayır.  Bununla 

belə, hər iki qadın öz arzularını 

həyata keçirir.

Paltarlar  haqqında  fikir  onları  ad  seçiminə  də 

gətirib  çıxardı.  “Həvva  Fatimənin  ana  nənəsinin 

adıdır. Xurşid isə mənim ata nənəmin adıdır”, – Haşmi 

izah  edir.  Dizaynlar  kimi,  adlar  da  iki  mədəniyyəti 

bir-birinə qovuşdurur. 

Hələ  ki  Haşmi  və  Monkuş  gündəlik  iş  vaxtlarını 

boş keçirmirlər. Ümid edirlər ki, onların kolleksiyaları 

insanların  ehtiyacını  təmin  edəcəkdir.  “Biz  istəyirik 

ki, gördüyümüz iş ən böyük və ən yaxşı bir iş olsun. 

Bu,  hər  hansı  bir  ticarət  markasına  bənzəmir”,  - 

Haşmi deyir. 

Yuxarıda:  Fatimə  Monkuş  (sağdan  ikinci)  və 

Nila  Haşmi  (ayaq  üstdə  soldan  üçüncü)  digər 

müsəlman modelyerlərlə birlikdə “Elan” jurnalının 

fotosessiyasında.



43

Bəstəkar-müğənni

Kərim 

Salama


Kərim  Salama  üçün 

ev  onun  gündəlik 

həyatını  fonoqram-

la 


təchiz 

edən 


kantri

1

    musiqi-



sinin  vətəni  olan 

Amerikanın  cənub 

qərbidir.  Onun  üçün  ev  həm  də  boya-başa  çatdığı, 

klassik ərəb ədəbiyyatı və poeziyasını öyrəndiyi din-

dar müsəlman ailəsidir.

Salama  30  yaşından  öz  mahnılarının  sözlərini 

və  musiqisini  yazmağa  başladı.  Hətta  başqaları 

təəccüblə  qarşılasalar  belə,  onun  dini  həssaslığı  ilə 

ötkəm  və  fərqli  cənub  ləhcəsini  birləşdirməsi  tam 

təbii idi.

Oklahoma və musiqi

Salamanın  valideynləri  Oklahomaya  Misirdən 

gəliblər. Valideynləri Salamanı, iki qardaşı və bacısını 

burada böyüdüblər. 

Hələ  uşaq  ikən  Salama  rodeolara

2

,  kənd  ticarət 



yarmarkalarına,  hind  po-po

3

  mərasimlərinə  getmiş 



və Missurinin Barnson şəhərində bluqras

4

 və kantri 



1 Adətən, gitaranın müşayiəti ilə ifa olunan Amerikaya məxsus kənd 

və ya kovboy musiqisi. red.

2 Kovboyların iştirakı ilə keçirilən sərgi və ya əyləncə mərasimləri. 

red.


3 Amerika hindularının söhbət və ya müzakirə məclisləri. red.

4 Banco, gitara və s. alətlərin virtuoz müşayiəti ilə tanınan instrumen-

tal Qərb musiqisi. red.

kimi  ənənəvi  musiqilərin  və  Tennessenin  Naşvil 

şəhərindəki  əfsanəvi  Böyük  Qədim  Opera

5

  (Grand 



Ole Opry) konsertlərinin nümayiş etdirildiyi yerlərdə 

də olmuşdur.

Salama öz İnternet səhifəsində yazırdı: “Oklaho-

ma  mənə  bənzəyir.  Burada  mədəniyyətlər  görüşür 

və rəqs edir. Oklahoma cənub, qərb və əsl Amerika 

mədəniyyətinin  birləşməsidir.  Anama  mənim  yeni 

nəsə  öyrənmək  və  təcrübə  qazanmaq  üçün  sonsuz 

istəyinə  görə  təşəkkür  edirəm.  O  əmin  idi  ki,  mən 

və  ailəmdə  hər  kəs  bu  mədəniyyətin  içərisinə  qərq 

olacağıq”.

İnam və musiqi

Eyni  zamanda,  Salamanın  valideynləri  onun 

müsəlman  dini  təlimlərinə  də  biganə  qalmırdılar. 

Cənublulara xas ləhcəsinə və Amerika musiqi tərzinə  

baxmayaraq, o, inamında çox ciddidir, zəngin dinini 

və mədəni irsini öz bəstələrində əks etdirir. 

Salamananın mahnıları nə açıq siyası, nə də di-

nidir. Lakin bu nəğmələr onun qəribə keçmişini əks 

etdirir. Altmuslim.com veb səhifəsi onu Amerikanın 

musiqi mənzərəsində “canlı diktomiya” adlandırır.

Məsələn, dözümlülüyə həsr etdiyi bir mahnısında 

Salama İslam alimi və şair İmam Şafiinin qeyd etdiyi 

atalar sözündən sitat gətirir: “Mən buxur

6

 kimiyəm – 



sən məni yandırdıqca, mən daha ətirli oluram”. 

O etiraf edir ki, atasının məsəli onun həm dünya-

görüşünü, həm də musiqisini formalaşdırdı. Salama 

bildirir: “Atam hər şeyin mükəmməl olmasını istəyir 

və özünə sərt, başqalarına mülayim ol deyirdi”.

O  anladı  ki,  öz  imanı  ilə  bağlı  mahnı  yazmaq 

onu  çox  cəzb  edir.    “Mahnı  yazmamışdan  əvvəl  və 

sonra  dua  edirəm.  Hər  bir  sözü  diqqətlə  seçirəm. 

5 Naşvildə həftəlik kantri musiqilərindən ibarət konsertlər verən 

möhtəşəm konsert salonu. Bu konsertlər eyni adlı radio vasitəsi ilə də 

canlı yayınlanır. red.

6 Dini ayinlər zamanı yandırılan ətirli qatran. red. 




44

Çox  səmimi  olmağa  çalışıram  və  ümid  edirəm  ki, 

Allah  bu  nəğmələri  insanların  qəlbinə  aparır”,  –

İova  Universitetində  verdiyi  müsahibəsində  Kərim 

demişdi.

“Kantri” ilə bağlılıqlar

Salamanın  kantri  musiqisindəki  ümidverici 

gələcəyi,  xüsusən,  yalnız 

sıx  kommersiya  məqsədilə 

açıq  küçə,  ucuz  gecə  barları 

musiqisi  və  itirilmiş  sevgi 

mahnılarından 

xəbərdar 

olanlara qəribə görünə bilər. 

“Kantri 

musiqisində 

özünəməxsus  bir  ruh  var… 

və o, nəsə çox dərinliklərdən 

gəlir… Hələ də sən nə isə çox 

qədim və ənənəvi bir musiqi eşidə bilirsən,” – Kərim 

“altmuslim”ə müsahibəsində belə demişdi. 

Əslində,  Salama  ABŞ-ın  cənub-şərqindəki  Ap-

palaç  bölgəsində  dinlənilən  bluqras  adlı  folklor 

musiqisinin  köklərinə  aid  çox  qədim  bir  ənənəni 

çəkib gətirmişdir.

Salama  ingilis  ədəbiyyatı  ilə  maraqlanmış  və 

şair  Con  Donnun  (John  Donne)  (1572-1631)  “Vida: 

Qadağan olunan matəm” adlı dini şeirini öyrənmişdi. 

Bu əsərə musiqi bəstələməsi şeirin onun yaddaşında 

qalmasına kömək etdi.

Bəstə və ifa

Salama  mahnılarını  və  lirik  şeirlərini  Oklahoma 

Universitetinin mühəndislik fakültəsində və musiqi-

çi  Aristotel  Mihalopulosla  görüşdüyü  İova  Univer-

sitetinin hüquq fakültəsində təhsil alarkən yazırdı. 

Amerikalılar  üçün  əhəmiyyətli  bir  məqamda 

misirli  və  yunan  immiqrantların  övladları  Amerika 

folklor musiqisini ifa etmək üçün əməkdaşlıq etmək 

qərarına  gəlirlər.  Sonrakı  bir  neçə  il  ərzində  Sala-

ma  ABŞ-da  və  Avropada,  əsasən,  müsəlmanlardan 

ibarət  auditoriyanın  qarşısında  Mihalopulosun  gi-

tarda müşayiəti ilə çıxış etmişdi.

Səliqəli,  yaraşıqlı  görkəmi,  ənənəvi  saç  düzümü 

və  klassik  qara  kovboy  şlyapası  olan  Salama  deyir-

di  ki,  insanlar  qeyri-adi  müsəlman  kantri  musiqisi 

müğənnisinin konsertinə gələcəklər. Ümid edirdi ki, 

mahnıları  insanları  konsertdə  axıra  qədər  qalmağa 

məcbur edəcək.

Demək olar ki, o, uğur qazanmışdır. 2008-ci ilin 

yayında Avropa turuna çıxan Salama London, Berlin, 

Paris  (Avro  Disneydə),  Roma,  Genuya  və  Amster-

damda    müsəlman  və  qeyri-müsəlman  auditoriya 

qarşısında öz gözəl müsiqisi ilə çıxış etmişdır.  

Salama  2006-cı  ildə  çıxan  “Təmənnasız  sülh” 

(Generous  Peace)  adlı  ilk  albomunun  ardından  bir 

il  sonra  “Mənim  həyatım”  (This  Life  of  Mine)  adlı 




45

2-ci albomunu çıxartdı. Onun Amerikanın müsəlman 

icmasının müxtəlifliyini və əhəmiyyətini vurğulayan 

“Cənnət adlanan məkan” adlı mahnısı mükafata lay-

iq görülmüş bir klipin musiqisi olmuşdur.

O,  hazırda  yeni  ticari  əhəmiyyətli  ilk  albomu 

üzərində işləyir. Bu albomda ilk iki albomun ən yaxşı 

mahnıları və bir neçə yeni mahnılar da olacaq.

Lakin  Salamanın  karyerası  yalnız  müğənniliklə 

məhdudlaşmır.  Ali  hüquq  təhsili  olduğu  üçün  o, 

lisenziya imtahanına hazırlaşır və patent hüququ ilə 

maraqlanır. 

  O,  musiqi  haqqında  bəzi  fikirlərini  özünün 

MySpace 


adlı 

İnternet 

səhifəsində 

belə 


ümumiləşdirir:  “Ümid  edirəm  ki,  sözlərim  mənim 

kimi  Allah  rİzası  üçün  gözəl  həyat  arayanların 

qulaqlarına və ürəklərinə dolacaqır”.

Telejurnalist

Kiran 

Xalid


Anasının 

dediyinə 

görə, Kiran Xalid hələ 

uşaq vaxtında karton 

qutunun  içində  otu-

rar  və  oradan  üzü 

çölə  baxaraq:  “Mən 

televizorun içindəyəm”, – deyərmiş. O vaxtdan bəri 

35  yaşlı  telejurnalist  Kiran  televiziya  xəbərlərinin 

aparıcısı və rejissor kimi fəaliyyət gös-tərərək  yerli 

xəbər  müxbirindən  ölkə  və  beynəlxalq  səviyyədə 

hadisələrin şərhçisinə qədər irəlilədi.

“Mən  Birləşmiş  Ştatların  telexəbər  yayımında 

çalışan  ilk  Pakistan  mənşəli  amerikalı  qadınam. 

Əgər bu, doğru deyilsə, mən əsl pionerlə görüşmək 

istərdim.  Aldığım  məlumata  görə,  bu  cığırı  məhz 

mən açmışam”, – deyə Kiran bildirir.

Texasda böyüyərkən

Xalidin  atası  Hindistanın  Nyu  Dehli,  anası 

isə  Pakistanın  Kəraçi  şəhərlərində  doğulmuşlar. 

Xalid  özü  isə  atasının  torpaq  işləri  ilə  məşğul 

olduğu  Texasda  –  Hyustonun  şəhərətrafı  ərazi-

lərində böya-başa çatmışdır.

O,  gənc  yaşlarından  jurnalistlikaya  meyil 

Yuxarıda,  solda:  Kərim  Salamanın  “Mənim 

həyatım” adlı ikinci kompakt diskinin üzü.

Yuxarıda: Berlində konsert. Almaniya, 2008-ci il. 



46

etmişdir.  Kiran  deyirdi:  “Yazmağa  olan  məhəb-

bətim  bu  marağımı  alovlandırdı.  Hələ  erkən 

yaşlarımdan tez-tez qısa hekayələr yazırdım”.

İki qardaşı və bacısı kimi Xalid də məktəbdə 

yaxşı 


oxuyurdu. 

Bacı-qardaşların 

yüksək 

nəticələri  onlara  yaşadıqları  kiçik  cəmiyyətdə 

azlıqlara  mənsub  yeganə  ailə  kimi  çətinliklərə 

üstün gəlməkdə kömək edirdi.

“Tez-tez  elə  hadisələr  baş  verir  ki,  sadəcə, 

“dünyanın  işləri  belədir”  deyə  düşünürsən. 

“Yaxşı  ki  əvvəllər  o  çətinliklərlə  üzləşmişdim. 

Onlar  məni  11  sentyabrdan  sonrakı  əziyyətlərə 

hazırlamışdı”.

Yerli televiziya xəbərləri

Xalid  Ostində  Texas  Universitetində  jurnalis-

tika  ixtisası  üzrə  təhsil  aldı.  Deyir  ki,  elə  buradaca 

o,  “televiziyanı  operativliyinə  və  ən  son  xəbərlərlə 

efirdə olduğuna görə” seçib.

1996-cı ildə Kiran yerli Si-Bi-eS

1

 (CBS) kanalında 



Texasın  Korpus  Kristi  şəhərində  işləməyə  başladı. 

Onun buradakı işi həm çox maraqlı, həm də təhlükəli 

idi. Korpus Kristidə tufanlar, narkotik qaçaqmalçılığı, 

immiqrasiya  kimi  xəbərlərin  yayımı  üçün  geniş  im-

1 CBS (Columbia Broadcasting System) – ABŞ-da ən böyük televiziya 

şəbəkələrindən biridir. red.

kanlar  var  idi.  Lakin  kanalın  avadanlıqları  köhnə 

olduğundan işləmək çətin idi.

Kiran  deyirdi:  “Bununla  belə,  mən  bu  işdən 

–  kameranın  qabağında  olmaqdan  zövq  alırdım. 

Bircə  onu  bilirdim  ki,  mən  bu  işin  öhdəsindən  gələ 

bilərəm”.

Xalid  Luiziananın  Leyk  Çarlz  şəhərindəki  digər 

televiziya stansiyasında bunun tamamilə əksini gör-

dü:  son  dərəcə  müasir  avadanlıqlar,  lakin  nisbətən 

sakit  xəbərlər  mühiti.  “Mən  çox  işləyirdim  və  yor-

ğunluqdan  daş  kimi  bir  yerdə  yıxılıb  qalırdım”,  –  o 

deyir.


O  artıq  yerli  əhali  arasında  məşhurlaşmışdı.  Ki-

ran gülə-gülə deyirdi: “Yarmarkada gəzərkən özümü 

səhnədəki  kimi  hiss  edirdim.  Sanki  hər  kəs  məni 

tanıyırdı”.

Alabamanın  Mobayl  şəhərində  Xalid  bir  gündə 

4-5  dəfə  efirə  çıxırdı.  Lakin  o  gördü  ki,  artıq 

əldən  düşüb.  “Hiss  etdim  ki,  sankı  dairənin  içi  ilə 

qaçıram”,– deyirdi. O, azad jurnalist kimi daha riskli, 

lakin müstəqil fəaliyyət göstərmək qərarına gəldi.

Keçənləri  xatırlayarkən  Xalid  deyirdi:  “Yerli  xə-

bərlərin  ən  xoşladığım  tərəfi  araşdırma,  tədqiqat 

apararaq  reportaj  hazırlamaqdır.  Tez-tez  gözdən 

qa-çırılan  “kölgə  biznesi”  yaradanlar  və  məsuliyyət 

daşıyan  insanların  hərəkətləri  haqqında  məlumatı 

yerli  xəbərlərin  ictimai  xidməti  parlaq  televizor 

ekranına çıxardır”.

O əlavə etmişdi: “Çox vaxt təzyiqlər həddindən ar-

tıq olur və bu, tez-tez verilən qısa xəbər buraxılışları 

modelini müstəqil, detallı əhatə olunmuş məlumatın 

cəlbediliciyindən daha əhəmiyyətli edir”. 

Yuxarıda  solda:  Kiran  Xalidin  2005-ci  ildə  Afrika-

da  tapşırıq  zamanı  palçığa  batması  anı.  Yuxarıda 

sağda:  “Musiqini  Qoruyaq”  Fondunun  illik  yekun 

konsertində Con Meyerdən (John Mayer) müsahibə 

alarkən, 2007-ci il.



47

Müstəqil fəaliyyət

 Xalid 2005-ci ildə Niger və Malidə aclıqdan əziy-

yət çəkən fermerlərin acınacaqlı həyatından reportaj 

hazırlamışdır.  Onun  “Aclıq  təhlükəsi”  adlı  sənədli 

filmi Birləşmiş Millətlər Təşkilatının film festivalının 

finalçısı olmuşdur.

Birləşmiş  Ştatlarda  Xalid  “Kort”  televiziyasında 

(Court  TV),  əsasən,  cinayət  və  mülki  mühakimələri 

əhatə edən müxtəlif xəbər proqramlarının prodüseri 

kimi çalışmışdır. 

Xalid  Cənubi  Asiya  Jurnalistlər  Assosiasiyasının 

fəal üzvü də olmuşdur. “Bu Assosiasiyanın heyətində 

olmağımla  fəxr  edirəm.  Mən  daha  çox  gənc  jur-

nalistlərə hamilik edən, təqaüd ayıran bu cür təşki-

latlarda işləməkdən zövq alıram,” – Kiran bildirir.

Pakistan və Amerika

2001-ci  ilin  11  sentyabr  terror  hücumun-

dan sonra Xalid dərhal anladı ki, “Pakistan  bu 

hadisələrdə  mərkəzi  yer  ala  bilər.  Lakin  mən 

bilirdim ki, əgər indi olmasa, Pakistan heç vaxt  

bu hadisələrin  içərisində olmayacaq”. 

 

Urdu  dilində  səlis  danışdığı  üçün  o,  Paki-



stana  səfər  etdi.  Kiran  əksəriyyəti  terror-

izmi  lənətləyən  Pakistanın  dini  məktəb  və 

mədrəsələrindən  reportajlar  hazırlayan  ilk 

Qərb jurnalistlərindən biri idi.

2007-ci ildə Xalid çox təhlükəli bir tapşırıqla 

–  Müşərrəf  hökumətinin  media  üzərinə 

qoyduğu  senzuradan  və  jurnalistlərə  edilən 

hücumlardan  bəhs  edən  “Biz  azad  deyilik” 

sənədli filmini çəkmək üçün Pakistana qayıtdı.

  “AsiaMedia”-ya  verdiyi  müsahibəsində  o 

demişdir:  “Onların  bu  cürəti  məni  mat  qoyur-

du.    Cəsarətli  çağırışlarına  görə  təqib  olunsa-

lar da, könüllü olaraq öz həyatlarını təhlükəyə 

atırdılar ”.

2008-ci  ilin  yanvar  ayından  Xalid  televizi-

yalardan birinin – eY-Bi-Si

2

 (ABC) televiziyasının 



ən məşhur informasiya və ədəbi proqramı olan 

“Sabahın  xeyir,  Amerika”  verilişinin  prodüseri 

kimi fəaliyyət göstərir. 

“Bu  işin  intensivliyi  mənim  xoşuma  gəlir. 

Bir  gün  qazın  qiymətindən,  ertəsi  gün  2008-ci 

ilin prezident seçkilərindən söhbət açırıq”, – o 

deyir.

Kiran deyirdi: “Sabahın xeyir, Amerika” mənə 



milyonların  tamaşa  etdiyi  hadisələri  yazmaq 

və  hazırlamaq  imkanı  verdi.  Ümid  edirəm  ki, 

növbəti 10 ildə də uyğun və böyük məqsədlərə 

xidmət edən məsələlər üzərində işləyəcəyik”. 

    

2 ABC (American Broadcasting Company) – ABŞ-da radio-televiziya 



şəbəkəsi. red.


18-29  yaş

29%


30-49 yaş

48%


50-64 yaş 

18%


65+ yaş

5%

Kişilər



54%

Qadınlar


46%


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin