Asinxron maşınların iş prinsipi başqa növ elektrik maşınları kimi elektromaqnit induksiya hadisəsinə və elektromaqnit qüvvə qanununa əsaslanır. Asinxron maşınlarda dolaqlardan biri statorda 1 (şək.1.1,a), ikinci dolaq isə rotorda 3 yerləşdirilir. Stator və rotor arasında hava aralığı vardır. Dolaqlar arasında maqnit əlaqəsini yaxşılaşdırmaq ücün hava aralığı mümkün qədər kiçik hazırlanır. Stator dolağı 2 birfazalı, ikifazalı, üçfazalı və ya çoxfazalı ola bilər (üçfazalı hala baxılır). Statorun daxili çevrəsi boyunca diametrial əks yuvalarda A və X, B və У, C və Z sarğılar sayı eyni olan üç sarğac simmetrik olaraq yerləşdirilmişdir. Bu sarğacların müstəviləri öz aralarında 120º bucaq təşkil edir. Sarğacları “ulduz” və ya “üçbucaq” sxemi ilə üçfazalı dəyişən cərəyan şəbəkəsinə qoşurlar (şək.1.1,b). Rotor dolağı 4 çoxfazalı və ya üçfazalı yerinə yetirilir və onun xarici çevrəsi boyunca yuvalarda simmetrik yerləşdirilir.
Asinxron maşının elektromaqnit (a) və mühərrik iş rejimində şəbəkəyə qoşulma (b) sxemi Elektrotexnikanın nəzəri əsasları kursundan məlumdur ki, statorun üçfazalı dolağını üçfazalı sinusoidal dəyişən cərəyan mənbəyinə qoşduqda fırlanan maqnit seli yaranır. Maqnit seli statordan, statorla rotor arasında hava aralığından keçərək qapanır. Maqnit selinin fırlanma tezliyi stator cərəyanin tezliyindən və stator dolağının cüt qütbülər sayından asılıdır:

, (1.1)
burada – qidalandırıcı şəbəkənin tezliyi;
P – cüt qütbülərin sayı.
Statorun fırlanan maqnit seli Ф rotor dolağının hər iki tərəfdən qısa qapanmış naqilləri kəsərək onlarda elektrik hərəkət qüvvəsi (EHQ)