Saat əqrəbi istiqamətində aşağıdan solda: Müsəlmanların
könüllülüyə dəstək yürüşləri; gənc müsəlman fəalları
icmalarının problemlərini həll etmək üçün fikir mübadiləsi
edərkən; Faruq Əbulzəhəb (Farooq Aboelzahab) məsciddə
müxtəliflik haqqında çıxış edərkən; din xadimlərinin sülh
və dözümlülüyü qeydetmə toplantısı; Sara Əltantavi (Sara
Eltantawi) mətbuat konfransında suallara cavab verərkən.
bir-birinə baxmış və: “Allaha şükür ki, biz Amerika-
da yaşayırıq”, – demişdir. İman Bondai Milli İctimai
Radioya verdiyi bu müsahibəyə əlavə edərək: “Küçə
ilə başı örtülü gedərkən, mən məktəbə daxil olanda
yaylığımı açmalı olacağım haqda fikirləşmirəm”, –
deyə bildirmişdir.
Pakistanlı mühacir Nur Fatimə isə azadlığı başqa
cür qəbul edir. Fatimə anlayırdı ki, amerikalılar so-
sial və dini seçimlərə şəxsi məsələlər kimi baxır.
O, Nyu Yorka – Bruklinə köçəndən sonra başını
örtməkdən imtina etmişdir. “Nyu York Tayms”
qəzetinə müsahibəsində Fatimə demişdir: “Bura im-
kanlar məkanıdır. Burada hər kəsə bərabərlik verilir.
Mən Birləşmiş Ştatlara özümü inkişaf etdirmək üçün
gəldim. Bu, mənim dünyaya ikinci gəlişimdir”.
Bu gün müxtəlif şəraitlərdə saysız-hesabsız İs-
lam dininə mənsub amerikalılar öz varislərini forma-
laşdırdıqları kimliyin mühüm hissəsi kimi qəbul
edirlər. Onlar formalaşdırdıqları kimliyin içərisində
bu torpağın bütün vətəndaşlarına verilmiş azadlığı
seçirlər. Bu imkanları müəyyənləşdirməklə özlərinin
də amerikalı olduqlarını üzə çıxarırlar.
“Biz amerikalı müsəlmanların kimliyini vurğu-
layanda babalarımızın dəfn olunduğu yeri deyil,
nəvələrimizin böyüyəcəyi məkanı nəzərdə tu-
turuq”, – sözlərini Müsəlman İctimai Məsələlər
Konsulluğunun icraçı direktoru Salam əl-Mərayəti
(Salam Al-Marayati) Kaliforniyanın “Sakramento Bi”
qəzetinə verdiyi müsahibəsində deyib.
D
urmadan artan sayları, etibarları və təş-
kilatları ilə müsəlman amerikalılar biznes
və təqaüd proqramlarından tutmuş, id-
man və incəsənətədək hər bir sahədə öz töhfələrini
verirlər. Bu müxtəlifliklərin hekayəsi Nyu York
15
İmam Haşim Rza (Imam Hashim Raza) Nyu York-
da, Kolonidə (Colonie) yerləşən “Əl-Fatimə” İslam
Mərkəzində Əfqanıstanda bombardman zamanı
həlak olmuş, ABŞ ordusunun əsgəri Möhsin Nəqvinin
(Mohsin Nagvi) cənazə namazını qıldırarkən.
16
küçələrində satılan ədvalı halal xörəklərinə
görə 2006-cı ildə “Ən yaxşı küçə yemək satıcısı”
mükafatına layiq görülmüş pakistanlı Samiul Haqq
Nurdan başlayaraq, 2002-ci ildən 2008-ci ilə qədər
Milli Səhiyyə İnstitutunun direktoru olmuş əlcəzairli
Dr. İlyas Zərhuniyə; “Nyusuik”in (“Newsweek”)
şərhçisi və redaktoru Fərid Zəkəriyədən (Fareed Za-
karia) aktyor və hip-hop musiqiçisi Mos Defə; “Hyus-
ton Rokets”in (“Houston Rockets”) peşəkar basket-
bol ulduzu Dikembe Mutombodan ABŞ Konqresinin
ilk müsəlman nümayəndəsi minnesotalı Keyt Elisona
(Keith Ellison) qədər dəyişir.
Yeni nəsil müsəlman amerikalıları Amerika tib-
bini, elmini və ədəbiyyatını zənginləşdirirlər. Ma-
ma-ginekoloq Nəval Nur (Nawal Nur) Sudanda
doğulmuş, Misirdə boya-başa çatmışdır. Qadınların
sağlamlıq problemi ilə məşğul olan bu xanım öz
sahəsinin pionerlərindəndir. Nəval Nur Massaçu-
sets ştatının Boston şəhərində Afrika Qadınlarının
Sağlamlıq Mərkəzinin yaradıcısıdır. O, 2003-cü ildə
nüfuzlu “MacArthur Fellowship” təqaüdünə (Bu
təqaüdü “Dahi təqaüd” də adlandırırlar) və 2008-ci
ildə Stanford Universitetinin müsəlman alimlər üçün
təsis etdiyi mükafata layiq görülmüşdür.
İran mənşəli amerikalı, Vaşinqton Univer-
sitetinin alimi Babək Pərviz (Babak Parviz)
müstəqil yığılan və təmir edilən, çox kiçik cihazlar
daxil olan nanotexnologiya sahəsində son dərəcə
qiymətli nailiyyətlər əldə etmişdir. Bunlar nüvə və
molekul səviyyəsində ultrakiçik elektron və bioloji
tətbiqlərdir.
Hələ uşaq yaşlarında Suriyadan gəlmiş, yazıçı
Moca Kef (Mohja Kahf) Amerika mədəniyyətini ümu-
mi olaraq, amerikan müsəlmanlarını isə müşahi-
dələrinə əsaslanaraq xəfif ironiya və bir qədər də
sərt şəkildə öz poeziyasında (“Şəhrizaddan gələn
e-məktublar”) və İndianada nəşr olunan avtobio-
17
18
Yuxarıda: Tələbələr və reklamçılar Pensilvaniyanın
Filadelfiya şəhərində dini müxtəlifliyi dəstəkləyən
divar rəsmləri çəkərkən. Sağda: Yasmin Əsfur
(Yasmine Asfoor) Arizona ştatının Foeniks (Phoenix)
şəhəri yaxınlığında, Mountain Pointe ali məktəbində
(Mountain Pointe High School) idarəetmə dərsində
suallara cavab verərkən.
qrafik “Narıncı şərfli qız” (The Girl in the Tanger-
Dostları ilə paylaş: