İxtisas: İqtisadiyyat Kurs: III fənn: Statistika Fənn Müəllimi



Yüklə 165,88 Kb.
səhifə1/8
tarix23.05.2022
ölçüsü165,88 Kb.
#59123
növüReferat
  1   2   3   4   5   6   7   8
SONGÜL slayt


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
NAXÇIVAN UNİVERSİTETİ
Fakültə: İqtisadiyyat
İxtisas: İqtisadiyyat
Kurs: III
Fənn: Statistika
Fənn Müəllimi: Mehdi Bağırov
Mövzu: Statistik qrafiklər
Tələbə: Songül Səlimova
REFERAT İŞİ

NAXÇIVAN 2021

PLAN

  • 1. Qrafiklər haqqında ümumi anlayış.
  • 2. Qrafiklərin əsas elementləri.
  • 3. Qrafiklərin təsnifatı.
  • 4.Statistikada qrafik təsvir vasitələri.
  • 5..Statistika məlumatının qrafiklərlə təsvirinin əsas növləri.

1. Qrafiklər haqqında ümumi anlayış.

  • Statistikada sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfləri haqqında məlumatın və onların nisbətlərinin nöqtələr, xətlər, şərti həndəsi fiqurlar, işarələr və şəkillər vasitəsilə təsvirinə qrafiklər deyilir.
  • İqtisadi-statistik tədqiqatda qrafiklər xüsusi rol oynayır. Qrafiklərin köməyilə hadisələrin inkişafındakı qanunauyğunluqları asanlıqla aşkar etmək və onları əyani şəkildə təsvir etmək mümkün olur. Statistika məlumatının başa düşülə biləcək şəkildə əhaliyə çatdırılmasında qrafiklərin rolu böyükdür. Qrafiklərin çox böyük əyanilik xarakteri vardır. Onlar güclü təbliğat-təşviqat vasitəsidir.
  • Qrafikləri qurmaqda məqsəd statistika məlumatını geniş xalq kütləsi üçün əyani, başa düşüləcək şəkildə təsvir etməkdən və statistika məlumatını ümumiləşdirməkdən, öyrənilən hadisə üçün xarakterik olan əlaqə və nisbətləri aydınlaşdırmaqdan ibarətdir.

Statistika qrafiklərindən:

  • Statistika qrafiklərindən:
  • 1) vaxt etibarilə hadisənin inkişafını xarakterizə etmək ;
  • 2) tapşırığın yerinə yetirilmə dərəcəsini göstərmək ;
  • 3) müxtəlif obyektləri bir-birilə müqayisə etmək ;
  • 4) öyrənilən statistika məcmusunun tərkibini, quruluşunu və quruluş dəyişikliklərini xarakterizə etmək ;
  • 5) hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqələri öyrənmək;
  • 6) hadisənin məkanca paylanmasını göstərmək üçün istifadə edilir.
  • Hal-hazırda qrafiklərin təcrübədə tətbiqini asanlaşdırmaq üçün kompyuter qrafikasının müxtəlif tətbiqi proqramlar paketi hazırlanmışdır. Məsələn:“Harvardgraphies”, “Statgraf”, “Supercolc”, “Excel” və s.

Yüklə 165,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin