Itabın üz qabığında şəkilləri verilmiş gənc qadınların hər ikisi müsəlmandır. Onlar



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix02.01.2022
ölçüsü8,49 Mb.
#1667
1   ...   4   5   6   7   8   9   10   11   ...   26
Artists) redaktoru Fayiq Uveysə (Fayeq Oweis

bu  kitabın  onun  “kənar  müşahidəçi  kimi  çıxış 

etməsinə”  və  “əvvəllər  nəzərindən  yayınan, 

yaxud gördüyü”  – ərəb və Misir mədəniyyətinin 

sənət əsərləri ilə daha yaxından tanış olmasına 

imkan verdiyini demişdi.

Amin deyir ki, bir neçə il  onun işləri naxışlı 

tikmələr  və  muncuqlarla  bəzədilmiş  geyimləri 

ilə  tanınan  bədəvi  qadınların  portretlərindən 

ibarət olmuşdur. 

  “Avropa  Birliyi  bu  sənəti  qorumaq,  on-

ları  maliyyələşdirmək  və  yaşlı  qadınları  bu 

bacarıqları  gənclərə  öyrətməyə  təşviq  etmək 

üçün  proqram  hazırlamışdı.  Mən  bununla  ma-

raqlandım və bu iş prosesinə şahid olmaq üçün 

müxtəlif  tayfaların  içərisində  qaldım.  Mən 

qum  rəsmləri  yaradan  bədəvi  sənətkarlardan 

dərs aldım”.   

Amin  müxtəlif  bədəvi  tayfaları  ilə  vaxt 

keçirərkən,  bu  tayfaların  həyat  tərzi  ilə  

onların  sənətindən  daha  çox  maraqlandığını 

dərk etmişdi.

  “Mən  onların  çevrələrindəki  insanlara, 

yurdlarına  bağlılıqlarına  mat  qalmışdım.  Çox 

təəssüfləndirici haldır ki, şəhər həyat tərzinin 

genişlənməsi  və  modernizasiya  ilə  bağlı 

onların  mədəniyyəti  itib-

batmaqdadır ”,  –  deyə  Amin 

öz fikirlərini bildirmişdir. 

Amin  bədəvi  qadınla-

rın  parlaq  rəngli  portret-

lərini  şəhərüslublu  həndəsi 

naxışlarla  qarışdıraraq  çək-

məyə  başladı.  Bu  barədə 

o  deyirdi:  “Şəhər  həyatı 

bədəvi 


mədəniyyətini 


32

sıxışdırdığı  kimi,  həndəsi  naxışlar  da  rəsmləri 

üstələyir ”. 

Nəhayət, 

Aminin 

“bədəvi” 

rəsmləri 

onu  incəsənətin  müxtəlif  istiqamətlərinə, 

üçölçülü  fiqurların  quraşdırılmasına  yönəltdi. 

“Portretlər  üzərində  işləyərkən  anladım  ki, 

əslində,  məni  şəhər  formatında  işlənmiş 

əsərlər maraqlandırır ”,  – deyə o izah edirdi. 

Qahirəyə  növbəti  səfərdə  olarkən,  Amin 

demişdi: “Mən burada çoxlu tərk edilmiş binalar 

gördüm – çox geniş ərazilər yarımçıq tikililərlə 

örtülmüşdü. O tikililərin fotoşəkillərini çəkdim 

və sonra onları araşdıraraq, şəkillərin əsasında 

bir  sıra  işlər  görməyə  başladım  –  Bunlar  nə 

tikililər  idi,  niyə  onlar  tərk  edilmişdi,  onların 

insanlara təsiri...”

Şəhər  anlayışı  Amini  quruluşdan  daha  çox 

duyğu  anlamı  kimi  məftun  etdi  və  bu  da  onu  

başqa bir aləmə apardı.

Amin deyir: “Müəyyən etdim ki, rəsmlər bir 

az  məhduddur.  Əslində,  keçirdiyim  duyğuları 

çatdıra  bilmirdim.  Daha  praktik  bir  işin  içinə 

girmək  istəyirdim.  Yaranan  sənət  duyğusal 

ideyalarımı ifadə etməyimə şərait yaratdı”.

Aminin  işi  Minneapolisin,  Nyu  Yorkun  və 

Vaşinqtonun  bir  çox  qalereyalarında  göstə-

rilmişdir. 

Amin öz İnternet səhifəsində yazırdı: “Mən 

şəhər  infrastrukturuna  cəmiyyətin  inkişaf 

göstəricisi kimi baxıram. Şəhər planlaşdırılması 

cəmiyyətin siyasi  vəziyyətini əks etdirir və mə-

ni insanların gündəlik həyatlarına maneələr və 

çətinliklər yaradan Yaxın Şərq şəhərlərinin in-

frastrukturunun  araşdırılması  maraqlandırır. 

Məni  şəhər  strukturunun  fərdiyyətə  üstün 

gəlməyə  başlaması,  binaların  və  insanların 

yan-yana  olması  əvəzinə,  bir-birinin  üstündə 

yerləşdiyi  şəhərin  fərdi  səviyyədə  təsiri  

maraqlandırdı”. 

Daha  sonra  o  yazırdı:  “Bu  yaradılanlar,  sa-

dəcə, insanı əhatə edənlərin onun davranışına 

mühüm  təsirini  vurğulamaq  üçün  nəzərdə  tu-

tulub”.

Bu işlərindən başqa, Amin yaxınlarda tarix-

də  yeri  olan  müsəlman  qadınlar  haqqındakı 

“Müsəlman  dünyasının  görkəmli  qadınları” 




Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin