Itabın üz qabığında şəkilləri verilmiş gənc qadınların hər ikisi müsəlmandır. Onlar



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix02.01.2022
ölçüsü8,49 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   ...   26
ine  Scarf)  romanında  təsvir  etmişdir.  Bu  kitablar, 

xüsusilə də gənc müsəlman amerikalı qızlar arasında 

çox rəğbətlə qarşılanmışdır. 

Moca Kef İnternet səhifələrində gənc müsəlman 

amerikalıların  münasibətləri  və  seks  haqqında  açıq 

məqalələr də yazır. O inanır ki, “Malkom İksin (Mal-



com X) tərcümeyi-halı” və Xalid Hüseyninin (Khaled 

Hosseini)  “Çərpələng  uçurdan”  (The  Kite  Runner

kimi əsərləri müsəlman-amerikan ədəbiyyatında bir 

janr kimi qəbul edilməlidir.

Texasda  doğulmuş,  burada  böyümüş  və  hazırda 

Hyustonda  təcili  yardımda  həkim  kimi  fəaliyyət 

göstərən  Fədi  Cəvdəhin  (Fady  Joudah)  valideynləri 

fələstinlidirlər.  O,  Sərhədsiz  Həkimlər  Təşkilatının 

tərkibində  Zambiya  və  Sudanın  Darfur  bölgəsində 

qaçqın  düşərgələrində  də  xidmət  etmişdir.  Fədi 

Cəvdəh  həm  də  gənc  şairdir  və  “Yer  kürəsi  çardaq-

da” (The Earth in the Attic) toplusuna görə nüfuzlu 

Gənc Şairlərin Ənənəvi Yeyl Şeir müsabiqəsinin qa-

libi olmuşdur.

Şair  və  tənqidçi  Luis  Qlük  (Luiz  Glück)  Fədi 

Cəvdəhın  kitabının  girişində  yazır:  “Bunların  ək-

səriyyəti  kiçik  şeirlərdir.  Lakin  onların  əzəmətli 

cazibəsi  inkarolunmazdır.  Atalar  və  qardaşlar  pey-

ğəmbərlərə,  hipotezlər  arzulara,  mənzərənin  adi 

detalları  rəmzlərə  və  işarələrə  çevrilir.  Kitab  fərqli, 

məntiqli  və  sərtdir.  Onu  bir  kənara  qoymaq,  unut-

maq qeyri-mümkündür”.

 

11



  

sentyabr 2001-ci il hücumundan sonra 

Amerika  azadlığının  imkan  verdiyi 

yeni,  əsl  Amerika  İslamı  meydana 

gəlir.  Tribuna  Tədqiqat  Mərkəzinin  (Pew  Research 

Center) apardığı və digər sorğulara görə müsəlman 

amerikalılar  orta  hesabla  digər  müsəlmanlardan 

daha  yaxşı  təhsil  almış,  daha  çox  inkişaf  etmişlər. 

Bundan başqa, bu hücumu planlaşdıranlar və həyata 

keçirənlər  qeyri-amerikalıdırlar.  Bu  hadisələr  digər 



19

Təhsil


Foto

Qalereya



20

Bu səhifədə. Saat əqrəbi istiqamətində solda: Miçiqanda Halə Hazimi (Hala Hazimi) (ayaq üstə) bacısı Zeynəb 

Qanimə (Zeinab Ghanem) riyaziyyat məsələsinin həllində kömək edərkən; Adnan Qasım (Adnan Kasseem) Nyu 

Meksikada namaz qaydaları dərsində; Tələbələr səyahət zamanı Missisipi ştatının Cekson şəhərindəki Beynəlxalq 

Müsəlman  Mədəniyyəti  Muzeyinə  baş  çəkərkən.  Qarşı  səhifədə.  Saat  əqrəbi  istiqamətində  yuxarıdan:  Ali 

məktəbin  basketbolçuları  Miçiqandakı  oyuna  hazırlaşarkən;  Şimali  Karolinada  Ruhi  Brelvi  (solda)  və  Həbah 

Sədaq (Hebah Sedak) basketbol paltarlarını oyun gününə hazırlayarkən; Leyla Alkalut (Laila Alkahlout) (öndə) və 

Saşa Xaffəd (Sasha Khaffed) Floridada basketbol üzrə keçirilən milli gənclər turnirində mübarizə zamanı.




21


22

amerikalılar  tərəfindən  müsəlman  amerikalılara 

qarşı  şübhə  yaratdı.  Nəticədə  isə  bu,  onların 

müəyyən dərəcədə təcrid olunmasına gətirib çıxardı. 

Təəssüflər  olsun  ki,  bu  cür  şübhələr  həm  Birləşmiş 

Ştatlarda,  həm  də  başqa  ölkələrdə  müharibə  və 

kənardan  hücum  qorxusu  olduqda  yaranır.  Lakin 

2008-ci il dəhşətli qorxunun və şübhələrin ən zirvədə 

olduğu 2002-ci il deyil. Mahiyyət də çox mühümdür: 

Birləşmiş  Ştatlarda  hər  bir  mühacir  qrupu  müəyyən 

dərəcədə diskriminasiya və qəzəblə rastlaşmış, onun 

öhdəsindən gəlmişdir. 

Məsələn,  “Nyu  York  Tayms”ın  yazdığına  görə, 

bir  neçə  il  əvvəl  11  sentyabrın  nəticəsi  olaraq, 

dəhşətli  qorxunun  hökm  sürdüyü  bir  zamanda  – 

biznes    müəssisələri  və  məktəblərinin  bağlandığı  

vaxtda Nur Fatimə Nyu Yorkdakı Pakistan icmasında 

yeni  əldə  etdiyi  azadlığını  qeyd  edirdi.  Fatimə 

buraya  gəlməzdən  əvvəl  yerli  biznesmen  Moe 

Razvinin  rəhbərliyi  ilə  “Kiçik  Pakistan”    yaradılmış, 

onun  köməyi  ilə  ingilis  dili  və  kompüter  kursları 

başlanmış,  icma  mərkəzi  açılmış,    icma  rəhbərləri 

İnam

Foto


Qalereya

ilə federal rəhbərlik arasında görüşlər təşkil edilmiş, 

münasibətlər yaxşılaşdırılmışdır.

“Tayms”  (The  Times)  yazır:  “Hər  il  Pakistanın 

Müstəqillik  Günü  münasibətilə  keçirilən  nümayiş 

Amerika bayraqları ilə bəzədilir. Bu, müsəlman mü-

hacir  icmasının  millətlər  ətrafında  görünən  trans-

formasiyasıdır”.

Terror  hücumunun  yaratdığı  gərginliyi  aradan 

qaldırmağın ən yaxşı yolu Birləşmiş Ştatlarda dinlə-

rarası dialoqların genişləndirilməsidir.

“Hər dəfə yerləşdiyin məkanı başqa mədəniyyətə 

mənsub  insanla  bölüşəndə  özün  də  bir  şəxs  kimi 

formalaşırsan,  hadisələrə  başqa  nöqteyi-nəzərdən 

baxmağı öyrənirsən”.



23

Saat  əqrəbi  istiqamətində  solda:  Məhəmməd  Ham-

mud  (Mohamad  Hammoud)    Miçiqan  ştatının 

Dearborn  şəhərindəki  Amerika  İslam  Mərkəzinin 

məscidində  ibadət  edir;  Məryəm  Motala  (Mari-

am  Motala)    (sağda)  Kaliforniyadakı  Houton  İslam 

Mərkəzində  (Islamic  Center  of  Hawthorn)  dua  edir; 

Nyu  Cersi  ştatının  Brunsvik  şəhərində  (Brunswick) 

balaca  oğlan  namaz  qılanlara  qoşulduğunu  güman 

edir;  Ohayo  ştatının  Parma  şəhərindəki  Kleveland 

İslam Mərkəzi (Islamic  Center of  Cleveland) 300-dən 

artıq dindarın evidir.




24

Yuxarıda. Üstdə: Uşaqlar axşam namazında; qadınlar Kaliforniyada “Əl-Rəhman” (Masjid Al- Rahman) məscidində 

namazda.  Qarşı  səhifədə.  Yuxarıda:  Müsəlmanlar  Vaşinqton  şəhərində  Linkolnun  abidəsi  qarşısında  ibadət 

edərkən. Aşağıda: Kişilər Şimalı Amerika İslam Cəmiyyətinin (Islamic  Society of North  America) illik yığıncağında  

– İllinoys ştatı, Çikaqo. 



25

Bu  sözlər  Corctaun  Universitetinin  (George-




Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin